Azərbaycan Prezidenti Britaniya Kralını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.
"Report" xəbər verir ki, təbrikdə deyilir:
"Əlahəzrət,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasında xoş ənənələrə əsaslanan əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimiz arasında dostluq münasibətlərinin, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığın gündən-günə genişlənməsi bizi sevindirir. Mühüm iqtisadi tərəfdaşlarımızdan biri olan ölkənizin şirkətləri Azərbaycanın iqtisadi həyatında fəal iştirak edirlər.
Enerji sahəsində uzun illərdən bəri davam edən ənənəvi əməkdaşlığımız strateji xarakter daşıyır. Eyni zamanda bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi, yaşıl enerjiyə keçid və dekarbonizasiya məsələlərinin bu gün Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyində aparıcı yer tutmasını məmnunluqla qeyd etmək istərdim.
Əminəm ki, qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ölkələrimiz arasında dostluq əlaqələrinin və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Əlahəzrət, bu bayram günündə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ali fəaliyyətinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına daim rifah və firavanlıq arzulayıram".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 464 Tarix: 14 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan İrandan balqabaq idxalını 2 dəfəyə yaxın artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 227,9 min ABŞ dolları dəyərində 325,5 ton balqabaq idxal edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq - 15 % azdır
19.07.2026 181 Macarıstan prezidenti vəzifədən uzaqlaşdırıldı: Yerinə kim gəldi?
Macarıstan Prezidenti Tamaş Şuyok vəzifəsindən uzaqlaşdırılıb. Onun səlahiyyətlərini müvəqqəti olaraq parlamentin sədri Aqneş Forsthoffer icra edəcək. xəbər verir ki, bu barədə hökumət nümayəndəsi Madyar milli televiziya kanallarında videomüraciət yayıb. O bildirib ki, Tamaş Şuyok parlamentin qəbul etdiy
19.07.2026 165 Britaniyada "Harri Potter" filmindəki qatara görə parovozlar qadağan edildi
Böyük Britaniyanın dəmir yolu infrastrukturunu idarə edən "Network Rail" dövlət şirkəti buxar mühərrikli qatarların hərəkətini qadağan edib. Buna səbəb "Harri Potter" filmlərindəki məşhur qatarın təbiətdə yanğına yol açması və bununla əlaqədar yaranan təhlükəsizlik narahatlıqlarıdır
19.07.2026 195 Odessa yaxınlığında vurulan gəminin kapitanı dəfn edildi - FOTO
Ukraynanın Odessa şəhəri yaxınlığında vurulan gəminin kapitanı Səməd Nəsrullayevin cənazəsi Lənkəranda torpağa tapşırılıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, Səməd Nəsrullayevin cənazəsi doğulduğu Lənkəran rayonunun Balıqçılar qəsəbəsinə gətirilib və ailəsinə təhvil verilib. Ailəsi ilə vida mərasimində
19.07.2026 219 FHN hava şəraiti ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏT ETDİ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. BİG.AZ həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətl
19.07.2026 239 Aİ Karib hövzəsi ölkələrindən "qızıl pasport"ların verilməsini dayandırmağı tələb edib
Avropa İttifaqı (Aİ) Karib hövzəsinin beş ölkəsindən investisiya müqabilində vətəndaşlıq verilməsi proqramlarını iki il ərzində dayandırmağı tələb edərək əks halda vizasız rejimin ləğv ediləcəyi ilə hədələyib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb
19.07.2026 95 Əməkdar jurnalist Tofiqə Qasımovanın son vəziyyəti məlum olub
Əməkdar jurnalist Tofiqə Qasımova komadan çıxıb. xəbər verir ki, 56 yaşlı jurnalistin çalışdığı "Minval Politika"nın baş redaktoru Emil Mustafayev sosial şəbəkə hesabında məlumat verib. Qeyd edək ki, T.Qasımova iyulun 17-də Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsindən Bakı Sağlamlıq Mərkəzin
19.07.2026 210 ABŞ Avropada MAGA layihələrinin təşviqi üçün qrantlar ayırmağı planlaşdırır
ABŞ Prezidenti Donald Trampın komandası Avropa ərazisində və dünyanın digər regionlarında MAGA ("Make America Great Again") hərəkatı ilə bağlı layihələrə dəstək verməyə yönəlmiş qrant vəsaitlərinin bölüşdürülməsinə hazırlıq görür. "Report" xəbər verir ki, bu barədə "Financia
19.07.2026 166 Rusiyada bu cinayətlərə görə tutulanların hamısı müharibəyə göndəriləcək
Rusiya Dövlət Dumasına Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq təqsirləndirilən şəxslərin və məhkumların həbsdən yayınmasının mümkün olduğu cinayət əməllərinin siyahısını genişləndirən qanun layihəsi təqdim edilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Rusiya hökuməti Dövlət Dumasına həbsxanalard
19.07.2026 235