Bu məhsullar BAHALAŞACAQ – SİYAHI

Bu məhsullar BAHALAŞACAQ – SİYAHIPensiyalar və sosial müavinətlər artan kimi ərzaq qiymətlərinin də bahalaşması Azərbaycanda tez-tez müşahidə olunan bir haldır. Bir tərəfdən artıma sevinən insanları ilk narahat edən məsələ ərzaq qiymətlərində görünən bahalaşma olur.

Ekspertlər hesab edirlər ki, insanların ən çox pul xərclədiyi sahə qida sektoru olduğu üçün tələb artdıqca təklif də ona uyğunlaşır. Başqa sözlə, marketinq fürsətcilliyi daim ayıqdır, pusquda gözləyir. İstehsalçılar və marketlər çox zaman pensiya və ya maaş artımını əlverişli fürsət kimi dəyərləndirirlər. Yəni, düşünürlər ki, insanlar daha artıq pul aldıqları üçün qiymət artımına qıcıqlanmayacaqlar.

Qeyd edək ki, iyunun 12-də imzalanmış fərmana əsasən sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin iyulun 1-dən etibarən artırılması nəzərdə tutulur.

Bəs görəsən artımla daban-dabana yarışan bahalaşma "ənənə"si bu dəfə də gözlənilirmi?

İqtisadçı ekspert Xalid Kərimli Bizim Media-ya açıqlamasında bildirib ki, bu dəfə narahat olmağa dəyməz. Çünki 10-15% artımın maliyyə yükü inflyasiyanı artıracaq həcmdə deyil:

"Orta aylıq əməkhaqqı artsaydı bu, qiymətlərə təsir edə bilərdi. Çünki orta aylıq əməkhaqqı artımı əhəmiyyətli artımdır, bütün işləyən şəxsləri əhatə edir. Amma müavinətlərin artımı o gücdə deyil ki, tələb inflyasiyası yaratsın, camaat pul xərcləməyə yer tapmasın, qiymət bahalaşsın. Sosial müavinətləri alan şəxslərin sayı, spektri və artımın məbləği böyük inflyasiya təzyiqi yaratmır".

X.Kərimli diqqətə çatdırıb ki, hazırda ölkədəki 6,3% bahalaşmanın daha fərqli səbəbləri var.

Bunlardan ən əsası keçən il benzinin (A 92) və dizelin qiymətinin qalxmasıdır. Bunun nəticəsində daşınma xərcləri artıb. Bundan başqa bu ilin yanvarında işıq-qaz qiymətlərində də artım oldu ki, bu da sahibkarların xərclərinin artmasına səbəb olub.

Mərkəzi Bankın bu günlərdə yaydığı bəyanatında deyilir ki, daxili faktorlar əsasında inlyasiyanın tətiklənəcəyi gözlənilmir.

Burada maraqlı bir fakt da var ki, adətən pensiya və müavinətlərin artımından sonra ilk hədəf kərə yağları olur. Belə düşünülür ki, kərə yağına tələb daim yüksəkdir, yəni Azərbaycan ailəsinin gündəlik istifadə etdiyi əsas məhsullardandır. İstər səhər yeməyində, istərsə də digər yeməklərin və şirniyyatların hazırlanmasında istifadə olunur. Ona görə də hər nə qədər bahalaşsa da, insanlar onu almağa davam edəcəklər. Təkcə kərə yağının qalxması ilə demək olar ki, ərrzaq səbətinə daxil olan əksər məhsulların qiyməti qalxır. Çünki yağ bahalaşsa, şirniyyat məmulatları, restoran və kafelərin menyusundakı yeməklərin qiyməti də qalxacaq.

X. Kərimlinin sözlərinə görə, son 15 ay ərzində kərə yağının qiymətlərində artım olub. Bunun səbəbi isə daxili faktorlarla əlaqədar deyil:

"Ümumiyyətlə həm duru, həm kərə yağının idxal qiyməti 30-35% artıb. Qeyd etdiyim kimi daşınma xərclərinin də artmasının yağın qiymətinin qalxmasına təsiri var".

İqtisadçı vurğulayıb ki, aprellə müqayisədə may ayında Ümumdünya Ərzaq Təşkilatının ərzaq qiymətləri indeksi stabil qalıb. Buna görə də ciddi ərzaq qiymətləri təzyiqi gözlənilmir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 647   Tarix: 14 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Faciəvi şəkildə ölən bacı-qardaşın yaxınları danışdı (VİDEO)

Əslən Ucar rayonunun Şilyan kəndindən olan 67 yaşlı Füzuli Baxışov və onun bacısı, 51 yaşlı Zərnişan Baxışova Rusiyada faciəvi şəkildə ölüblər. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, sözügedən bədbəxt hadisə ilə bağlı bəzi detallar məlum olub. Mərhumların qohumlarının sözlərin

10:23 77
.

Tramp: "İran xalqı, azadlıq yaxındır!"

ABŞ-ın prezidenti Donald ABŞ prezidenti Donald Tramp İranla bağlı daha bir paylaşım edib. xəbər verir ki, o, İran xalqı üçün azadlığın yaxın olduğunu bildirib. Tramp bildirib ki, ABŞ bölgədə işlərini bitirəndən sonra xalq öz məsələsini həll etməlidir. "İranın böyük və qürurlu xalqı, azadlıq saatını

11.09.2026 216
.

Rusiyanın aktivlərinin dondurulması dollara inamı sarsıtdı - Ölkələr qızıllarını geri çəkir

Qərb ölkələrinin Rusiya Mərkəzi Bankının aktivlərini dondurması bir sıra ölkələrdə dollara olan inamı və xaricdə, xüsusilə ABŞ-da qızıl saxlamaq praktikasını sarsıdıb. xəbər verir ki, bu barədə "Les Echos" qəzeti yazıb. Nəşrin məlumatına görə, üçüncü ölkələrin qızıl ehtiyatları uzun müddə

10:49 14
.

Planetdə cəmi 6 kol qalmışdı: Alimlər nəsli kəsilməkdə olan çiçəyi xilas etdi

Alimlər yaxın vaxtlara qədər tamamilə yox olmaq təhlükəsi ilə üz-üzə olan nadir Qalapaqos qalveziyasının populyasiyasını bərpa etməyə nail olublar. Bu kol onilliklər ərzində alimlər üçün demək olar ki, əfsanəvi bitki hesab olunub. Onun haqqında yalnız 1962-ci ildə İzabela adasında tapılmış yeganə herbar

11.09.2026 221
.

77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib

Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl

11.09.2026 279
.

Rusiya Litvanı nüvə silahının hədəfinə çevirə bilər - Peskov

Nüvə silahlarının Litva ərazisində yerləşdirilməsi gərginliyin yeni mərhələsinə gətirib çıxaracaq. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, belə silahların Qərbə deyil, şərqə, yəni Rusiyaya yönəldiləcəyi aydındır. "Əgər ərazidə bizə qarşı yönəlmiş nüv

11.09.2026 226
.

58 ölkədən 150 diplomat Xankəndidə - Bu səfərin əsas məqsədi nədir?

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri regionda gedən proseslərin beynəlxalq ictimaiyyətə yerində nümayiş etdirilməsi baxımından diqqət çəkir. Sentyabrın 11-də başlayan iki günlük səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edə

11.09.2026 237
.

"Adam Qarabağ Universitetini görəndə yenidən oxumaq istəyir" - Video

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetindən danışıb. "Qafqazinfo" xəbər verir ki, o bildirib ki, hər il qəbul planlarında yüksək bal toplayan tələbələr b

11.09.2026 233
.

Xankəndidən verilən mühüm mesaj - Hikmət Hacıyev səfərdə - AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi -Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndidə səfərdə olub. Səfər çərçivəsində diplomatik nümayəndə heyətinin iştirakı ilə Qarabağda həyata keçirilən bərpa-quruculuq işləri və bölgənin inkişaf perspektivləri diqqə

11.09.2026 278
.

ƏN ÇOX OXUNANLAR