Hindistanda "Boeing 787-8 Dreamliner" təyyarəsinin qəza yerində 270 nəfərin meyiti aşkarlanıb

Hindistanda "Boeing 787-8 Dreamliner" təyyarəsinin qəza yerində 270 nəfərin meyiti aşkarlanıbHindistanın qərbində "Air India" aviaşirkətinə məxsus "Boeing 787-8 Dreamliner" təyyarəsinin qəza yerində 270 nəfərin meyiti aşkarlanıb.

Bu barədə "Report" "Reuters" agentliyinə istinadən məlumat verir.

Aviaqəzanın səbəbləri ilə bağlı qeyd olunur ki, hazırda heç bir rəsmi nəticə açıqlanmayıb. Lakin araşdırmanın gedişatı ilə tanış olan mənbənin sözlərinə görə, ən azı üç mümkün səbəb nəzərdən keçirilir.

Müstəntiqlər mühərrikin dartı qüvvəsi ilə - yəni mühərrikin təyyarəni havada irəli aparmağa imkan verən qüvvə ilə bağlı problemlərin olub-olmadığını araşdırırlar. Həmçinin qanadcıqların işində mümkün nasazlıqlar da öyrənilir. Araşdırmada antiterror bölmələri də iştirak edir.

Bundan əlavə, qalxışdan sonra şassinin niyə bu qədər uzun müddət açıq qaldığı yoxlanılır. Mühərrikə quş düşməsi versiyası bu araşdırmada prioritet deyil.

Mənbə əlavə edib ki, müstəntiqlər həmçinin "Air India" aviaşirkəti tərəfindən mümkün səhvləri, o cümlədən texniki xidmətlə bağlı mümkün problemləri də nəzərdən keçirirlər.

Xatırladaq ki, AI171 reysi ilə Londona uçan "Boeing 787" təyyarəsi qalxışdan dərhal sonra yaşayış bölgəsinə düşüb. Onun göyərtəsində 242 nəfər - 230 sərnişin və 12 ekipaj üzvü olub. Qəza nəticəsində yalnız bir nəfər sağ qalıb, göyərtədə olan digər sərnişinlər, ekipaj üzvləri, bort bələdçiləri həlak olublar. Bundan əlavə, təyyarə tələbə yataqxanasının damına düşdüyü üçün yerdə də həlak olanlar var - ümumilikdə 310 nəfər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 643   Tarix: 14 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fransa siyasətçisi Ukraynaya ayrılan milyardlara etiraz etdi

Ukraynaya maliyyə yardımının dayandırılması ilə bağlı çağırış edilib. xəbər verir ki, bu çağırışı Fransanın sağçı "Patriots" Partiyasının lideri Florian Filippot sosial şəbəkə platforması X hesabında səsləndirib. O, bu fikri Almaniya kansleri Fridrix Merzin Ukraynanın Avropaya güvənə biləcəy

10:34 165
.

Tramp Zelenski ilə görüşdü

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. xəbər verir ki, onlar Ankarada NATO Sammiti çərçivəsində görüşüblər. "Biz Zelenskiylə yaxşı münasibətlər qurmuşuq. Oval Ofisdən bu günə qədər", - Tramp bildirib

08.07.2026 310
.

Həkimlər səbəbi araşdırır: Eyni ailənin 6 üzvü sirli xəstəlikdən öldü

Hindistanda eyni ailənin altı üzvü 10 gün ərzində sirli xəstəlik səbəbindən həyatını itirib. xəbər verir ki, bu barədə ETV Bharat xəbər agentliyi məlumat yayıb. Hadisə Carxand ştatının Sikka kəndində baş verib. İlk olaraq iyunun 19-da ailə başçısı Kuldip Mehta vəfat edib. Daha sonra onun qızları Babit

11:00 194
.

İranın hücumları qəbuledilməzdir - Kallas

ABŞ və İran arasında hava zərbələrinin baş verməsi onsuz da gərgin olan müharibəyə son qoymaq üçün danışıqları daha da çətinləşdirir. İranın Bəhreyn və Küveytə hücumları qəbuledilməzdir. xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kalla

08.07.2026 287
.

"Reuters": Tramp NATO liderləri ilə qapalı görüşlərdə ABŞ-ı ittifaqda saxlamaq istədiyini deyib

ABŞ prezidenti Donald Tramp Ankarada NATO ölkələrinin liderləri ilə görüşdə onlara ABŞ-ı hərbi blokda saxlamaq niyyətində olduğunu deyib. Bu barədə görüşlərdən məlumatlı mənbə "Reuters"ə danışıb. Mənbənin sözlərinə görə, Tramp qapalı görüşlərdə ABŞ-ın NATO-ya silah satmağa davam etməyə hazı

08.07.2026 237
.

Yumurtanı hansı vaxt yemək arıqlamağa kömək edir?

Yumurta həm yüksək keyfiyyətli zülal mənbəyi, həm də orqanizm üçün vacib vitamin və minerallarla zəngin qidalardan biridir. Mütəxəssislər bildirirlər ki, düzgün vaxtda qəbul edildikdə yumurta arıqlama prosesini dəstəkləyə və uzun müddət toxluq hissi yarada bilər. ən düzgün vaxtı təqdim edir:. Yumurt

08.07.2026 284
.

Bu içki sağlamlığınız üçün TƏHLÜKƏLİDİR: Kardioloqdan XƏBƏRDARLIQ

Kardioloq Ceremi London ürək sağlamlığı üçün ən zərərli hesab etdiyi qida və vərdişlərdən danışıb. Onun sözlərinə görə, bəzi məhsulların müntəzəm qəbulu ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırır və onlardan mümkün qədər uzaq durmaq lazımdır. -ın xarici mediaya istinadən xəbərinə görə

08.07.2026 283
.

Kosmosda qədim Kainata açılan "pəncərə" aşkarlandı

Beynəlxalq astronomlar qrupu ən qədim kvazarlar arasından 31-ni aşkar edib və onlardan ikisi dərhal yeni rekord müəyyən edib: onlar Kainatın cəmi 670 milyon yaşı olanda işıq saçmağa başlayıblar. Bu, onları Kainatın öz müasir görkəmini almağa başladığı dövrün ən parlaq obyektlərinə çevirib, tədqiqat is

08.07.2026 260
.

"Qoyun-quzunu limuzində daşımalıdırlar?!" - Rəsmi cavab

Azərbaycanda heyvanların daşınması ilə bağlı yeni tələblər tətbiq ediləcək. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. "Qafqazinfo" xəbər verir ki, sözügedən qəra

11:48 196
.

TOP MP3