Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
Ötən il sevgilisini intim videolarla şantaj edən Sabirabad rayon sakini Məsləhət Zərbəliyevin məhkəmə prosesi başa çatıb.
Qaynarinfo-nun Qafqazinfo-ya istunadən məlumatına görə, eyni zamanda narkotik vasitlərinin qanunsuz dövriyyəsində ittiham olunan deputatlığa keçmiş namizədə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Bildirilib ki, 38 yaşlı M.Zərbalıbəyli Bakıda yerləşən dövlət xəstəxanalarından birində həkim və şöbə müdiri kimi çalışan G.Nəsirova (şərti) ilə sevgili olub. O, 2022-ci ildən etibarən həmin qadını intim görüntüləri ilə şantaj edərək müxtəlif vaxtlarda ümumilikdə 42 min manata yaxın pul alıb. Məsləhət G.Nəsirova ilə telefonda kobud formada, söyüşlərdən istifadə etməklə danışıb və ona kart hesabı göndərərək pul ödəməsini tələb edib. Əks halda Səbail rayonu Şıxov qəsəbəsindəki istirahət mərkəzində birgə olduqları vaxt lentə alınmış görüntüləri onun ərinə, qardaşına və oğluna göndərəcəyini deyib.
Zərərçəkmiş şəxs qismində tanınmış G.Nəsirova ifadəsində Məsləhətlə aralarında sevgi münasibəti olduğunu bildirib: "Həkim işləyirəm. 2022-ci il tarixdə Məsləhətin bacısı uşağı mənim qəbulumda olarkən onunla tanış olmuşuq və münasibətimiz yaranıb. Təklikdə görüşüb birgə çay içib, çörək yemişik. Ailə üzvlərimin Məsləhətlə olan dostluq münasibətindən xəbəri olmayıb".
G.Nəsirova sonradan ifadəsini dəyişərək pulları keçmiş sevgilisinə borc kimi verdiyini deyib. Bundan başqa qadının Məsləhətin həbsindən sonra təcridxanaya gedərək onunla görüşməsi və sovqat aparması da müəyyən edilib. O, qarşı tərəfin niyə söyüşlə və kobud şəkildə danışması, pulu niyə tələb etməsi ilə bağlı suala isə, Məsləhətin kobud danışan şəxs olduğunu və bunu normal qarşıladığını, onunla aralarında borc pul məsələsi olması kimi izah edib.
İstintaq həkimin təqsirləndirilən şəxsin hədə-qorxusundan çəkindiyi üçün bu addımları atması qənaətinə gəlib.
İfadə verən şahidlər M.Zərbalıbəylinin müxtəlif qadınlarla tanış olaraq münasibət yaratdığını və daha sonra onları şantaj etdiyini bildirib.
Məhkəmə Məsləhət Zərbalıbəylini Cinayət Məcəlləsinin 182.2 və 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak ələ keçirmək məqsədilə və təkrar törədildikdə) maddələri ilə təqsirli bilib. Məhkəmənin 30 may tarixli hökmü ilə ona 6 il həbs cəzası verilib.
Qeyd edək ki, M.Zərbalıbəyli 2015-ci ildə Milli Dirçəliş Hərəkat Partiyası tərəfindən 63 saylı Sabirabad birinci seçki dairəsindən millət vəkilliyinə namizəd olub. O, bir neçə il əvvəl Bakıdakı hotellərdən birində gənc qıza təcavüzdə ittiham edilərək həbs olunub. Həmin cinayət işi üzrə M.Zərbalıbəylinə bəraət verilib və həbsdən azad edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 699 Tarix: 14 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"İsrail ilə Türkiyə arasında Suriya məsələsində çox ciddi toqquşan maraqlar var" - RASİM QULİYEV
"İsrail Xarici İşlər Nazirliyi Türkiyəyə yeni müvəqqəti işlər vəkili təyin edib. Joel Lion adlı bir keçmiş səfirdir ki, o səfir əvvəllər Moldovada və Ermənistanda qeyri-rezident fəaliyyət göstərib. Bu faktın özü, əslində, tərəflərin müəyyən diplomatik münasibətlərinin yaranmağına əsas verir. Yən
11.09.2026 286 Səudiyyə Ərəbistanının neft kəməri hücuma səbəb olan yanğından sonra bağlanıb
Məsələ ilə tanış olan iki ABŞ rəsmisinin sözlərinə görə, Səudiyyə Ərəbistanındakı əsas neft boru kəməri sistemi cümə axşamı mərmilərlə vurulub. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Energetika Nazirliyi cümə günü veb saytında dərc edilən açıqlamada boru kəmərinə hücum edildiyin
09:41 124 İlan sancmasından zəhərlənməyə qarşı yeni vasitə
ABŞ-ın Merilend Universitetinin alimləri zəhərli ilan sancmalarının müalicəsi üçün yeni üsul aşkar ediblər. Tədqiqatçılar qərb zınqırovlu ilanlarının qanında olan və bu sürünənlərin öz zəhərlərindən qorunmasına kömək edən zülallardan istifadə ediblər. xarici mediaya istinadla xəbər verir ki, laboratoriy
11.09.2026 250 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan nümayəndələrinin maraqlı görüntüləri lentə alınıb. xəbər verir ki, onlar Şuşa şəhərində təşkil olunan tədbirdə yallı gediblər. Həmin görüntüləri təqdim edirik:
11.09.2026 243 Nazir yeni Baş İdarə yaratdı - Mərhum prokurorun general oğlunu rəis təyin etdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında yeni Baş İdarə yaradılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yeni yaradılan qurumun adı Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsidir. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki Müdafiə Qoşunlarını
11.09.2026 309 Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib
Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale
11.09.2026 270 Diplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEO
Qarabağa və Şərqi Zəngəzura səfər edən diplomatik korpus nümayəndələri Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində olublar. "Report"a istinadən xəbər verir ki, qonaqlara memarlıq abidəsi və onun tarixi barədə məlumat verilib. Müsəlman ölkələrindən olan diplomatlar məsciddə namaz qılıblar
11.09.2026 451 Aİ Ukraynaya 4,7 milyard avro ayıracaq
Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi məqsədlər üçün yaxın həftələrdə daha 4,7 milyard avro vəsait ayıracaq. xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari Brüsseldə keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, 2026-cı il üçün Ukraynaya hərbi məqsədlər üçün ümumilikdə 28,
11.09.2026 220 Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
Qədim inanclara görə, evdə olan ən adi əşyalar belə maddi rifaha və pul bəxtinə təsir göstərə bilər. Pul kisəsində dəfnə yarpağı saxlamaq, qapının ağzındakı xalçanın altına qəpik qoymaq və ya pul kisəsini heç vaxt tam boş buraxmamaq bu cür inanclar sırasındadır. xarici mediaya istinadla xəbər verir ki
11.09.2026 249