Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?

Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?Mərkəzi Klinikanın kardiologiya şöbəsinin müdiri həkim‐kardioloq Firdovsi İbrahimovdan Şikayət

Siyəzən rayonu, M.V.Vidadi küçəsi, ev 45 ünvanında yaşayan Zeynalov Mabəddin Qabil oğlu tərəfindən XALQ -a şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

"Möhtərəm Prezident!

Məlumat üçün bildirmək istəyirəm ki, atam, 2‐ci qrup müharibə əlili Zeynalov Qabil Mabəddin oğlu yüksək şəkərli diabet xəstəliyi, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkib. 18 aprel 2025‐ci il tarixdə vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Həkimlərin baxışından sonra, xəstəyə infarkt diaqnozu qoyulmuş, təcili yardımın köməyi ilə Bakı şəhərində yerləşən Mərkəzi Klinikaya təxliyə edilmişdir.

Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?Mərkəzi Klinikada kardiologiya şöbəsinin müdiri, həkim‐kardioloq kimi fəaliyyət göstərən Firdovsi İbrahimov atam Qabil Zeynalovu müayinə edən zaman onda ürək damarının tutulması aşkar edilmişdir. Nəticədə, onun ürək damarına angioplastika yolu ilə STENT qoyulduqdan sonra, təkrarən 26 aprel 2025‐ci il tarixində müayinədən keçməli olduğunu bildirmişdir.

Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?26 aprel 2025‐ci il tarixində atam Qabil Zeynalov təkrar müayinə edilməsi, Firdovsi həkimin baxışından keçməsi üçün ailə üzvlərimizin köməyi ilə Mərkəzi Klinikaya gətirilsə də, qeydiyyat şöbəsinə yaxınlaşan zaman, qanunsuz olaraq, yenidən pul köçürülməsi tələb edilmiş, əks halda xəstəyə baxmayacaqlarını bildirmişlər. Firdovsi həkimin köməkçiləri də eyni sözləri bildirərək, xəstə yaxınlarından pul köçürmələrini tələb etmişlər.

Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?Nəzərinizə çatdırmaq istəyirəm ki, "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanun"da göstərilir ki, vətəndaşa qeydiyyatda olduğu ərazi üzrə tibbi xidmətlər göstərilə, bu mümkün olmadığı təqdirdə, aidiyyəti üzrə tibb müəssisəsinə göndəriş verilərək, həkim müayinəsindən keçə bilər. Həkim müalicəsindən sonra vətəndaş təkrarən tam ödənişsiz qaydada 45 (qırx beş) gün ərzində müalicə aldığı həkim tərəfindən müayinə oluna bilər.

Burdan da açıq‐aydın görünür ki, Mərkəzi Klinikanın qeydiyyat şöbəsinin əməkdaşları və Firdovsi həkimin köməkçiləri "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanun"un bu tələbini kobud şəkildə pozmuşlar. Bununla bağlı ailə üzvlərimiz Firdovsi həkimin otağına yaxınlaşaraq, cəmi 1 həftə əvvəl ödəniş edildiyini və xəstənin 2‐ci qrup müharibə əlili olduğunu qeyd etsələr də, əfsuslar olsun ki, o və köməkçiləri ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müharibə əlillərinin daim diqqət mərkəzində saxlanılması və onların incidilməməsi haqqında tapşırıq və tövsiyyələrinə əməl etməyərək, atam Qabil Zeynalovun sovet dönəmində vuruşduğunu, onu müharibə əlili kimi tanımadıqlarını açıq şəkildə ifadə edərək, müharibə əlilləri arasında ayrı‐seçkiliyə yol verməklə, aşkar təxribatla məşğul olublar. Bütün bunlarla bağlı əlimizdə onların videogörüntüləri və səs yazıları mövcuddur. Lazım gələrsə, həmin faktları aidiyyəti üzrə təqdim etməyə hazırıq.
Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?Firdovsi İbrahimov

Onu da bildirmək istəyirəm ki, əlacsız qalmaları səbəbindən Firdovsi həkim və köməkçilərinin dedikləri ilə razılaşmaq məcburiyyətində qalan ailə üzvlərimiz xəstənin ixtisaslı müayinə və müalicə olunması üçün Mərkəzi Klinikaya təkrar ödəniş etmişlər. Həmin ödənişlərə dair qəbzlər əlimizdədir. Ödənişləri etdikdən sonra, xəstəni kardioloq Firdovsi İbrahimovun qəbuluna keçirən zaman, klinikanın mühafizə xidməti yaxınlaşaraq, həkimin xəstəni qəbul etmək istəmədiyini bildirmişdir. Səbəb də o olmuşdur ki, Firdovsi həkimin dediyinə görə, guya, biz ondan yuxarı instansiyalara şikayətlər etmişik. Əslində isə, belə şey baş verməmişdir. Halbuki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq, hər bir vətəndaşın təklif, ərizə və şikayət etmək hüququ vardır. Ailə üzvlərimiz Firdovsi İbrahimovun barəsində şikayətlər etmədiyini Firdovsi həkimin diqqətinə çatdırsalar da, bütün bunlara baxmayaraq, o, hikkəsi və inadkarlığı ilə rəftar edərək, müxtəlif əsassız bəhanələr gətirməklə, 2‐ci qrup müharibə əlili olan atam Zeynalov Qabil Mabəddin oğlunu ixtisaslı müayinə və müalicə etməkdən, bir sözlə xəstəsindən əsassız və qanunsuz, həmçinin qərəzli olaraq imtina etmişdir.

Mən və ailə üzvlərim bu barədə dərhal Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin – 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ‐ 1542 və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ‐ 815 qaynar xətlərinə zəng edib məlumat bildirdikdən sonra, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məsələ ilə bağlı Mərkəzi Klinikanın müvafiq şəxsləri ilə əlaqə yaratmağa çalışsa da, həkimlər danışmaqdan boyun qaçırmışlar.

Əlavə olaraq bildirmək istəyirəm ki, mən bundan öncə də, qeyd etdiyim məsələ ilə bağlı 26 aprel 2025‐ci il tarixdə Səhiyyə Nazirliyinin ‐ 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiliyinin ‐ 1542 və TƏBİB‐in ‐ 815 qaynar xətlərinə zəng edib şifahi məlumat bildirməyimlə yanaşı, eyni zamanda müxtəlif dövlət qurumlarına şikayət ərizələri yazaraq, 2‐ci qrup müharibə əlili, atam Zeynalov Qabil Mabəddin oğlunun başına hər hansı bir xoşagəlməz hadisə gələrsə, ilk növbədə Firdovsi İbrahimovun məsuliyyət daşıyacağını bildirmişdim. Lakin, onunla bağlı heç bir tədbir görülmədiyindən, atam Qabil Zeynalov həmin hadisənin səhəri günü, yəni 27 aprel 2025‐ci il tarixdə dünyasını dəyişdi.Qeyd edim ki, 26 aprel 2025‐ci il tarixli müraciətimdə qeyd etmişdim:

"Cənab Prezident!

Yuxarıda qeyd edib göstərdiyim xüsusat və faktların öz nəzarətiniz altında kökündən, tam, hərtərəfli və obyektiv araşdırılaraq, "Mərkəzi Klinika"da kardiologiya şöbəsinin müdiri kimi fəaliyyət göstərən həkim‐kardioloq Firdovsi İbrahimovun xəstəmizə qarşı etmiş olduğu qanunsuz və cinayətxarakterli hərəkətlərinə obyektiv hüquqi qiymət verilərək, onun barəsində qanunamüvafiq ciddi tədbirlər görməyinizi Sizdən artıq dərəcədə xahiş edirəm"".

Məsələ ilə bağlı "Mərkəzi Klinika"da kardiologiya şöbəsinin müdiri həkim‐kardioloq Firdovsi İbrahimovdan açıqlama almaq mümkün olmadı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 862   Tarix: 13 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Öz ərizənlə işdən çıx": İşçi məcbur edildiyini məhkəmədə necə sübut edə bilər? - VƏKİLDƏN AÇIQLAMA

İşçinin öz ərizəsi ilə işdən çıxması əmək müqaviləsinə xitamın qanunda nəzərdə tutulan əsaslarından biridir. Lakin işçi ərizəni öz iradəsi ilə deyil, işəgötürənin təzyiqi, hədəsi və ya məcburiyyəti nəticəsində yazıbsa, bu hal əmək hüquqlarının pozulması məsələsini gündəmə gətirə bilər. Əmək Məcəlləsini

11.09.2026 439
.

Xankəndidə nə qədər insan yaşayır?

Xankəndidə genişmiqyaslı yenidənqurma və tikinti işləri həyata keçirilir, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar. Qaynarinfo xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusu

11.09.2026 267
.

Putin Hindistanda : 3 günlük səfər başlayıb - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putinin Hindistana üçgünlük səfəri başlayıb. Səfər çərçivəsində Rusiya və Hindistan arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının eləcə də, beynəlxalq gündəmin əsas məsələlərinin müzakirəsi gözlənilir. Mövzu ilə bağlı -a açıqlama verən siyasi şərhçi Mərahim Nəsibov Putini

11.09.2026 251
.

Planetdə cəmi 6 kol qalmışdı: Alimlər nəsli kəsilməkdə olan çiçəyi xilas etdi

Alimlər yaxın vaxtlara qədər tamamilə yox olmaq təhlükəsi ilə üz-üzə olan nadir Qalapaqos qalveziyasının populyasiyasını bərpa etməyə nail olublar. Bu kol onilliklər ərzində alimlər üçün demək olar ki, əfsanəvi bitki hesab olunub. Onun haqqında yalnız 1962-ci ildə İzabela adasında tapılmış yeganə herbar

11.09.2026 215
.

Rusiya Litvanı nüvə silahının hədəfinə çevirə bilər - Peskov

Nüvə silahlarının Litva ərazisində yerləşdirilməsi gərginliyin yeni mərhələsinə gətirib çıxaracaq. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, belə silahların Qərbə deyil, şərqə, yəni Rusiyaya yönəldiləcəyi aydındır. "Əgər ərazidə bizə qarşı yönəlmiş nüv

11.09.2026 218
.

Nahardan sonra yorğunluq yaranırsa, bunu edin - 15 dəqiqəyə özünüzə gəlin

Nahardan sonra yuxu gəlirsə, amma hətta qısa müddətlik gözləri yummaq imkanı yoxdursa, özünüzü gümrah hiss etməyin başqa yolu da var. xarici mediaya istinadən xəbər verir ki, iş gününün ortasında yuxululuq və enerjinin kəskin azalması demək olar ki, hər kəsə tanışdır. Bu hal xüsusilə nahardan sonra dah

11.09.2026 231
.

Park Bulvar"da yanğın təhlükəsi yaradan görüntülər: "Çağ Baku" restoranında nə baş verir?

Səbail rayonu, Neftçilər prospekti 42 ünvanında, Dənizkənarı Milli Park ərazisinə yaxın yerləşən "Park Bulvar"da fəaliyyət göstərən "Çağ Baku" restoranı ilə bağlı "Real Azərbaycan"a narahatedici məlumat daxil olub. Mənbənin iddiasına görə, restoranda gənclərin əyləncəs

11.09.2026 270
.

Vuçiç sentyabrın sonunda istefa verəcək

Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 25-26-da vəzifəsindən istefa verməyi planlaşdırdığını bildirib. Onun istefasından sonra növbədənkənar prezident seçkisinin təyin olunması gözlənilir. xəbər verir ki, xarici mediada verilən məlumata əsasən, Vuçiç 2017-ci ilin mayından Serbiya Prezidenti vəzifəsin

11.09.2026 217
.

Sabah 31 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var

11.09.2026 198
.