Azərbaycanda qadınlar hərbi xidmətə cəlb oluna bilər - VACİB AÇIQLAMA
Son illərdə bir sıra xarici ölkələrdə qadınların da kişilərlə bərabər hərbi xidmətə cəlb edilməsi diqqət çəkir. İsrail, Norveç, ABŞ və Kanada kimi ölkələrdə qadınlar könüllü və ya məcburi qaydada ordu sıralarında yer alır, bəzi hallarda döyüş bölgələrində də xidmət edirlər.
Azərbaycanda isə hazırda hərbi xidmət yalnız kişilər üçün məcburidir. Qadınlar isə yalnız könüllülük əsasında, əsasən tibbi və ya arxa cəbhə üzrə sahələrdə xidmət edə bilirlər. Lakin bu sahədə dəyişikliklərin mümkünlüyü zaman-zaman ictimai müzakirələrə səbəb olur.
Maraqlıdır, nə vaxtsa qadınlar da ordu sıralarımıza qoşula bilərmi?
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov "konkret.az"a açıqlamasında bildirib ki, qadınların hərbi xidmətə cəlb olunması həm Konstitusiyada təsbit edilmiş bərabərlik prinsipinə, həm də mövcud çağırışlara uyğun bir addım ola bilər.
"Əminəm ki, qadınların hərbi xidmətə cəlb olunması bir müddət sonra mütləq şəkildə gündəmə gələcək. Dünyanın bir sıra ölkələrində qadınlar kişilərlə bərabər şəkildə hərbi xidmət keçirlər. Bəzi ölkələrdə bu proses hətta məcburi xarakter daşıyır", – deyə o, qeyd edib.
O, bildirib ki, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Ukrayna Silahlı Qüvvələrində qadınların da aktiv iştirak etdiyi müşahidə olunur.
Onlar qərargahlarda, rabitə və tibb sahələrində, eləcə də komanda hərbi hissələrində xidmət göstərirlər.
Qadınların hərbi xidmət keçməsi ilə bağlı keçmiş təcrübəyə də toxunan ekspert qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində qadınların da ordu sıralarına qoşulması ənənəsi mövcud olub. Lakin sonradan bəzi neqativ halların yaşanması və mətbuatda bu barədə yazıların dərc olunması ilə bu prosesin dayandırılması qərara alınıb.
"Hazırda da Silahlı Qüvvələrdə qadınlar fəaliyyət göstərirlər. Onlar müddətdən artıq xidmət edən hərbi qulluqçular, eləcə də zabit heyətinin üzvləri kimi ordu sıralarında yer alırlar. Əminəm ki, gələcəkdə qadınlar ali hərbi məktəblərə, hərbi institutlara qəbul olunacaq və onlar da kişilərlə bərabər şəkildə hərbi xidmət keçəcəklər," – deyə ekspert vurğulayıb.
Ü.Cəfərov əlavə edib ki, problemin həll yolu qadınların orduya qəbuluna maneə yaratmaq deyil, neqativ halların baş verməməsi üçün mövcud nöqsanların aradan qaldırılmasıdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3202 Tarix: 13 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp Zelenski ilə görüşdü
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. xəbər verir ki, onlar Ankarada NATO Sammiti çərçivəsində görüşüblər. "Biz Zelenskiylə yaxşı münasibətlər qurmuşuq. Oval Ofisdən bu günə qədər", - Tramp bildirib
08.07.2026 315 Bank kartınız təhlükədədirmi? Bu qaydalara mütləq əməl edin
"Kartınızın təhlükəsizliyini qorumaq üçün PİN kodunuzu heç vaxt kartın üzərində, telefonunuzda və ya başqa yerdə qeyd etməyin. PİN kod yalnız sizə məlum olmalı və heç bir halda digər şəxslərlə paylaşılmamalıdır. Həmçinin kartın arxa tərəfində yerləşən CVV kodunu, son istifadə tarixini və digər məxf
15:08 132 ABŞ-ın PUA hücumu nəticəsində SEPAH-ın əməkdaşı həlak olub
SEPAH-ın bir əməkdaşı Mahşəhrdə ABŞ-ın PUA hücumu zamanı qəlpə yarasından həlak olub. -ın məlumatına görə, İranın cənubunda yerləşən Bəndər-Mahşəhr şəhərindəki SEPAH-ın 3-cü Dəniz Bölgəsinin İctimaiyyətlə Əlaqələr İdarəsi bu barədə məlumat yayıb. Məlumatda bildirilib ki, hadisə bu gün səhər saatlarınd
08.07.2026 225 Azərbaycanlı alim yıxılaraq vəfat etdi
Azərbaycanın görkəmli alimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Əmralı Şirəliyev evində yıxılaraq aldığı xəsarətdən vəfat edib. Axşam.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib. Ə.Şirəliyev Bakının Nərimanov rayonu, Əliyar Əliyev küçəsindəki evində ehtiyatsızlıqdan yıxılıb. Nəticəd
15:15 134 Kiberdələduzları aşkar edən proqram varmı? Ekspert cavabladı
Bir çox insanı maraqlandıran suallardan biri budur: Kiberdələduzları avtomatik aşkarlayan proqram varmı?. Mövzu ilə bağlı BİG.Az-a açıqlama verən İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib ki, bu sualın cavabı qismən bəlidir. Belə texnologiyalar mövcuddur. Banklar, mobil operatorlar və kibertəhlükəsizli
15:17 120 İranın hücumları qəbuledilməzdir - Kallas
ABŞ və İran arasında hava zərbələrinin baş verməsi onsuz da gərgin olan müharibəyə son qoymaq üçün danışıqları daha da çətinləşdirir. İranın Bəhreyn və Küveytə hücumları qəbuledilməzdir. xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kalla
08.07.2026 289 Mənzilin girişinə kamera quraşdırarkən qonşunun icazəsi olmalıdır - Ali Məhkəmə
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının quraşdırılması ilə bağlı mühüm hüquqi mövqe formalaşdırıb. "Qafqazinfo" xəbər verir ki, məhkəmənin baxdığı işdə tərəflər yaşayış binasının eyni girişində eyni mərtəbəsində yaşayan qonşular olub. Mübahisə cavabdehin ümumi dəhlizd
11:36 199 Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? (VİDEO)
Son dövrlər əmək bazarında yarımştat işlərə tələbat artmaqdadır. Xüsusilə tələbələr və əlavə gəlir əldə etmək istəyən şəxslər üçün bu işlər cəlbedici görünür. Lakin bəzi hallarda vakansiyalarda göstərilən əmək haqqı və iş şərtləri ilə reallıq üst-üstə düşmür. Qaynarinfo xəbər verir ki, Xəzər TV mövz
11:08 204 Düyünü bişirməzdən əvvəl yumamaq olar? - CAVAB
Bir çox insan düyünü bişirməzdən əvvəl dəfələrlə yuyur. Ən geniş yayılmış fikir isə budur ki, bu üsul düyünü daha dənəvər edir və bişərkən yapışmasının qarşısını alır. -ın xarici mediaya istinadən xəbərinə görə, lakin Avstraliya alimlərinin apardığı yeni araşdırma göstərib ki, düyünü yumağın əsl səbəb
08.07.2026 268