"ABŞ İsrailin İrana uzun müddətdir etmək istədiyi hücuma icazə verərək İrana göz dağı verir" - Turan Rzayev
İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.Hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami ölüb.
Politoloq Turan Rzayev BiG.AZ-a bildirib ki, ABŞ İsrailin İrana uzun müddətdir etmək istədiyi hücuma icazə verərək İrana göz dağı verir və onu danışıqlar masasına qaytarmaq istəyir.İsrailin bu qədər peşəkar şəkildə əməliyyat keçirməsi İranın özündən kəşfiyyat materialları ötürülməsi ilə bağlıdır:
"Bu hücumun olacağını öncədən demişdim. Hücumu zəruri edən iki məsələ var idi. Birincisi, İsrai tərəfi ABŞ-yə hər vəchdə İrana hücum edilməsinin vacib olduğunu bildirirdi. İkinci məsələ ABŞ və İran arasında danışıqların dalana dirənməsidir. İran heç bir kompromisə getmir, heç bir təklifi qəbul etmir. Xüsusilə İranın ali dini rəhbərinin sərgilədiyi mövqe danışıqların gələcəyinə ümidi azaldırdı. Bütün bu addımlar fonunda İrana edilən hücum bunu deməyə əsas verir ki, Amerika İsrailin İrana uzun müddətdir etmək istədiyi hücuma icazə verərək İrana göz dağı verir və onu danışıqlar masasına qaytarmaq istəyir. Faktiki oaraq İranın mühüm nüvə obyektlərinə zərbə vuruldu. Mühüm şəxsləri həyatını itirdi. Bu, ciddi bir hadisədir. Bunu edə bilən İsrail varsa, deməli, İranın rəhbərini belə öldürəcək səiyyədədir. İranın daxilində nüvə danışıqlarında maraqlı olan qüvvələr var. Bu qüvvələr həm də SEPAH-a qarşı olan qüvvələrdir.İsrailin bu qədər peşəkar şəkildə əməliyyat keçirməsi İranın özündən kəşfiyyat materialları ötürülməsi ilə bağlıdır. Prosesin uzun müddətli olacağını düşünmürəm. İran tərəfi mövqeyində israr edərsə, hücumların miqyası arta bilər. O zaman uzun müddətli əməliyyatdan danışmaq olar. Amma İranın İsrailin timsalında Qərbi qarşısına ala biləcək gücə sahib olduğunu düşünmürəm. 1-2 raket atıb dayanacaq. Bu hücumlar nüvə danışıqlarında ciddi irəliləyişə gətirib çıxara bilər".
Şəbnəm Lətifi
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 804 Tarix: 13 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünyanın ən çox qazanan bloqerləri AÇIQLANDI: İldə 300 milyon...
"Forbes" jurnalı dünyanın ən çox qazanan bloqerləri, influenserləri və kontent yaradıcılarının illik reytinqini dərc edib. xəbər verir ki, siyahıya növbəti dəfə 28 yaşlı MrBeast başçılıq edib. Məlumata görə, onun son bir ildə əldə etdiyi gəlir 300 milyon dollar təşkil edib. Reytinqin ikinc
08.07.2026 341 Azərbaycan öz sözünü dedi, İsrail nəzərə aldı - FOTO
Məlumdur ki, tarixi prosesləri siyasətçilər yox, tarixçilər araşdırmalıdır. Keçmişdə baş verən, xüsusən də təkzibedilməz faktlara əsaslanmayan hadisələr gündəlik maraqlar üçün alətə çevrildikdə tarix yerini miflərə verir. Siyasiləşdirmə elmi araşdırmaları manipulyasiya ilə əvəz edir, tərəfdaş ölkələrl
15:38 114 Azərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO
Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində güclü qum burulğanı müşahidə olunub. təbiət hadisəsinin görüntülərini təqdim edir:
08.07.2026 369 İranın Səhiyyə Nazirliyi ABŞ-ın İrana endirdiyi zərbələr nəticəsində ən azı 14 nəfərin öldüyünü bildirib
İran Səhiyyə Nazirliyi cümə axşamı bildirib ki, ABŞ-ın son iki gün ərzində həyata keçirdiyi hücumlarda 14 nəfər ölüb, 78 nəfər yaralanıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi məlumata görə, ABŞ-ın sonuncu yaylım atəşi İran ərazisində 90-dan çox hədəfi vurub
10:50 194 Azərbaycanda çəyirtkələrin sayı niyə artır? (SƏBƏB)
Son günlər ölkə ərazisində, xüsusilə Xəzəryanı bölgələrdə invaziv növlərə aid bəzi çəyirtkələrin miqrasiyası və populyasiya sıxlığının artması müşahidə olunur. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar olaraq, AQT
12:42 179 NASA ilə bağlı sensasiyalı iddia: UNO fotoları illərlə gizlədilib
NASA-nın illərdir naməlum uçan obyektlərin (UNO) fotoşəkillərini gizlətdiyi və retuş etdiyi iddia olunub. xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb. Məlumata görə, sosial şəbəkə istifadəçiləri 2021-ci ildə vəfat edən Donna Harenin müsahibəsinə diqqət çəkiblər. O, 1967-1981-ci illərd
11:05 194 Fransa siyasətçisi Ukraynaya ayrılan milyardlara etiraz etdi
Ukraynaya maliyyə yardımının dayandırılması ilə bağlı çağırış edilib. xəbər verir ki, bu çağırışı Fransanın sağçı "Patriots" Partiyasının lideri Florian Filippot sosial şəbəkə platforması X hesabında səsləndirib. O, bu fikri Almaniya kansleri Fridrix Merzin Ukraynanın Avropaya güvənə biləcəy
10:34 180 Manat niyə sərbəst buraxılmır? İqtisadi səbəblər açıqlandı
"Azərbaycanda üzən məzənnə rejiminə tam keçilməməsinin əsas səbəbləri ölkə iqtisadiyyatının strukturu, ixrac gəlirlərinin mənbəyi, maliyyə bazarlarının inkişaf səviyyəsi və qiymət sabitliyinin qorunması ilə bağlıdır. Hazırda manat idarə olunan məzənnə rejimindədir. Bu o deməkdir ki, milli valyutanı
14:33 156 Həkimlər səbəbi araşdırır: Eyni ailənin 6 üzvü sirli xəstəlikdən öldü
Hindistanda eyni ailənin altı üzvü 10 gün ərzində sirli xəstəlik səbəbindən həyatını itirib. xəbər verir ki, bu barədə ETV Bharat xəbər agentliyi məlumat yayıb. Hadisə Carxand ştatının Sikka kəndində baş verib. İlk olaraq iyunun 19-da ailə başçısı Kuldip Mehta vəfat edib. Daha sonra onun qızları Babit
11:00 213