Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin sabiq müşaviri Şahin İbadov daha bir şirkət təsis edərək biznesinin əhatə dairəsini genişləndirib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, onun rəhbərlik etdiyi "Kliniken Allianz" şirkəti bir müddət əvvəl dövlət qeydiyyatına alınıb.
Ş.İbadovun qanuni təmsilçiliyi ilə təsis edilmiş yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 46B-dir. Bu ünvanda həmçinin Ş.İbadova məxsus "Siracoglu" MMC-nin tərkibində olan "BİÇER Luxury İnteriors" mağazası fəaliyyət göstərir. Mağazada Türkiyənin lüks brendlərindən olan mebellər satılır.
"Siracoglu" MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, hüquqi ünvanı Fatmayı qəsəbəsində yerləşir. Şirkətin qanuni təmsilçisi isə Ş.İbadovun oğlu Namiq İbadzadədir
Qeyd edək ki, Ş.İbadov həm də hazırda ləğv prosesində olan Bakı Tikinti Konstruksiya Qapalı Səhmdar Cəmiyyətinin (QSC) faktiki sahibidir və şirkətin 98,66 faiz səhmləri ona və ailəsinə məxsusdur. 2018-ci ildə dövlət qeydiyyatına alınan "Trans Tikinti" MMC-nin hazırda rəsmi olaraq qanuni təmsilçisi Ş.İbadovun oğlu Namiq İbadzadədir. N.İbadzadə bu şirkətin 100 faizlik səhmlərinə sahibdir.
Ş.İbadov həm də 2018-ci ildə dövlət qeydiyyatına alınmış "Sirac 2017" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. Bu kommersiya təşkilatının hüquqi ünvanı isə Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi ev 2, mənzil 76-da yerləşir.
Xatırlıadaq ki, İbadov Şahin Siracoğlu uzun illər AAYDA-da yüksək vəzifələrdə çalışıb. O, əvvəllər Şəki və Oğuz Yol Tikinti İstismarı İdarəsinin rəisi, Bakı 4 saylı Yol Tikinti İdarəsinin rəisi, "AzərAvtoyol Təchizat İdarəsi"nin rəisi, "Azəravtoyol" sədrinin məsləhətçisi, AAYDA-nın Nəqliyyat Departamentinin rəisi və sonuncu dəfə isə AAYDA sədri Saleh Məmmədovun müşaviri vəzifəsində çalışıb. 2023-cü ilin yanvarında isə onun vəzifədən azad edildiyi barədə məlumatlar dərc olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1085 Tarix: 12 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident İlham Əliyevin müraciəti: Milli medianın gücü Azərbaycanın dövlətçilik maraqlarına xidmət etməlidir
Azərbaycanın milli informasiya məkanının inkişafı, dövlətçilik ənənələrinin qorunması və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından radio və televiziya hər zaman mühüm missiya daşıyıb. Prezident İlham Əliyevin Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubiley
11:01 163 Ağdam gözəl məkana çevrilir
44 günlük Vətən müharibəsində rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə misli görülməmiş qəhrəmanlıq və hünər göstərərək 30 il işğal altında qalmış Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, mədəniyyətimizin beşiyi sayılan Şuşa şəhərini və bir neçə yaşayış məntəqəsini düşməndə
11:23 175 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq
Azərbaycanda minimum əməkhaqqının nə qədər artacağı ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir. -ın əldə etdiyi məlumata görə, minimum əməkhaqqının 100 manat civarında artırılması proqnozlaşdırılır. Xatırladaq ki, hazırda bu rəqəm 400 manatdır. Noyabrın sonunda, dekabrın əvvəlində isə sözügedən layihəni
14:11 47 YAP - dünənin, bu günün və sabahın partiyasıdır
1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar yaranmağa başlandı
12:42 132 Hökumət üzvləri parlamentdədir
Milli Məclisin növbəti plenar iclası keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, parlamentdə növbəti ilin büdcə zərfi müzakirə ediləcək. İclasda Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Sahil Babayev və hökumət üzvləri iştirak edirlər
10:59 185 Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu
Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:
15.11.2026 296 Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa
15.11.2026 252 Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlə
15.11.2026 285 Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama
11:51 305