Gecə bu qaydanı pozanlar 10 min manat cərimə oluna bilər

Gecə bu qaydanı pozanlar 10 min manat cərimə oluna bilərAzərbaycanda gecə saatlarında ictimai iaşə obyektlərindən (restoran, kafe, bar və s.) yayılan yüksək səslə musiqi və digər narahatedici səslər sakinləri rahatlığını pozduğu halda inzibati məsuliyyətə səbəb olur.

BiG.AZ xəbər verir ki, bu cür hallar qanunvericilikdə "sakitlik rejiminin pozulması" kimi qiymətləndirilir və ciddi cərimələrlə nəticələnə bilər.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən, ətraf mühitə və insanların sağlamlığına mənfi təsir göstərən səs-küy və vibrasiya çirklənməsi müəyyən olunmuş normalardan artıq olduqda cəzalandırılır. Bu halda:

Fiziki şəxslər üçün cərimə: 200–300 manat,

Vəzifəli şəxslər üçün: 2,500–3,500 manat,

Hüquqi şəxslər üçün isə: 8,000–10,000 manat təşkil edir.

Bundan əlavə, İXM-in 521-ci maddəsi məişət səs-küyü ilə bağlı qaydaları pozan şəxslərə qarşı da inzibati məsuliyyət nəzərdə tutur. Yaşayış binalarının içərisində və ya ətrafında, küçələrdə və digər ictimai yerlərdə gecə saat 00:00-dan səhər 07:00-a qədər yüksək səslə danışmaq, mahnı oxumaq, musiqi ifa etmək və müxtəlif texniki vasitələrlə səs-küy salmaq qanunla qadağandır.

Bu qaydaların pozulması halında:

Fiziki şəxslər üçün cərimə: 150–200 manat,

Vəzifəli şəxslər üçün: 2,000–2,500 manat məbləğində müəyyən edilir.

Hüquqşünaslar bildirirlər ki, belə hallar təkrarlandığı təqdirdə obyektlərin fəaliyyəti ilə bağlı daha ciddi tədbirlər də gündəmə gələ bilər. Vətəndaşlar bu cür səs-küylə qarşılaşdıqda 102 xidmətinə, yerli polis orqanlarına və ya icra strukturlarına müraciət edə bilərlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1000   Tarix: 12 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin müraciəti: Milli medianın gücü Azərbaycanın dövlətçilik maraqlarına xidmət etməlidir

Azərbaycanın milli informasiya məkanının inkişafı, dövlətçilik ənənələrinin qorunması və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından radio və televiziya hər zaman mühüm missiya daşıyıb. Prezident İlham Əliyevin Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubiley

11:01 163
.

Ağdam gözəl məkana çevrilir

44 günlük Vətən müharibəsində rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə misli görülməmiş qəhrəmanlıq və hünər göstərərək 30 il işğal altında qalmış Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, mədəniyyətimizin beşiyi sayılan Şuşa şəhərini və bir neçə yaşayış məntəqəsini düşməndə

11:23 175
.

Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq

Azərbaycanda minimum əməkhaqqının nə qədər artacağı ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir. -ın əldə etdiyi məlumata görə, minimum əməkhaqqının 100 manat civarında artırılması proqnozlaşdırılır. Xatırladaq ki, hazırda bu rəqəm 400 manatdır. Noyabrın sonunda, dekabrın əvvəlində isə sözügedən layihəni

14:11 47
.

YAP - dünənin, bu günün və sabahın partiyasıdır

1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar yaranmağa başlandı

12:42 132
.

Hökumət üzvləri parlamentdədir

Milli Məclisin növbəti plenar iclası keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, parlamentdə növbəti ilin büdcə zərfi müzakirə ediləcək. İclasda Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Sahil Babayev və hökumət üzvləri iştirak edirlər

10:59 185
.

Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu

Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:

15.11.2026 296
.

Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa

15.11.2026 252
.

Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlə

15.11.2026 285
.

Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video

Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama

11:51 305
.