"Könül Ağamirova məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu" (FOTO)

"Könül Ağamirova məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu" (FOTO)"Məşhur plastik cərrah-onkoloq Könül Ağamirova məni 3 dəfə əməliyyat etdi, hamısı uğursuz alındı".

Bu şikayətlə "Qafqazinfo"ya Aybəniz Zeyn adlı vətəndaş müraciət edib.

O bildirib ki, ötən il adıçəkilən cərrah tərəfindən sinə kiçiltmə əməliyyatından sonra həmin nahiyədə nekroz (canlı toxumalarda hüceyrələrin erkən ölümü) əmələ gəlib: "Əməliyyatım "Milana Hospital"da baş tutdu. Bundan sonra fəsadlar ortaya çıxdı. Sinəmdə nekroz əmələ gəldi və zamanla daha da pis vəziyyətə düşdüm. İkinci dəfə həkim məni əməliyyata götürərək nekrozu təmizlədi. Ancaq bu dəfə çox kobud tikişlər atıldı. Bir müddət sonra həmin tikişlər açıldı".

İngiltərədə yaşayan Aybəniz Zeynin sözlərinə görə, bu əməliyyat üçün ümumilikdə 7 min manat ödəniş edib: "Artıq üçüncü dəfə məcbur qalıb yenidən eyni həkimin əməliyyatına girdim. Bu dəfə isə öz qarın bölgəmdən yağ alıb sinəmə vurdu. O da bir ay sonra töküldü. Bu həkim məni pis vəziyyətə qoyub. Sinəmdə fəsadlar yaranıb. Bu, bir cinayətdir. Mənə vurulmuş ziyanın qarşılığının ödənilməsini istəyirəm. Hazırda pis vəziyyətdəyəm, ödənişim geri qayıtsın ki, İngiltərədə müayinəyə başlayım. Digər şəxslər də bilməlidir ki, bu həkim düzgün seçim deyil. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə və digər aidiyyəti qurumlara müraciət etmişəm".

Məlumat üçün bildirək ki, bu ilin aprelində Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısını açıqlayıb. Sözügedən həkimlərin siyahısında Könül Ağamirovanın adı yoxdur.

Şikayətçi saytımıza prosedurdan sonra bədənində yaranan yaraların, irinləmələrin və açılan tikişlərin fotosunu da göndərib. Oxucuların həssaslığını nəzərə alaraq, həmin şəkillərdən yalnız ikisini üstüörtülü formada yerləşdiririk:

"Könül Ağamirova məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu" (FOTO)İddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Könül Ağamirova ilə əlaqə saxladıq. O bu şikayətin reputasiyasına zərər gətirəcəyini deyərək ittihamlarla əlaqədar açıqlama vermək istəmədi.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə ünvanladığımız sorğuya cavab olaraq isə bildirildi ki, məsələ ilə bağlı həkim Könül Ağamirovanın aidiyyəti üzrə rəsmi izahatı götürülüb: "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən özəl tibb müəssisələrində xəstələrə göstərilən tibbi xidmətlərin tarifləri tibb müəssisələri ilə xəstələr arasında razılaşma yolu ilə müəyyənləşdirilir və tibbi xidmətin göstərilməsi tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə tənzimlənir. Müraciətdə qeyd olunan faktın eyni zamanda mülki iş olduğunu, insan sağlamlığında yaranmış problemin məhkəmə-tibbi ekspertizası tərəfindən qiymətləndirilməsinin zəruriliyini və dələduzluq faktının araşdırılması məsələsinin Mərkəzin səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq, vətəndaşın təsdiqedici sənədlərlə birlikdə hüquq-mühafizə orqanlarına və ya bilavasitə məhkəməyə müraciət etmək hüququ olduğu Aybəniz Zeynalovaya bildirilib.

"Könül Ağamirova məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu" (FOTO)Aybəniz Zeynalovanın Bakı şəhərində yerləşən "Milana Hospital"ın həkimi Könül Ağamirova tərəfindən göstərilən tibbi xidmətdən sonra səhhətində yaranmış problem və əməliyyata görə ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı Səhiyyə Nazirliyinə daxil olan müraciətinə nazirliyin Analitik Ekspertiza Mərkəzində aidiyyəti üzrə baxılıb. Müraciətdə qeyd edilən faktın 2024-cü ilə təsadüf etməsi, eyni zamanda da şikayətçi tərəfindən ərizəyə müvafiq təsdiqedici sənədlərin (həkim Könül Ağamirova tərəfindən keçirilmiş əməliyyata dair rəsmi tibbi qeydiyyat sənədləri, xəstəlik tarixindən çıxarış və ya epikriz) əlavə edilmədiyindən, aidiyyəti müəssisədə qanunvericiliklə müəyyən olunmuş qaydada uyğun nəzarət tədbirinin keçirilməsi məqsədəmüvafiq hesab edilməyib. Əlavə olaraq bildirilir ki, Mərkəz tərəfindən həkim Könül Ağamirovanın vəzifə səlahiyyətləri araşdırılan zamanı onun müəssisədə direktorun müalicə işləri üzrə müavini vəzifəsinə təyin edilməsi müəyyən edilib. Könül Ağamirovanın aidiyyəti üzrə rəsmi izahatı götürülüb. Əldə olunan sənədlər araşdırma materiallarına əlavə edilib".

"Könül Ağamirova məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu" (FOTO)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1004   Tarix: 12 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Birdəfəlik SINAQ, yoxsa həyat boyu MÜBARİZƏ? - AÇIQLAMA

Narkotik asılılığı cəmiyyətin qarşılaşdığı ən ciddi sosial problemlərdən biri olaraq qalır. Bu asılılıq yalnız insanın fiziki sağlamlığına deyil, onun psixoloji vəziyyətinə, ailə münasibətlərinə və sosial həyatına da ciddi təsir göstərir. Bəs insanı narkotikə yönəldən əsas səbəblər hansılardır və asılılıqda

11.09.2026 200
.

Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək. BİG.AZ xəbər verir ki, bu barədə "Report"a Qarabağ bölgəsinə səfər edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib. Diplomatın sözlərinə görə, Ş.Şərif Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzr

11.09.2026 174
.

"Səfərin digər mühüm istiqaməti regionda sülh və əməkdaşlıq məsələləri olub" - Ülviyyə Həmzəyeva

"Hikmət Hacıyevin Xankəndiyə səfəri Azərbaycanın Qarabağda apardığı bərpa və quruculuq siyasətinin nəticələrinin beynəlxalq ictimaiyyətə göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər zamanı diplomatik korpusun nümayəndələri Xankəndidə yenidən qurulan obyektlərlə tanış olub, Qarabağ Universitetind

11.09.2026 331
.

Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının yeni mərhələsi: Bakıdan verilən strateji mesaj

Azərbaycan və Türkiyə münasibətləri son illərdə yalnız siyasi və hərbi-strateji müttəfiqlik səviyyəsində deyil, həm də enerji, nəqliyyat və iqtisadi əməkdaşlığın bütün istiqamətlərində yeni mərhələyə daxil olub. Bu baxımdan Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu iki qardaş ölkənin enerj

11.09.2026 208
.

Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə həyat yoldaşı Samir Əliyevi qətlə yetirməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə hökm oxunub. xəbər verir ki, məhkəmə Elmira Əliyevanı 12 il müddətinə azadlıqdan məhrum edib. Qeyd edək ki, dövlət ittihamçıs

11.09.2026 336
.

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan nümayəndələrinin maraqlı görüntüləri lentə alınıb. xəbər verir ki, onlar Şuşa şəhərində təşkil olunan tədbirdə yallı gediblər. Həmin görüntüləri təqdim edirik:

11.09.2026 228
.

"Növbəti illərdə Xankəndi, Ağdam, Qubadlı, Kəlbəcər və digər məskənlərə on minlərlə sakinin köçürülməsi planlaşdırılır" - BƏHRUZ MƏHƏRRƏMOV

"Diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə Qarabağ və Şərqi Zəngəzura reallaşdırdığı səfər regionda həyata keçirilən bərpa və yenidənqurma prosesinin həm daxili iqtisadi dinamika, həm də beynəlxalq diplomatiya baxımından mühüm bir mərhələy

11.09.2026 354
.

Putin Hindistanda : 3 günlük səfər başlayıb - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putinin Hindistana üçgünlük səfəri başlayıb. Səfər çərçivəsində Rusiya və Hindistan arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının eləcə də, beynəlxalq gündəmin əsas məsələlərinin müzakirəsi gözlənilir. Mövzu ilə bağlı -a açıqlama verən siyasi şərhçi Mərahim Nəsibov Putini

11.09.2026 250
.

Xankəndidə nə qədər insan yaşayır?

Xankəndidə genişmiqyaslı yenidənqurma və tikinti işləri həyata keçirilir, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar. Qaynarinfo xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusu

11.09.2026 264
.