TŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdı

TŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdıİyunun 11-də "Baku Marriott Hotel Boulevard" otelində Azərbaycan Mətbuat Şurası, Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi (TŞİİB) və Veysəloğlu Şirkətlər Qrupunun media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, televiziya və radio) təmsilçiləri arasında "Kiçik və orta biznesin inkişafında pərakəndə sektorun rolu" mövzusunda keçirdiyi araşdırma müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyinin baş katibi Araz İmanov bildirib ki, pərakəndə ticarət şəbəkələri ölkə iqtisadiyyatının mühüm tərkib hissəsidir və bu sahənin strateji əhəmiyyəti günü-gündən artır. Onun sözlərinə görə, hazırda Azərbaycanda pərakəndə ticarət sahəsində şəbəkələrin bazar payı təxminən 30–32 faiz təşkil edir. Halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 90–95 faiz arasında dəyişir və bu, iqtisadi inkişafın əsas indikatorlarından biri sayılır.

Daha sonra çıxış edən layihə rəhbəri Məhəmmədəli Qəribli, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid də pərakəndə sektorun ölkə iqtisadiyyatındakı strateji rolunu vurğulayıblar. Onlar qeyd ediblər ki, bu sektor təkcə satış və xidmətlə məhdudlaşmır, eyni zamanda sahibkarlığın inkişafı, məşğulluğun artırılması, regionların sosial-iqtisadi dirçəlişi və yerli istehsalın təşviqi baxımından da mühüm əhəmiyyət daşıyır.

Çıxışlarda o da bildirilib ki, bu kimi media müsabiqələri jurnalistlərin və ictimaiyyətin diqqətini pərakəndə ticarət sektorunun real potensialına yönəltmək, bu sahənin iqtisadi sistemdəki yerini daha dərindən analiz etmək və ictimaiyyətə obyektiv informasiya təqdim etmək baxımından xüsusi önəm daşıyır.

Tədbir zamanı mövzuya dair videoçarx da nümayiş etdirilib.
TŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdıTŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdıTŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdıTŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdıTŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 642   Tarix: 11 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Birdəfəlik SINAQ, yoxsa həyat boyu MÜBARİZƏ? - AÇIQLAMA

Narkotik asılılığı cəmiyyətin qarşılaşdığı ən ciddi sosial problemlərdən biri olaraq qalır. Bu asılılıq yalnız insanın fiziki sağlamlığına deyil, onun psixoloji vəziyyətinə, ailə münasibətlərinə və sosial həyatına da ciddi təsir göstərir. Bəs insanı narkotikə yönəldən əsas səbəblər hansılardır və asılılıqda

11.09.2026 200
.

Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək. BİG.AZ xəbər verir ki, bu barədə "Report"a Qarabağ bölgəsinə səfər edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib. Diplomatın sözlərinə görə, Ş.Şərif Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzr

11.09.2026 174
.

"Səfərin digər mühüm istiqaməti regionda sülh və əməkdaşlıq məsələləri olub" - Ülviyyə Həmzəyeva

"Hikmət Hacıyevin Xankəndiyə səfəri Azərbaycanın Qarabağda apardığı bərpa və quruculuq siyasətinin nəticələrinin beynəlxalq ictimaiyyətə göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər zamanı diplomatik korpusun nümayəndələri Xankəndidə yenidən qurulan obyektlərlə tanış olub, Qarabağ Universitetind

11.09.2026 331
.

Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının yeni mərhələsi: Bakıdan verilən strateji mesaj

Azərbaycan və Türkiyə münasibətləri son illərdə yalnız siyasi və hərbi-strateji müttəfiqlik səviyyəsində deyil, həm də enerji, nəqliyyat və iqtisadi əməkdaşlığın bütün istiqamətlərində yeni mərhələyə daxil olub. Bu baxımdan Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu iki qardaş ölkənin enerj

11.09.2026 208
.

Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə həyat yoldaşı Samir Əliyevi qətlə yetirməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə hökm oxunub. xəbər verir ki, məhkəmə Elmira Əliyevanı 12 il müddətinə azadlıqdan məhrum edib. Qeyd edək ki, dövlət ittihamçıs

11.09.2026 336
.

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan nümayəndələrinin maraqlı görüntüləri lentə alınıb. xəbər verir ki, onlar Şuşa şəhərində təşkil olunan tədbirdə yallı gediblər. Həmin görüntüləri təqdim edirik:

11.09.2026 228
.

"Növbəti illərdə Xankəndi, Ağdam, Qubadlı, Kəlbəcər və digər məskənlərə on minlərlə sakinin köçürülməsi planlaşdırılır" - BƏHRUZ MƏHƏRRƏMOV

"Diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə Qarabağ və Şərqi Zəngəzura reallaşdırdığı səfər regionda həyata keçirilən bərpa və yenidənqurma prosesinin həm daxili iqtisadi dinamika, həm də beynəlxalq diplomatiya baxımından mühüm bir mərhələy

11.09.2026 354
.

Putin Hindistanda : 3 günlük səfər başlayıb - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putinin Hindistana üçgünlük səfəri başlayıb. Səfər çərçivəsində Rusiya və Hindistan arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının eləcə də, beynəlxalq gündəmin əsas məsələlərinin müzakirəsi gözlənilir. Mövzu ilə bağlı -a açıqlama verən siyasi şərhçi Mərahim Nəsibov Putini

11.09.2026 250
.

Xankəndidə nə qədər insan yaşayır?

Xankəndidə genişmiqyaslı yenidənqurma və tikinti işləri həyata keçirilir, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar. Qaynarinfo xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusu

11.09.2026 264
.