700 bal topladı, şəhid oldu – Müşfiq Orucovun yarımçıq qalan arzusu

700 bal topladı, şəhid oldu – Müşfiq Orucovun yarımçıq qalan arzusuÖtən gün saytımızda "Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır?" başlıqlı araşdırma yayımlanıb.

Ölkə.Az xəbər verir ki, istinad materialında 700 bal toplayanların siyahısında aprel şəhidi Müşfiq Oucovun adının yer almaması onun yaxınlarının diqqətini çəkib.

Bununla bağlı M.Orucovun ailə üzvləri saytımıza müraciət edib.

Ölkə.Az xatırladır ki, Müşfiq Orucov 1994-cü il sentyabrın 18-də Bakıda doğulub. 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub. Məktəbi "əla" qiymətlərlə başa vuran Müşfiq 700 balla Azərbaycan Texniki Universitetinin Avtomatika və kompüter texnikası fakültəsinə qəbul olunub.

O, Universitetdə oxuya-oxuya həm də şadlıq sarayında ofisiant işləyib. Havalar isinəndə isə axşam saat 19.00-dan səhər 7-yə qədər dondurma sexində çalışırmış.
Şəhid anası bildirir ki, Müşfiq Orucov uşaqlıqdan savadı, tərbiyəsi ilə öz yaşıdlarından seçilib.
Müşfiq bakalavr pilləsini də "əla" qiymətlərlə başa vurub. Anası oğlunun magistraturaya qəbul olunmasını istəsə də, Müşfiq buna razı olmayıb. O, bildirib ki, əgər magistraturaya qəbul olunsa, əsgərliyə gedə bilməyəcək.

O, anasına söz verib ki, hərbi xidmətdən qayıtdıqdan sonra magistratura üçün imtahan verəcək.
Müşfiq Orucovun ailəsinə sonuncu zəngi 2016-cı il mart ayının 27-də gəlib. Anası ilə danışanda Aygün xanım oğlunun harasa getdiyini hiss eləsə də, Müşfiq həqiqəti gizlədib və poliqona gediklərini deyib.
Ana oğlundan ordakı vəziyyəti soruşanda sakitlik olduğunu bildirib.
Aprelin 1-də gecə həyəcan siqnalı verilib, əsgərləri səfərbər ediliblər. Aprel ayının 2-si Tərtərin Talış kəndi istiqamətində gedən ağır döyüşlərdə Müşfiq də iştirak edib. Aprelin 3-də isə şəhid olub. Ayın 4-ü artıq atəşkəs elan olunub.

Elə həmin gün Orucovlar ailəsinə Müşfiqin şəhid olması xəbəri verilib.
Ailəsi Müşfiqlə sadəcə telefon əlaqəsi saxlayıb. Müşfiq solaxay olduğuna görə, yazı yazmağa həmişə ərinib, bu üzdən də məktub yazmırmış.

Ailəsi deyir ki, Müşfiqin piano təhsili də olub.

Məcburi köçkün kimi yataqxanada yaşadıqlarına görə Müşfiqin ən böyük arzusu yaxşı işdə işləyib ailəsi üçün ev almaq olsa da, bu arzusu yarımçıq qalıb.

Allah rəhmət eləsin!
700 bal topladı, şəhid oldu – Müşfiq Orucovun yarımçıq qalan arzusu700 bal topladı, şəhid oldu – Müşfiq Orucovun yarımçıq qalan arzusu700 bal topladı, şəhid oldu – Müşfiq Orucovun yarımçıq qalan arzusu700 bal topladı, şəhid oldu – Müşfiq Orucovun yarımçıq qalan arzusu700 bal topladı, şəhid oldu – Müşfiq Orucovun yarımçıq qalan arzusu


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1111   Tarix: 11 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya türk gəmisini vurdu - Ölənlər var

Rusiya ordusu iyulun 19-da Qvineya-Bisau bayrağı altında üzən, Türkiyəyə məxsus "Golden Leo" mülki yük gəmisinə üç raket zərbəsi endirib. Bu barədə Odessa Vilayət Prokurorluğu məlumat yayıb. Məlumata görə, hücum zamanı gəmidə olan doqquz xarici heyət üzvü və bir ukraynalı losman olmaqla ümumilikd

20.07.2026 329
.

Fransa Parlamentinin komitəsi 15 yaşdan kiçiklər üçün sosial media qadağasını təsdiqlədi

Fransa Parlamentinin barışıq komitəsi bazar ertəsi günü 15 yaşdan kiçik şəxslərin sosial mediaya çıxışını qadağan edən qanun layihəsi üzərində razılığa gəlib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron qadağanın tədris ilinin əvvəlində, sentyabrın əvvəlində qüvvəyə minməsin

11:33 120
.

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Almaniya Azərbaycana yeni səfir təyin edib. xəbər verir ki, bu barədə APA-ya Almaniya Federal Xarici İşlər Nazirliyindən məlumat verib. Bildirilib ki, Almaniyanın Omandakı sabiq səfiri Dirk Lölke Azərbaycana yeni səfir təyin olunub. Məlumata görə, Dirk Lölke iyulun sonunda diplomatik missiyasının icrasın

20.07.2026 250
.

Dünyanın ortasındakı nəhəng qoruyucu maneə: Ekvatorda fırtına niyə olmur?

Dünya xəritəsinə baxdıqda okean sahillərini dağıdan nəhəng qasırğaların, tayfunların və siklonların ekvator xəttinin yaxınlığından belə keçmədiyi görünür. Meteorologiyada ən güclü atmosfer hadisələri hesab olunan bu fırtınalar sanki planetin tam ortasında görünməz bir maneə ilə qarşılaşır. Qaynarinf

20.07.2026 263
.

ABŞ ordusu İrana son hücumlarını tamamladı və bu, ardıcıl 10-cu hücum gecəsi oldu

ABŞ ordusu bazar ertəsi günü axşam İrana qarşı son hücumlarını başa vurduğunu və İranın hərbi komandanlıq mərkəzlərinə, raket və dron buraxılış məntəqələrinə, dəniz imkanlarına və hava hücumundan müdafiə sistemlərinə zərbə endirdiyini bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə AB

11:13 137
.

Xəzərdə neft tankeri vuruldu

İyulun 20-si səhər saatlarında Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Xəzər Boru Kəməri Konsorsiumunun (XBK) dəniz terminalına növbəti dəfə hücum edib. Bizim.Media xəbər verir ki, bu barədə konsorsiumun mətbuat xidməti məlumat yayıb. Hücum zamanı terminalda yükləmə prosesində olan "NELSA"

20.07.2026 290
.

Nigar Fərhad xaricdə təhsil adı ilə vətəndaşları aldadıb? - Video

Bir qrup vətəndaş "Aid-Group" xaricdə təhsil şirkəti və onun rəhbəri Nigar Fərhaddan şikayətçidir. Axşam.az xəbər verir ki, şikayətçilərdən Aliyə Əfəndiyevanın sözlərinə görə, sosial şəbəkələrdə şirkətin reklamlarını görüb, müraciət edib. O bildirib ki, üç övladının Kanadada təhsil alması üçü

10:34 188
.

Sİ savaşı: Tramp Çinə qarşı tədbir görür

Tramp administrasiyası milli və kibertəhlükəsizlik narahatlıqlarını əsas gətirərək, ABŞ-da Çinin qabaqcıl süni intellekt modellərinin istifadəsini məhdudlaşdırmaq və ya faktiki olaraq bloklamaq üçün tədbirləri nəzərdən keçirir. xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. "Müzakirələ

20.07.2026 272
.

60 km-lik "ölüm yolu": Niyə hələ də turistləri cəlb edir?

Boliviyanın Yunqas yolu, daha çox "Ölüm yolu" kimi tanınan marşrut, onilliklərdir dünyanın ən təhlükəli avtomobil yollarından biri hesab olunur. Təxminən 37 mil (təxminən 60 kilometr) uzunluğunda olan bu yol dar dağ yamacları boyunca uzanır və sürücünün ən kiçik səhvi belə dərin uçuruma düşməkl

20.07.2026 302
.

TOP MP3