Türkan Gündüz niyə öldürülüb? - TƏFƏRRÜAT

Türkan Gündüz niyə öldürülüb? - TƏFƏRRÜAT2023-cü il mayın 7-də Abşeron rayonunda qətl hadisəsi olur. Məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıb. Məlum olub ki, hadisə Novxanı qəsəbəsi, İlqar Mirzəyev küçəsində yerləşən fərdi evdə baş verib. Yataq otağınının giriş hissəsində, döşəmədə üzü üstə uzanmış vəziyyətdə 1982-ci il təvəllüdlü Türkan Gündüzün meyiti aşkar edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Türkan Gündüzün (Hacıyevanın) bədən səthində 7 ədəd bıçaq yarası aşkar edilib.

Muhammet Gündüz 1967-ci ildə Türkiyə Respublikasının Konya şəhərində anadan olub. Fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olub, əvvəllər məhkum olunmayıb. Türkan Gündüz tanınmış plastik-cərrah olub. Bakıda bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə "Acıbadem" xəstəxanasında işləyib.

Qaynarinfo xəbər verir ki, lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Muhammet Gündüz Türkan Hacıyeva ilə 2002-2014-cü illərdə qeyri-rəsmi ər-arvad kimi yaşayıb. 2015-ci ildə rəsmi qaydada ailə həyatı qurublar. 2018-ci ildən etibarən Türkan plastik-cərrah kimi işləyərək pul qazanıb, dəfələrlə evə gec gəlib və ərinə kobud qaydada cavab qaytarıb. Həmçinin qadın spirtli içki qəbul edib, ərinin telefon zənglərinə cavab verməyib, Muhammet Gündüzlə birgə Türkiyədə yaşamaqdan imtina edib və hətta dərman vasitəsilə onunla cinsi əlaqədə olmasını söyləyib. Bu səbəblə Muhammet Gündüz arvadının ona bir ər kimi hörmət etmədiyini düşünüb. Bu zəmində baş verən davamlı mübahisələr nəticəsində aralarında soyuqluq yaranıb. Buna aydınlıq gətirməkdən ötrü mayın 7-də növbəti dəfə söhbət edərkən, qadın kobud şəkildə onunla birlikdə yaşamaq istəmədiyini bildirib. Masadakı şirniyyatı üstünə atıb üzərinə gələndə, yaranmış qəzəb fonunda Muhammet Gündüz dolabdan açılıb-qatlanan, məişət təyinatlı bıçağı götürüb. Müstəsna dərəcədə rəhmsizliklə 2011-ci il təvəllüdlü övladının gözləri qarşısında qadının döş qəfəsinə və qarnına çoxsaylı zərbələr endirib. Nəticədə qadın ölüb.

Türkan Gündüz niyə öldürülüb? - TƏFƏRRÜATİş üzrə dindirilmiş Muhammet Gündüz bildirib ki, Türkan Gündüzlə tanış olanda o tələbə idi. Aralarında sevgi münasibəti yaranıb:

"Valideynlərim Türkanla ailə qurmağıma razı olmasa da, öz bildiyim kimi hərəkət etdim. Arvadım 2018-ci ildən işləməyə başladı. Türkanın bacısı ailə işlərimizə müdaxilə edərək, məni xadimə ilə cinsi əlaqədə olmaqda günahlandırsa da, belə bir hal baş verməmişdi. Günlərin gir günü Türkanın anası zəng edərək, atasının səhhətində ciddi problemlər olduğunu və qızının yanında olmasını istədiyini bildirdi. Mən də təbii ki, buna etiraz etmədim. Arvadımı və qızımı Azərbaycana yola saldım.

Amma 2 gündən sonra Türkanın məndən boşanmaq istəməsi barədə iddiasına dair rəsmi bildiriş aldım. Bununla əlaqədar ona zəng edib səbəbini soruşanda yoldaşım xadimə ilə olan kamera görüntülərini gördüyünü dedi. Ona vəziyyəti izah etdim, hətta bu məsələdən sonra həmin xadiməni işdən çıxardığımı söylədim. Təxminən bir həftədən sonra yoldaşıma məlumat vermədən Bakıya gəldim. Sırf qadını öldürmək məqsədi ilə gəlməmişdim. Bakıda olanda Türkan sərxoş halda mənə zəng edərək, tibb bacısı ilə Gəncə şəhərində olduğunu dedi. Yoxlamaq üçün telefonu həmin tibb bacısına verməsini tələb etdikdə, o, bundan imtina etdi".

Türkan Muhammetin ünvanına nalayiq ifadələr işlədib və sonra telefonu söndürüb. Yenidən arvadına zəng edərək, Gəncəyə gələcəyini deyib:

"Kürdəmir rayonuna çatanda, Türkan artıq evdə olduğunu bildirdi. Buna görə geri qayıtdım və Bakıda, Nərimanov rayonunda yerləşən evə gəldim. Türkan uzun müddətdən sonra qapını açdı. Bir daha ona xəyanət etmədiyimi bildirsəm də, arvadım buna inanmadığını söylədi. Mayın 7-də Novxanıda yenidən aramızda mübahisə yarandı. Türkan mənim və valideynlərimin ünvanına söyüş söyəndə, ona dəfələrlə xəbərdarlıq etdim ki, sözlərinə fikir versin. Yoldaşım masada olan qabı üzərimə atanda, dolabdan meyvə soyduğumuz bıçağı götürdüm. 3-4 dəfə sinəsinə və qarınına zərbələr endirdim.

Türkan qapıyə tərəf qaçdı. Səsimizi eşidib otağa girən qızım Sibel anasını vurmamağımı deyəndə, ona otağına keçməsini tapşırdım. Axırıncı zərbəni arxadan, qadının böyründən vurdum. Türkan yataq otağının qarşısında yerə yıxıldı.

Qızıma Təcili Tibbi Yardıma və xalasına zəng etməsini dedim. Çağırışa gələn briqadaya ünvanı izah etdim. Polis əməkdaşları gələrək, məni idarəyə apardılar".

Zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində göstərib ki, Türkanla Muhammet bir-birilərini sevərək ailə həyatı qurublar:

"Təqsirləndirilən şəxsin başqa qadınla nikahından 3 övladı vardı. Konya şəhərində yerləşən evlərində olan kameralara baxanda, bacım ərinin xadimə ilə ona xəyanət etdiyini görüb. Mayın 7-də gecə bacım qızı zəng edərək, atasının anasını vurduğunu və təcili onlara gəlməyimi dedi. Evlərinə çatanda həyətdə Tibbi yardım avtomobilini, otağın girişində Türkanın meyitini gördüm. Polis əməkdaşları Muhammeti xidməti avtomobilə əyləşdirərkən ondan səbəbini soruşdum. O da cavabında "mən ona dəfələrlə xəbərdarlıq etmişdim" dedi. Bacım Azərbaycana qayıtmazdan 2 gün əvvəl Türkiyədə bir vəkillə müqavilə bağlamışdı və onun adından yoldaşı ilə boşanmalarına dair məhkəmədə iddia qaldırmasını xahiş etmişdi. Buna görə 5000 dollar ödəniş də olunmuşdu. Türkan ölkəyə qayıdandan sonra əri boşanmaları ilə bağlı rəsmi bildiriş alıb. Bundan sonra, Muhammet bacıma zəng edərək, onu ölümlə hədələdi".

Şahid Sibel Gündüz ifadəsində göstərib ki, hadisə zamanı öz otağında olub:

"Kiminsə qaçmasını və qışqırmasını eşidib otaqdan çıxanda atamın əlində bıçaq gördüm. Atam həmin aləti əlindən almağa çalışacağım halda, məni də öldürəcəyini bildirdi. Anam qapıya doğru qaçanda atam onun kürəyinə zərbə vurdu. Şok vəziyyətində olduğumdan Tibbi Yardım Stansiyasının operatoruna ünvanı söyləyə bilmədim. Mobil nömrəmin balansında kifayət qədər məbləğ olmadığı üçün xalama "Whatsapp" tətbiqi ilə zəng edib məlumat verdim. Həkimlər evə gələndə, onlara atamı işarə edərək, onun qatil olduğunu bildirdim. Atam anamın özü-özünü bıçaqladığını deyirdi. Valideynlərimin mübahisəsinə, atamın Konya şəhərindəki evimizdə xadimə ilə intim əlaqədə olması səbəb olub".

Şahid qismində dindirilmiş Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimi bildirib ki, mayın 7-i saat 00:02-də dispetçer Novxanı qəsəbəsində, Atıcılıq Mərkəzinin yaxınlığında bıçaqlanma hadisəsi olması haqda məlumat verib:

"Türk vətəndaşı evin darvazasında bizi qarşıladı. Evə daxil olanda girişlə üzbəüz bir qadının qana bulaşmış vəziyyətdə yerdə uzandığını gördük. Nə baş verdiyini soruşanda, həmin şəxs qadının psixoloji problemlərinin olmasını, dərman içərək, özünə bıçaqla xəsarətlər yetirdiyini dedi. Döşəmədə və qapılarda qan ləkələri olduğunu müşahidə etdik. Dərhal 102 mərkəzinə zəng edib xəbər verdik. Qadının tənəffüs aktını müayinə etdim, nəbzi vurmurdu, ürək tonları eşidilirdi, göz bəbəkləri genişlənmişdi və işığa qarşı reaksiya vermirdi. Həmin şəxsə qadının öldüyünü bildirəndə, digər otaqda olan azyaşlı qışqıraraq, atasının anasını öldürdüyünü dedi və ağlamağa başladı".

Məhkəmə iclasında Muhammet Gündüz ittiham üzrə özünü təqsirli bilməyib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsə 18 il cəza təyin edilməsini istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi ona ağır cəza verilməsini xahiş edib.

Son söz hüququndan istifadə edən Muhammet Gündüz bildirib ki, arvadını öldürmək məqsədi olmayıb. Yoldaşının dikbaşlığı, evə gec gəlməsi, vaxtında zənglərinə cavab verməməsi, pul qazanmağa başlayandan sonra azad həyat sürməsi onların mübahisələrinə səbəb olub.

Məhkəmə qənaətə gəlib ki, Muhammet Gündüzün Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. Odur ki ona, həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Muhammet Gündüz 17 il müddətinə azadlıqdan məhrum olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1469   Tarix: 11 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Artıq başqa Sevdayam, anayam"

Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq

11.09.2026 347
.

58 ölkədən 150 diplomat Xankəndidə - Bu səfərin əsas məqsədi nədir?

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri regionda gedən proseslərin beynəlxalq ictimaiyyətə yerində nümayiş etdirilməsi baxımından diqqət çəkir. Sentyabrın 11-də başlayan iki günlük səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edə

11.09.2026 233
.

NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?

NASA Marsda vaxtilə həyatın mövcud olduğunu göstərən dəlillər aşkarlayıb, lakin bu mühüm nümunələrin Yerə gətirilməsi hələ də son dərəcə çətin məsələ olaraq qalır. Qaynarinfo "Newsweek"a istinadən xəbər verir ki, təxminən bir il əvvəl NASA "Perseverance" marsdaşıyan aparatının kəşfin

11.09.2026 215
.

Tramp: "İran xalqı, azadlıq yaxındır!"

ABŞ-ın prezidenti Donald ABŞ prezidenti Donald Tramp İranla bağlı daha bir paylaşım edib. xəbər verir ki, o, İran xalqı üçün azadlığın yaxın olduğunu bildirib. Tramp bildirib ki, ABŞ bölgədə işlərini bitirəndən sonra xalq öz məsələsini həll etməlidir. "İranın böyük və qürurlu xalqı, azadlıq saatını

11.09.2026 211
.

Nahardan sonra yorğunluq yaranırsa, bunu edin - 15 dəqiqəyə özünüzə gəlin

Nahardan sonra yuxu gəlirsə, amma hətta qısa müddətlik gözləri yummaq imkanı yoxdursa, özünüzü gümrah hiss etməyin başqa yolu da var. xarici mediaya istinadən xəbər verir ki, iş gününün ortasında yuxululuq və enerjinin kəskin azalması demək olar ki, hər kəsə tanışdır. Bu hal xüsusilə nahardan sonra dah

11.09.2026 229
.

"Öz ərizənlə işdən çıx": İşçi məcbur edildiyini məhkəmədə necə sübut edə bilər? - VƏKİLDƏN AÇIQLAMA

İşçinin öz ərizəsi ilə işdən çıxması əmək müqaviləsinə xitamın qanunda nəzərdə tutulan əsaslarından biridir. Lakin işçi ərizəni öz iradəsi ilə deyil, işəgötürənin təzyiqi, hədəsi və ya məcburiyyəti nəticəsində yazıbsa, bu hal əmək hüquqlarının pozulması məsələsini gündəmə gətirə bilər. Əmək Məcəlləsini

11.09.2026 438
.

Planetdə cəmi 6 kol qalmışdı: Alimlər nəsli kəsilməkdə olan çiçəyi xilas etdi

Alimlər yaxın vaxtlara qədər tamamilə yox olmaq təhlükəsi ilə üz-üzə olan nadir Qalapaqos qalveziyasının populyasiyasını bərpa etməyə nail olublar. Bu kol onilliklər ərzində alimlər üçün demək olar ki, əfsanəvi bitki hesab olunub. Onun haqqında yalnız 1962-ci ildə İzabela adasında tapılmış yeganə herbar

11.09.2026 210
.

Xankəndidən verilən mühüm mesaj - Hikmət Hacıyev səfərdə - AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi -Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndidə səfərdə olub. Səfər çərçivəsində diplomatik nümayəndə heyətinin iştirakı ilə Qarabağda həyata keçirilən bərpa-quruculuq işləri və bölgənin inkişaf perspektivləri diqqə

11.09.2026 269
.

Vuçiç sentyabrın sonunda istefa verəcək

Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 25-26-da vəzifəsindən istefa verməyi planlaşdırdığını bildirib. Onun istefasından sonra növbədənkənar prezident seçkisinin təyin olunması gözlənilir. xəbər verir ki, xarici mediada verilən məlumata əsasən, Vuçiç 2017-ci ilin mayından Serbiya Prezidenti vəzifəsin

11.09.2026 214
.