"Vətəndaşların vizadan qarşılıqlı azad edilməsi Bakı-Pekin münasibətlərində tam yeni bir mərhələdir" - Deputat
Prezident İlham Əliyev Azərbaycanla Çin arasında viza rejiminin ləğvini təsdiqləyib.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov BiG.AZ-a bildirib ki, möhtərəm Prezidentin Çinə dövlət səfəri münasibətlərimizi tam yeni səhifə kimi xalqlar arasında təmasların artırılması və ictimai diplomatiya ilə əlaqələrimizin inkişafına fürsət yaratdı:
"Möhtərəm Prezidentin "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq etməsi Bakı-Pekin münasibətlərində tam yeni bir mərhələdir. Görünən odur ki, hazırkı həssas geosiyasi dönəmdə Azərbaycan və Çin arasında maraqların uzlaşdırılması tam mümkündür və bununla da hər iki dövlətin mənafelərinin təmin olunması ilə yanaşı ortaya ümumbəşəri niyyətlər naminə ciddi töhfələr qoyula bilər.
Məlumdur ki, indiyədək Azərbaycan və Çin arasında siyasi, iqtisadi, ticari, investisiya, kommunikasiya əlaqələri diplomatik kanallardan istifadə edilərək inkişaf etdirilib. Lakin möhtərəm Prezidentin Çinə dövlət səfəri münasibətlərimizi tam yeni səhifə kimi xalqlar arasında təmasların artırılması və ictimai diplomatiya ilə əlaqələrimizin inkişafına fürsət yaratdı. Bu baxımdan qarşılıqlı viza tələbini ləğv etməklə turistlərin sayının çoxalması ictimai diplomatiya məzmununda əlaqələrimizə xüsusi töhfə verəcəyi şübhə doğurmur. Bundan başqa, qarşılıqlı gediş-gəlişdə bürokratik əngəllərin tam şəkildə aradan qaldırılması ticari münasibətlər üçün də yeni səhifə aça, turist qismində Azərbaycana və Çinə gedən vətəndaşları potensial investora çevirə bilər. Bu mənada, Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində imzaladığı müqavilə və bu gün isə Sərəncamla təsdiq etdiyi qanun yalnız Bakı-Pekin münasibətlərində yox, bütövlükdə bölgənin inkişaf trayektoriyası üçün yeni üfiqlər açır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 809 Tarix: 10 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVuçiç sentyabrın sonunda istefa verəcək
Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 25-26-da vəzifəsindən istefa verməyi planlaşdırdığını bildirib. Onun istefasından sonra növbədənkənar prezident seçkisinin təyin olunması gözlənilir. xəbər verir ki, xarici mediada verilən məlumata əsasən, Vuçiç 2017-ci ilin mayından Serbiya Prezidenti vəzifəsin
11.09.2026 150 Nahardan sonra yorğunluq yaranırsa, bunu edin - 15 dəqiqəyə özünüzə gəlin
Nahardan sonra yuxu gəlirsə, amma hətta qısa müddətlik gözləri yummaq imkanı yoxdursa, özünüzü gümrah hiss etməyin başqa yolu da var. xarici mediaya istinadən xəbər verir ki, iş gününün ortasında yuxululuq və enerjinin kəskin azalması demək olar ki, hər kəsə tanışdır. Bu hal xüsusilə nahardan sonra dah
11.09.2026 176 Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Prezident İlham Əliyev "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. APA xəbər verir ki, Sərəncama əsasən "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətini
11.09.2026 135 Ali təhsil 3 ilə endirilməsi TƏKLİF OLUNUR: Diplomun müddəti qısalır, bəs keyfiyyət necə olacaq?
Xəbər verdiyimiz kimi Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur. Bununla bağlı -a danışan "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayev
11.09.2026 206 58 ölkədən 150 diplomat Xankəndidə - Bu səfərin əsas məqsədi nədir?
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri regionda gedən proseslərin beynəlxalq ictimaiyyətə yerində nümayiş etdirilməsi baxımından diqqət çəkir. Sentyabrın 11-də başlayan iki günlük səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edə
11.09.2026 204 Onlayn telefon sifariş etdi, peyin göndərdilər
Hindistanın Qreyter-Noyda şəhərində yaşayan sakin internetdən sifariş etdiyi Android cihazının əvəzinə içərisində inək peyini olan bağlama alıb. xarici mediaya istinadən xəbər verir ki, Akaş Naqar adlı şəxs bir neçə gün əvvəl iş üçün internet saytlarından birindən Android cihazı sifariş edib, sifari
11.09.2026 201 "Bank Respublika" "AccessBank"ı alır
Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır. Əqd çərçivəsində AccessBank-ın mövcud səhmdarlar
11.09.2026 175 Şəfiqə Məmmədova kimdir? - Burla xatun, Gülya, Cəbiş müəllimin arvadı...
Xəbər verdiyimiz kimi, Xalq artisti Şəfiqə Məmmədova bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilib. Şəfiqə Məmmədovanın qısa bioqrafiyasını təqdim edir:. Şəfiqə Məmmədova nə vaxt və harada anadan olub?. Şəfiqə Məmmədova 1945-ci ilin 30 mart tarixində Dərbənd şəhərində anadan olub. Şəfiq
11.09.2026 200 Azərbaycanda qızıl kəskin bahalaşdı
Azərbaycanda 2026-cı il 11 sentyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızıl bazarında 1 unsiya qızılın qiyməti 7494.8155 manat, 1 qramının standart qiyməti isə 240.96 manat təşkil edir. Əyyarından və mənşəyindən asılı olaraq 1 qram qızılın qiyməti isə 9
11.09.2026 194