7 dəfə ildırım vurmuş adam: Roy Sullivanın inanılmaz hekayəsi
Roy Sullivan – yeddi ildırım zərbəsindən sağ çıxaraq Ginnesin Rekordlar Kitabına düşən insan.
Onun hekayəsi inanılmaz şansın və faciəvi ehtiyatsızlığın paradoksudur. O, adətən heç bir şans qoymayan təbiət qüvvəsinə qarşı necə dayana bildi?
Lent.az Roy Sullivan haqqında məlumatı təqdim edir.
Təbiəti cəlb edən insan
Roy Sullivan ilk dəfə 1942-ci ilin aprelində ildırımın zərbəsinə məruz qaldı. O zaman ABŞ-ın Virciniya ştatındakı Şenandoa Milli Parkında meşə nəzarətçisi kimi işləyirdi. Fırtına zamanı keşikçi qülləsində olarkən ildırım qülləni alova bürüdü. Roy qurtulmağa çalışarkən ildırım onun ayağına dəyir. Nəticədə bir ayaq barmağının dırnağını itirir və dərindən yanıq xəsarətləri alır.
Bu hadisə təsadüf sayıla bilərdi, lakin tale Roy üçün daha altı "görüş" hazırlamışdı...
İnanılmaz hadisələr silsiləsi
İlk hadisədən sonra tam 27 il keçmişdi ki, 1969-cu ilin iyulunda ildırım yenidən Roy-a dəyir – bu dəfə yük maşınının içində. O, qaşlarının yanması ilə canını qurtarır. 1970-ci ildə öz bağında ildırım onun çiyinlərini zədələyir. 1972-ci ildəki zərbə Roy-un bütün saçlarını tökür. Beşinci ildırım da onu yenidən saçsız qoyur – bu dəfə o, avtomobilin içində idi.
Ailəvi anomaliya?
Maraqlıdır ki, Roy-un həyat yoldaşı da ildırımın hədəfinə çevrilmişdi. Paltarı həyətə sərərkən ildırım ona dəyir, lakin bu dəfə Roy heç bir xəsarət almır.
Son sınaqlar
Altıncı ildırım zərbəsi Roy bağda gəzərkən baş verir, yeddincisi isə balıq tutarkən. Bu hadisədən sonra sanki ildırımlar onu artıq rahat buraxır.
Statistikaya əsasən, 80 il ərzində bir insanın ildırıma tuş gəlmək ehtimalı 1/10 000-dir.
Amma Roy Sullivan, "parıldayan reyncer" ləqəbini qazanan bu adam yeddi dəfə bu təhlükədən sağ çıxmışdı.
Talehin ironiyası
Təbiətin gücünə qarşı bu heyrətamiz dözümlülüyə baxmayaraq, Roy-un həyatı acınacaqlı sonluqla bitdi. 1983-cü ildə, 71 yaşında, şəxsi problemlər səbəbilə intihar etdi. Onun adı tarixdə təbiətə meydan oxuyan insan kimi qalır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 649 Tarix: 09 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXarici diplomatlar Gəncəsər monastır kompleksini ziyarət ediblər
Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Ağdərə rayonunun Vəng kəndinə gəlib və Gəncəsər monastır kompleksini ziyarət ediblər. xəbər verir ki, Gəncəsər monastır kompleksi - erməni vandalizminin qurbanı olan abidələrimizdən biridir
12:01 220 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər
Atom saatlarının göstərdiyi vaxtla Yerin fırlanması arasındakı kiçik fərqlər illərdir "artıq saniyə" adlanan düzəlişlərlə aradan qaldırılır. Lakin planetin son illərdə gözlənilmədən sürətlənməsi bu dəfə saata bir saniyə əlavə etmək əvəzinə bir saniyənin çıxarılmasını tələb edə biləcək yen
11.09.2026 237 Serbiya Prezidenti istefa verəcəyi günü açıqladı
Serbiya Prezidenti Aleksandr Vuçiç sentyabrın 25-26-da vəzifəsindən istefa verəcəyini açıqlayıb. xəbər verir ki, o, bunu mətbuat konfransında N1 televiziyasının sualını cavablandırarkən deyib. "Nyu-Yorkdan qayıtdıqdan dərhal sonra istefa verəcəyəm. Bu, 25 və ya 26 sentyabr olacaq, vəssalam"
11:58 101 Almaniyada radikal sağ yüksəlişdə: Avropanı hansı təhlükələr gözləyir?
"Son günlər Almaniyada "faşistlərin yenidən hakimiyyətə gəlməsi" ilə bağlı müzakirələr genişlənib. Hesab edirəm ki, məsələyə emosional deyil, siyasi reallıqlar əsasında yanaşmaq lazımdır. Əvvəla, burada "faşistlərin hakimiyyətə gəlməsi" ifadəsini birbaşa tarixi faşizmin təkrar
11.09.2026 196 Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib
Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale
11.09.2026 273 Tramp: "İran xalqı, azadlıq yaxındır!"
ABŞ-ın prezidenti Donald ABŞ prezidenti Donald Tramp İranla bağlı daha bir paylaşım edib. xəbər verir ki, o, İran xalqı üçün azadlığın yaxın olduğunu bildirib. Tramp bildirib ki, ABŞ bölgədə işlərini bitirəndən sonra xalq öz məsələsini həll etməlidir. "İranın böyük və qürurlu xalqı, azadlıq saatını
11.09.2026 228 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?
NASA Marsda vaxtilə həyatın mövcud olduğunu göstərən dəlillər aşkarlayıb, lakin bu mühüm nümunələrin Yerə gətirilməsi hələ də son dərəcə çətin məsələ olaraq qalır. Qaynarinfo "Newsweek"a istinadən xəbər verir ki, təxminən bir il əvvəl NASA "Perseverance" marsdaşıyan aparatının kəşfin
11.09.2026 240 Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Prezident İlham Əliyev "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. APA xəbər verir ki, Sərəncama əsasən "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətini
11.09.2026 219 Planetdə cəmi 6 kol qalmışdı: Alimlər nəsli kəsilməkdə olan çiçəyi xilas etdi
Alimlər yaxın vaxtlara qədər tamamilə yox olmaq təhlükəsi ilə üz-üzə olan nadir Qalapaqos qalveziyasının populyasiyasını bərpa etməyə nail olublar. Bu kol onilliklər ərzində alimlər üçün demək olar ki, əfsanəvi bitki hesab olunub. Onun haqqında yalnız 1962-ci ildə İzabela adasında tapılmış yeganə herbar
11.09.2026 240