Azərbaycan xalqının qurtuluşu - 15 İyun
Ölkəmizin qədim və zəngin dövlətçilik tarixi və ənənələri XX əsrin sonunda ikinci dəfə müstəqil Azərbaycan dövlətinin qurulmasına bəslənilən daxili və xarici inamı artıran əsas amillərdən biri idi.
Lakin müstəqillik qazanıldıqdan sonra gözlənilən dövlət quruculuğu prosesi ciddi problemlər və çətinliklərlə müşayiət olunmağa başladı. Bunların bir qismi Ermənistanın ölkəmizə ərazi iddiaları irəli sürməsi və bu məqsədlə hərbi təcavüz nəticəsində Azərbaycan Respublikası ərazilərini işğal etməsi ilə bağlı idi. Mövcud hakimiyyət nəinki erməni təcavüzünün qarşısını almaqda acizlik göstərir, habelə zəruri xalq müqavimətini təşkil etməkdə, təcavüzkara qarşı təsirli beynəlxalq təpkinin təşkilində inanılmaz səriştəsizlik və bacarıqsızlıq nümayiş etdirirdi.
Dövlət müstəqilliyin ilk illərinin doğurduğu digər ciddi problem ölkədə yaşanan siyasi böhranla əlaqədar idi. Tez-tez baş verən hakimiyyət dəyişikliyi böhranı daha da gücləndirir, xalqla hakimiyyət arasında uçurumu dərinləşdirirdi. Böhrandan çıxmaq üçün hakimiyyət tərəfindən ya təsirli tədbirlər görülmür, ya da görülənlər lazımi nəticə vermirdi. Hakimiyyətə etimadın artırılması baxımından vacib olan milli maraqların qorunması lazımi səviyyədə deyildi və hətta iqtidara gəlmək üçün hakimiyyət dəyişiklikləri bir sıra hallarda milli maraqlara xəyanət sayəsində mümkün olurdu. İfrat həddə çatmış siyasi böhran təbii olaraq açıq surətdə ifadə olunan hakimiyyətdaxili qarşıdurmalar, siyasi xaos və anarxiyanın tüğyanı ilə müşayiət edilirdi. Bunun fonunda ölkədə separatizm meylləri güclənir, Azərbaycan Respublikasını parçalamağa yönəlmiş hərəkatlar geniş vüsət alırdı.
Məhz belə bir dövrdə Ulu Öndər öz xilaskarlıq missiyasına başlamalı oldu. Ümummilli lider Azərbaycan ailəsinin sabitliyini təmin etməklə onun milli mənlik şüuru və milli iftixar hisslərini özünə qaytara bildi. O dövrün çətin psixoloji böhranlı, ümidsiz anlarında dünya ictimaiyyəti üçün müstəqilliyi bir çox hallarda hələ dərindən dərk edilə bilməyən ağır mərhələləri Azərbaycan xalqı öz dahi lideri ilə inamla addımlaya bildi. Görkəmli ictimai-siyasi xadim Heydər Əliyev siyasi partiyalar arasinda münasibətləri cəmiyyətdaxili münasibətlərin güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində də tətbiq edirdi.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması sosial sifariş, tarixi zərurət idi. Bu Qaydış Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. 15 İyun, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
Ümummilli Liderin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin bu illər ərzində həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən bir ölkə kimi tanınmasını şərtləndirdi. Ulu Öndərin təməlini qoyduğu düzgün siyasi xəttin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan Ali Baş Komandanın rəhbərliyi, ordumuzun gücü ilə 30 il işğal altında qalan torpaqlarını azad edərək öz ərazi bütövlüyünü təmin etdi.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 675 Tarix: 09 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEl-Nino güclənir: Rekord səviyyəli hadisə ehtimalı 75 faizə çatdı
ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası (NOAA) tarixi gücə malik El-Ninonun oktyabr-dekabr aylarında baş verməsi ehtimalını 75 faizə yüksəldib. Qaynarinfo xəbər verir ki, "Watchers"in məlumatına görə, avqust ayında bu ehtimal 69 faiz qiymətləndirilirdi. Buna səbəb Sakit okeanın tropi
11.09.2026 120 "Öz ərizənlə işdən çıx": İşçi məcbur edildiyini məhkəmədə necə sübut edə bilər? - VƏKİLDƏN AÇIQLAMA
İşçinin öz ərizəsi ilə işdən çıxması əmək müqaviləsinə xitamın qanunda nəzərdə tutulan əsaslarından biridir. Lakin işçi ərizəni öz iradəsi ilə deyil, işəgötürənin təzyiqi, hədəsi və ya məcburiyyəti nəticəsində yazıbsa, bu hal əmək hüquqlarının pozulması məsələsini gündəmə gətirə bilər. Əmək Məcəlləsini
11.09.2026 407 "Bürclərə bağlı qalmaq, bürclərə görə insan haqqında hökm vermək qətiyyən düzgün deyil" - AYTƏN SALAMİ
Bürclər və astroloji proqnozlar uzun illərdir insanların maraq dairəsindədir. Xüsusilə, ayın, planetlərin və digər səma cisimlərinin insan həyatına təsiri ilə bağlı proqnozlar sosial şəbəkələrdə geniş yayılır. Bəs bəzi insanlar niyə astroloji proqnozlara həddindən artıq bağlanırlar? Doğum xəritəsi insanı
11.09.2026 262 "İsrail ilə Türkiyə arasında Suriya məsələsində çox ciddi toqquşan maraqlar var" - RASİM QULİYEV
"İsrail Xarici İşlər Nazirliyi Türkiyəyə yeni müvəqqəti işlər vəkili təyin edib. Joel Lion adlı bir keçmiş səfirdir ki, o səfir əvvəllər Moldovada və Ermənistanda qeyri-rezident fəaliyyət göstərib. Bu faktın özü, əslində, tərəflərin müəyyən diplomatik münasibətlərinin yaranmağına əsas verir. Yən
11.09.2026 242 "Bank Respublika" "AccessBank"ı alır
Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır. Əqd çərçivəsində AccessBank-ın mövcud səhmdarlar
11.09.2026 175 "Anamı səhər saat 6-da yuxudan oyadıb mühazirəni ona oxuyurdum"
"Müəllimlərə kömək üçün xüsusi platforma yarada bilərik. Hər müəllim özü üçün Aİ (süni intellekt) assistent yaratsın və bu assistent onu idarə etsin". "Qafqazinfo" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bu gün keçirilən təhsil işçilərinin sentyab
11.09.2026 214 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?
NASA Marsda vaxtilə həyatın mövcud olduğunu göstərən dəlillər aşkarlayıb, lakin bu mühüm nümunələrin Yerə gətirilməsi hələ də son dərəcə çətin məsələ olaraq qalır. Qaynarinfo "Newsweek"a istinadən xəbər verir ki, təxminən bir il əvvəl NASA "Perseverance" marsdaşıyan aparatının kəşfin
11.09.2026 133 "Artıq başqa Sevdayam, anayam"
Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq
11.09.2026 298 Birdəfəlik SINAQ, yoxsa həyat boyu MÜBARİZƏ? - AÇIQLAMA
Narkotik asılılığı cəmiyyətin qarşılaşdığı ən ciddi sosial problemlərdən biri olaraq qalır. Bu asılılıq yalnız insanın fiziki sağlamlığına deyil, onun psixoloji vəziyyətinə, ailə münasibətlərinə və sosial həyatına da ciddi təsir göstərir. Bəs insanı narkotikə yönəldən əsas səbəblər hansılardır və asılılıqda
11.09.2026 188