Zirvə görüşünün uğurları Türk dünyasının əlaqələrini daha da möhkəmlədir

Zirvə görüşünün uğurları Türk dünyasının əlaqələrini daha da möhkəmlədirAzərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi ölkəmizin Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələri daha da inkişaf edir. Dövlətimizin başçısı 2024-cü il fevralın 14-də andiçmə mərasimində çıxışında dediyi kimi: "TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur".
May ayının 20-21-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının "Şərq və Qərbin görüş nöqtəsi" adlanan qeyri-rəsmi Zirvə toplantısı keçirilib. Qeyri-rəsmi zirvə görüşü dövlət başçılarına prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirmək, regional və qlobal miqyasda ümumi məsələləri həll etmək üçün mühüm imkan yaradacaq. Bundan başqa, tədbirdə təşkilatın ümumi strategiyasını və dünyaya baxışını ifadə edən Budapeşt bəyannaməsi qəbul edilib.
Beynəlxalq aləmdə davam edən ictimai-siyasi proseslər fonunda, bu qəbildən olan tədbirlərin keçirilməsinin Türk dünyası üçün olduqca böyük əhəmiyyəti var. Yeddi il TDT-də müşahidəçi dövlət kimi çıxış edən Macarıstan Türk dünyası ilə Avropa arasında körpü, ənənəvi sərhədləri aşan dialoq və əməkdaşlıq üçün qapı rolunu oynayır.
Macarıstanın baş naziri Viktor Orbanın dəvəti ilə bu ölkəyə səfərə gələn Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı bildirib ki, Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Bu gün Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur. Bu, səfər Azərbaycan Prezidentinin Macarıstana 6-cı səfəridir. Baş nazir Viktor Orban isə Azərbaycana 7 dəfə səfər edib. "Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır", - deyən dövlətimizin başçısı əldə edilmiş bütün uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik edib.
Rəsmi Budapeştin Türk Dövlətləri Təşkilatında oynadığı rol, bu ölkənin Türk dünyasına inteqrasiyası cənab Baş nazir Viktor Orbanın qətiyyəti və müstəqil siyasət yürütmək əzmi nəticəsində mümkün olmuşdur. Həmçinin qeyd edilməlidir, bir sıra Avropa ölkə başçılarının narazılıqlarıba baxmayaraq Viktor Orban TDT-nin ötən ilin iyul ayında Şuşada keçirilən qeyri-rəsmi sammitində də iştirak etmişdir.
Toplantıda bildirilib ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur.
Ölkəmizin Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib.
2024-cü ildә Türkiyә vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan üzәrindәn tranzit keçәn daşımalarının hәcmi 11 milyon ton təşkil edib. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılıb, müştərək müəssisələr qurulub. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılıb.
Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev deyib ki, Biz Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. "Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir", - deyə dövlətimizin başçısı əlavə edib.
Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Bununla da, Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Yaxın vaxtlarda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq.
Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin, 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.
Ölkə başçısı İlham Əliyev ötən il Azərbaycanda COP29 kimi mötəbər konfransın keçirilməsinnə toxunub. Qeyd edilib ki, bu mötəbər tədbir 200 ölkənin yekdil qərarı ilə Azərbaycanda keçirilib. Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq, COP29-u yüksək səviyyədə təşkilinə nail olunub. Tədbirdə 197 ölkəni təmsil edən 77 min iştirakçı, 70 dövlət və hökumət başçısı iştirak edib. Nəticə etibarı ilə Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi.
Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşma oldu. Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi.
COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanıb. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır. Bununla da, COP29 böyük uğurlara imza atmış və tarixə "Bakı sıçrayışı" kimi daxil olmuşdur.
Beləliklə, Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi Zirvə toplantısı Türk dünyasının siyasi-iqtisadi və digər sahələrdəki əlaqələrinin daha da genişlənməsinə yardımçı olacaqdır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 532   Tarix: 22 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sevgilisinin arvadının iş yerinə gedərək - Onu təhqir etdi

Sabirabad rayonunda qadınlar arasında xoşagəlməz hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun kəndlərindən birində 44 yaşlı qadın sevgi münasibətində yaşadığı kişinin həyat yoldaşının iş yerinə hücum edib. Belə ki, təhsil müəssisələrinin birində katibə-makinaçı işləyən S.Həsənov

17.12.2025 379
.

Çantasının qiyməti müzakirə yaratdı - FOTO

Türkiyəli müğənni Demet Akalın son paylaşımı ilə diqqət çəkib. Bizim.Media xəbər verir ki, o, yeni çantasına ödədiyi məbləğlə gündəmə gəlib. D.Akalın 450.00 TL dəyərində olduğu bildirilən çantasının fotosunu instaqram hesabında paylaşıb. "Bizə şans gətir, balaca yeni körpə" - deyə paylaşımd

17.12.2025 342
.

"Deyirdi, siqaret, pivə al, qarnımıza, belimizə vururdu" - Ata uşaqlarına işgəncə verib?

Ağstafanın Yeni Gün kəndində atanın azyaşlı uşaqlarını döyərək onlara işgəncə verdiyi bildirilir. Bu haqda "Qafqazinfo"ya uşaqların anası Günel Bayramova şikayət ünvanlayıb. Ana iddia edir ki, onun həyat yoldaşı, kənd sakini 42 yaşlı Oruc Əliyev öz aralarında olan mübahisələrə görə uşaqlar

17.12.2025 308
.

"ƏDV geri al" layihəsi bəzi sahələrdə tətbiq olunacaq

"Hər il olduğu kimi, 2026-cı ildə də dövlət büdcəsinə vergi daxilolmalarının artacağı proqnozlaşdırılır. Bu artımlar əsasən dövriyyənin şəffaflaşdırılması və dürüstləşməsi sayəsində əldə olunacaq". Bunu BİG.Az-a açıqlamasında vergi eksperti Anar Bayramov bildirib. O, qeyd edib ki, 2026-cı i

17.12.2025 237
.

"Hər kəsdən üzr istəyirəm..." - Suad Qarayeva

"Qısametrajlı filmimlə bağlı son paylaşımım heç vaxt tənqid məqsədi daşımayıb, sadəcə emosional, şəxsi bir düşüncə idi". "Qafqazinfo" xəbər verir ki, bu sözləri rejissor və ssenari müəllifi Suad Qarayeva qalmaqallı "Məhsəti" filmi ilə bağlı instaqram hesabında etdiyi açıqlamasınd

17.12.2025 248
.

Məktəblilər arasında "snus" təhlükəsi - "Köşklərdə satılır" - Video

Məktəblilər arasında "snus" adlı saqqızabənzər, tütün tərkibli məhsul yayılıb. Uşaqlar isə onun tərkibi və təsirləri barədə məlumatlı olmadan istifadə edir. "Qafqazinfo"nun məlumatına görə, İTV-yə danışan şagirdlər bildirirlər ki, bu məhsulu alıb məktəbdə çeynəyirlər. "Bizi

17.12.2025 594
.

DİN şagirdlərə satılan o məhsulu araşdırır - Açıqlama

Xəbər verdiyimiz kimi, məktəblilər arasında "snus" adlı saqqızabənzər, tütün tərkibli məhsul yayılıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov "Qafqazinfo"ya bildirib ki, "Snus" adlandırılan məhsulun tərkibi və hüquqi statusu ilə araşdırmalar aparılır:. "Hazırd

17.12.2025 309
.

Düşünmək dələduzluğun ən böyük düşmənidir!

Kiber dələduzlar xəstə uşaqlar adından səhifələr açıb insanların heysiyyətinə toxunan paylaşımlar edərək onlardan pul yığırlar. Bu cür dələduzları necə müəyyən etməli və onların qazdığı quyuya düşməmək üçün hansı tədbirləri görməliyik?. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən İnformasiya Texnologiyalar

17.12.2025 194
.

Müəllimin sinif otağında ölməsinin təfərrüatı... (VİDEO)

Xəbər verdiyimiz kimi, Qaradağ rayon, Korgöz qəsəbəsində 29 ildir ibtidai sinif müəllimi işləyən Sevda Həsənova dünən elə dərs dediyi sinif otağında vəfat edib. Sevda müəllimi illərdir dərsə qayınatası aparıb gətirib, elə hadisə baş verən gün də səhər məktəbə sağ-salamat apardığı gəlininin ölüm xəbərin

10:11 0
.

TOP MP3