"Müəllimlər imtahana 5 gün qalmış yeni mövzu öyrənmək əvəzinə, artıq öyrəndiklərini təkrarlasınlar" - Kamran Əsədov

"Müəllimlər imtahana 5 gün qalmış yeni mövzu öyrənmək əvəzinə, artıq öyrəndiklərini təkrarlasınlar" - Kamran ƏsədovMüəllimlərin bu il üzrə ilkin və təkrar sertifikatlaşdırma prosesinin təşkili 18-25 iyunda olması nəzərdə tutulur.

Təhsil eksperti Kamran Əsədov BiG.AZ-a bildirib ki, 18–25 iyun tarixlərində keçiriləcək müəllimlərin sertifikasiya imtahanı, təkcə biliyin yoxlanılması deyil, həm də müəllimin peşəkar statusunun təsdiqi, əmək haqqına əlavəyə hüquq qazanmaq və təhsil sistemində yerini daha da möhkəmləndirmək üçün mühüm mərhələdir. Bu imtahanın nəticələri birbaşa olaraq müəllimin maddi rifahına və peşəkar nüfuzuna təsir etdiyindən, ona ciddi yanaşmaq və sistemli şəkildə hazırlaşmaq vacibdir. Lakin hazırlıq təkcə sual cavab əzbərləməkdən ibarət olmamalı, strategiya, psixoloji hazırlıq və düzgün planlama ilə müşayiət olunmalıdır:

"İlk növbədə müəllimlər mövcud qiymətləndirmə meyarlarını və imtahan formatını dərindən öyrənməlidirlər. Sertifikasiya imtahanı iki əsas hissədən ibarətdir: fənn üzrə biliklər və metodiki bacarıqlar. Fənn üzrə biliklər konkret faktoloji və məzmun əsaslı sualları əhatə edir. Bu bölmə üçün müəllimlər kurikulumda göstərilən siniflər üzrə dərslikləri, rəsmi proqram sənədlərini və mövcud test bazasını sistemli şəkildə nəzərdən keçirməlidir. Amma təkcə dərs kitabı ilə məhdudlaşmaq olmaz – çünki sualların müəyyən hissəsi şagirdin öyrənmə çətinliyi, qiymətləndirmə üsulları və dərsin planlaşdırılması ilə bağlı olur.

Metodiki bölmə üçün müəllim kurikulum sənədlərində göstərilən təlim nəticələri, qiymətləndirmə meyarları, dərsin mərhələləri və təlim strategiyalarını bilməlidir. Burada əsas odur ki, müəllim təkcə nəzəri anlayışları bilməsin, onların praktik tətbiqini də başa düşsün. Məsələn, "format və summativ qiymətləndirmə nədir?" sualından daha vacib olan odur ki, müəllim bu anlayışları hansı kontekstdə və necə tətbiq edəcəyini bilsin.

Bundan əlavə, müəllimlər öz fənnini digər fənlərlə inteqrasiya kontekstində dərk etməlidirlər. Müasir sertifikasiya modeli müəllimin sadəcə fənn üzrə bilikli olmasını yox, həm də onu şagirdin gündəlik həyatı ilə əlaqələndirə bilməsini tələb edir. Bu isə kontekstual düşünmə, məntiqi əlaqə qurma və nəticə yönümlü öyrənmə bacarığı deməkdir. Belə suallar üçün müxtəlif siniflər üzrə dərsliklərdəki tapşırıqlar, layihə işləri və qiymətləndirmə nümunələri diqqətlə analiz olunmalıdır.

İmtahanın psixoloji tərəfi də nəzərə alınmalıdır. Bir çox hallarda müəllim sualı bilir, amma stress səbəbilə doğru cavabı vermir. Bu səbəbdən imtahanqabağı sınaq testləri işləmək, zamanla işləmə bacarığını inkişaf etdirmək və oxşar test şəraitində təcrübə toplamaq vacibdir. Hər gün müəyyən saatlarda sınaq şəraitində test işləmək müəllimə həm vaxt rejimini tənzimləməyi, həm də özünü real imtahan stresinə alışdırmağı öyrədir.

Müəllimlərə tövsiyə olunur ki, imtahana 5 gün qalmışdan etibarən yeni mövzu öyrənmək əvəzinə, artıq öyrəndiklərini təkrarlasınlar. Son günlərdə başdan–başlayan öyrənmə prosesi yalnız çaşqınlıq yarada və mövcud bilikləri qarışdıra bilər. Əsas diqqət testlərin təhlili, zəif tərəflərin təkmilləşdirilməsi və əvvəlki suallarda buraxılmış səhvlərin araşdırılmasına yönəlməlidir.

İmtahan günü müəllim özünü tənqid yox, özünü təşviq etməli, bildiklərinə fokuslanmalı və əvvəlcə asan sualları cavablandıraraq psixoloji sabitliyini qorumağa çalışmalıdır. Təcrübə göstərir ki, ilk 15–20 dəqiqədə çətin suallara ilişib qalmaq müəllimi həm vaxtdan, həm enerjidən məhrum edir. Optimal strategiya budur: əvvəlcə bildiklərini tamlıqla cavablandır, sonra daha çox düşünmək tələb edən suallara keç.

Bu imtahan, müəllimin kim olduğunu deyil, hansı nöqtədə dayandığını göstərir. Bu səbəbdən imtahanı təzyiq yox, inkişaf fürsəti kimi qəbul etmək lazımdır. Bizə təhsildə yalnız nəticə yox, düşünən və sistemli şəkildə özünü yeniləyən müəllimlər lazımdır. Sertifikasiya, bu məqsədə doğru atılmış addım ola bilər – əgər müəllim ona təkcə yoxlama yox, inkişafın başlanğıcı kimi yanaşmağı bacararsa".

Şəbnəm Lətifi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 8287   Tarix: 13 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tbilisidən Brüsselə sərt mesaj: "Gürcüstana qarşı aqressiv ritorikanı dayandırın"

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Avropa Birliyinin Gürcüstana qarşı siyasətini kəskin tənqid edərək, bunu çıxılmaz vəziyyət adlandırıb. xəbər verir ki, bu barədə "Sputnik Georgia" xəbər agentliyi məlumat yayıb. "Brüssel müharibənin bitdiyini anlamayan və hələ də hərbi əməliyyatla

11:14 132
.

2900 kilometr dərinlikdə təəccüblü kəşf: 6 yeni struktur aşkarlandı

Çinli alimlər son 35 ildə qeydə alınmış 2 milyondan çox zəlzələ məlumatını maşın öyrənməsi vasitəsilə araşdıraraq nüvə-mantiya sərhədində əvvəllər sənədləşdirilməmiş 6 böyük struktur aşkar ediblər. Bu strukturların nədən ibarət olduğu hələlik məlum deyil. Qaynarinfo xəbər verir ki, dünyanın yüzlərlə

10.09.2026 237
.

Rusiyada pilotsuz təyyarələrin hücumu nəticəsində iki nəfər ölüb, Kiyevdə səkkiz nəfər yaralanıb

Ukraynanın Rusiyanın Tula bölgəsinə etdiyi pilotsuz təyyarə hücumunda ən azı iki nəfər həlak olub, Rusiya hava hücumları nəticəsində isə cümə günü səhər Kiyevdə doqquzmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində səkkiz nəfər yaralanıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, hakimiyyə

11:08 156
.

"Anamı səhər saat 6-da yuxudan oyadıb mühazirəni ona oxuyurdum"

"Müəllimlərə kömək üçün xüsusi platforma yarada bilərik. Hər müəllim özü üçün Aİ (süni intellekt) assistent yaratsın və bu assistent onu idarə etsin". "Qafqazinfo" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bu gün keçirilən təhsil işçilərinin sentyab

14:12 103
.

"Oxumayım, YouTube-a video çəkim" - Bu düşüncə niyə təhlükəlidir?

"Yalnız "YouTube və sosial media ilə pul qazanım" düşüncəsi üzərində karyera qurmaq risklidir və bu model nadir hallarda dayanıqlı olur. Uğur mümkündür, amma bu yol çoxları üçün təsəvvür edildiyi qədər real deyil". Bunu BİG.AZ-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə Mühəndis-tədqiqatçı

12:52 119
.

Küpdə tapılan 1600 illik skeletin sirri açıldı

Bolqarıstanda arxeoloqlar qalıqları böyük gil qabda tapılan qədim Roma kişisinin ölüm səbəbini müəyyən ediblər. xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. Kəşf avqustun 10-da keçmiş Roma şəhəri Deultumda edilib. Bolqarıstan Elmlər Akademiyasının professoru Lyudmil Vaqalinsk

11:27 140
.

2026-cı ilin avqustu dünyanın ən isti ayı oldu

Avqustda qlobal orta hava temperaturu əvvəlki illərdən normasından 1,65C yüksək olub. Bununla da Avropa 2003-cü ildə müəyyən edilmiş yay temperatur rekordunu qırıb. "Euronews"a istinadən xəbər verir ki, Avropa iqlim rəsədxanası olan Kopernik tərəfindən dərc edilən məlumatlara görə, avqust ə

10.09.2026 240
.

"Razılaşmaya Putin və Zelenski arasındakı şəxsi nifrət mane olur" - Tramp

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Rusiya ilə Ukrayna arasında sülh sazişinin bağlanmasına mane olan əsas amili açıqlayıb. "AzPolitika" xəbər verir ki, Ağ Ev rəhbəri tərəflər arasında razılaşmanın əldə olunmasına Volodimir Zelenski ilə Vladimir Putin arasındakı şəxsi nifrəti

10.09.2026 245
.

Zelenskiyə qarşı PUA hücumu... - Moldovadan açıqlama

Ukrayna Prezidenti Vladimir Zelenskinin təyyarəsi Moldova ərazisində PUA təhlükəsi ilə üzləşməyib. xəbər verir ki, bunu Moldova hökumətinin sözçüsü Dumitru Çoriç jurnalistlərə açıqlamasında deyib. "Hadisə zamanı təyyarə Kişinyov hava limanında olub, ölkənin hava məkanı isə bağlanıb. Zelenskini

10.09.2026 230
.