KTMT-dən çıxdığı halda Ermənistanı hansı aqibət gözləyir? - ŞƏRH

KTMT-dən çıxdığı halda Ermənistanı hansı aqibət gözləyir? - ŞƏRH"ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanması İrəvan və Vaşinqton arasında münasibətləri keyfiyyətcə yeni müstəviyə qaldırır. Bundan əvvəl də strateji dialoq yönündə iki dövlət arasında hüquqi sənəd imzalanmışdı, lakin belə görünür ki, demokratların hakimiyyətlərinin son günlərində belə bir sənədi imzalaması həm də Bayden administrasiyasının sorosçulara olan son dəstəyi kimi də anlaşılır".

Bunu Oxu.Az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

O bildirib ki, bundan sonra ABŞ tərəfindən Rusiyanın inteqrasiya platformasına qarşı müəyyən demarşlar ola bilər:

"Bəs bu, hansı formada özünü göstərə bilər? Ermənistan Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatı və Müstəqil Dövlətlər Birliyindən çıxa bilər, Rusiya sərhədçilərinin isə bütün Ermənistan ərazisində yerləşməsi sona çatar, nəticədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Ermənistan ərazisini tərk edər. Eyni zamanda, Gümrüdəki 102-ci hərbi bazanın fəaliyyətinə də xitam verilə bilər və s. Yəni bütün bunlar İrəvanın istəkləri ilə yanaşı, Qərb tərəfindən də tələb olunan şərtlər kimi nəzərdən keçirilir".

"Bunun ardınca, əlbəttə ki, Ermənistan təhlükəsizlik zəmanətləri kontekstində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yerini başqa bir hərbi inteqrasiya ilə doldurmaq məqsədləri güdür. Bu, yavaş-yavaş Ermənistanın NATO-ya üzvlüyünü formalaşdıra və Avropa İttifaqına gedən yolunu aça bilər. Nəhayət, KTMT-dən çıxmaq həm də Moskva ilə İrəvan arasında münasibətlərin daha da gərginləşməsinə, soyuq münasibətlərin daha çətin müstəviyə yönəlməsinə gətirib çıxaracaq. Bu da şübhəsiz ki, Cənubi Qafqazda vəziyyəti daha da turbulentləşdirə bilər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, ABŞ hansı dövlətlə bu cür sənəd imzalayıbsa, bu, daha sonra geosiyasi kollapsa yol açıb".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 528   Tarix: 19 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

TOP MP3