Əməkdar elm xadimi KOMAYA DÜŞDÜ - FOTO
Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə xəstəxanaya yerləşdirilib. O, hazırda komadadır və süni tənəffüs aparatına qoşulub.
BiG.AZ xəbər verir ki, məlumatı professorun qızı Ayfər Feyziyeva Publika.az-a təsdiqləyib.
O bildirib ki, yanvarın 16-da Nizaməddin Şəmsizadənin səhhəti qəfil pisləşib:
"Hazırda atam "Baku Medical Plaza"nın reanimasiya şöbəsindədir. Süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağırdır. Həkimlər ona Sepsis diaqnozu qoyublar. Atam həmçinin dializ və şəkər xəstəsidir. Bu da onun vəziyyətini daha da ağırlaşdırıb. Həkimlər əlindən gələni edirlər".
Qeyd edək ki, Nizaməddin Şəmsizadə 1954-cü il dekabrın 30-da Qubanın İspik kəndində anadan olub. O, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirərək 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyaları müdafiə edib.
N.Şəmsizadə ondan çox monoqrafıyanın, bir sıra hekayə, şeir və esselər kitablarının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin müəllifidir. Onun "Seçilmiş əsərləri" 3 cilddə işıq üzü görüb. Professor Nizaməddin Şəmsizadə milli ideologiyamız - azərbaycançılıq nəzəriyyəsi haqqında ilk kitabın və bu gün ölkənin ali məktəblərində tədris olunan "Ədəbiyyat nəzəriyyəsi" adlı fundamental dərsliyin müəllifidir. O, elmi xidmətlərinə görə akademik Y.Məmmədəliyev mükafatının laureatıdır.
Prezident İlham Əliyevin Sərəncamı ilə Nizaməddin Şəmsizadə "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" kitabına görə Dövlət Mükafatına layiq görüb. 2019-cu ildə isə ölkə başçısının müvafiq Sərəncamına əsasən, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 875 Tarix: 19 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı
"2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur". Qaynarinfo xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarındakı dəyişikliklərlə bağlı açıqlamasında bildirib
15:45 181 3 cərrah ixtisasına uyğun olmayan plastik əməliyyatlar aparıb
Ötən ay ümumilikdə 22 klinika və 3 plastik cərrah barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib. xəbər verir ki, Analitik Ekspertiza Mərkəzindən APA-ya bildirilib ki, aşkarlanan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib olunub. Müəyyən edilmi
16:45 151 Trampın adanın Amerika bayrağı altında göstərildiyi xəritəni paylaşmasından sonra İslandiya ABŞ səfirini çağırıb
Yerli yayımçı RUV-un verdiyi məlumata görə, Prezident Donald Trampın sosial mediada adanın və digər ölkələrin Amerika bayrağı ilə örtüldüyünü göstərən bir şəkil paylaşmasından sonra İslandiya bazar ertəsi günü ABŞ səfirini çağırıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, xəritədə ABŞ bayrağı ilə örtülmü
11:48 177 Nazir təhsil siyasətinin effektivliyi üçün görülən işlərdən danışdı
"Beynəlxalq qiymətləndirmələrdə iştirak təhsil sistemində inkişafın obyektiv və beynəlxalq səviyyədə qəbul edilmiş meyarlarla ölçülməsi deməkdir". xəbər verir ki, bunu PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə elm və təhsi
12:00 132 Turistlərin ən çox cibgirlərin hədəfinə çevrildiyi şəhərlər
Fransanın Paris şəhəri ən təhlükəli hesab olunur. Məşhur turistik şəhərlər, məşhur görməli yerlər və kurortlar hər il milyonlarla səyahətçini cəlb edir, lakin bir problem var: izdiham cibgirləri və fırıldaqçıları da cəlb edir. bildirir ki, "Daily Mail"in məlumatına görə, qiymət müqayisəsi xidmət
20:00 84 Sabah hava necə olacaq?
Sentyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağ
12:44 189 Paşinyan Rusiya Dəmir Yollarının konsessiyasının satılmasına münasibət bildirdi
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Baş nazirin müavini Aleksey Overçukun konsessiyanın Rusiya Dəmir Yollarının törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolu"na (SCR) satılması ilə bağlı açıqlamaları müzakirələrin hazırkı vəziyyətini əks etdirmir. xəbər verir ki, Paşinyan b
14:33 171 Bu ərazi üzrə PENSİYALAR VERİLDİ
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının pensiya ödənişi başa çatdırılıb. Bu barədə BİG.AZ-a ƏƏSMN-dən məlumat verilib. Qeyd olunub ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankları
17:12 202 NATO Baş katibi Aİ-nin Ukrayna üçün "Patriot" sistemləri ilə bağlı qərarını alqışlayıb
NATO-nun Baş katibi Mark Rütte Avropa İttifaqına (Aİ) üzv dövlətlərin Ukraynanın "Patriot" hava hücumundan müdafiə sistemləri üçün mühüm məhsullar almasına imkan verən istisna ilə bağlı razılığa gəlməsini alqışlayıb. APA xəbər verir ki, Mark Rütte bu barədə "X" hesabında bildirib
20:30 49