"Heydər Əliyevin atdığı addımlar fonunda hiperinflyasiyanın qarşısı alındı"-Turan Rzayev

"Heydər Əliyevin atdığı addımlar fonunda hiperinflyasiyanın qarşısı alındı"-Turan Rzayev"Ümummilli lider Heydər Əliyevin həyatı, keçdiyi yol, siyasi xadim kimi xidmətləri Azərbaycan tarixində xüsusi yerə malikdir. Heydər Əliyev Azərbaycan tarixinin ayrılmaz bir hissəsi, Azərbaycan dövlətçiliyinin banisidir.
Azərbaycan iki dəfə müstəqil olub. Azərbaycan adı altında 1918-ci ildə. Bu dövlət çox qısa müddət yaşadı. SSRİ-nin dağılması sonrasında da qurulan ikinci dövlət.
Hər iki müstəqillik dövrünə nəzər saldıqda eyni prosesslərin cərəyan etdiyinin şahidi olduq. 1918-ci ildə də, 1993-cü ildə də daxili siyasi çəkişmələr, iqtidar hərisliyi baş verdi. Hakimiyyət uğrunda mübarizələr və xarici təhdidlər tüğyan etdi".

Bunu Big-az-a danışan politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, tarixdə bir siyasətçi və bir də dövlət xadimi var. Siyasətçi seçkiləri və nəticələrini hər zaman düşünür. Öz maraqları daxilində hərəkət edir. Dövlət xadimləri isə dövləti və gələcək nəsilləri düşünərək addım atır:

"Mübaliğəsiz şəkildə deyə bilərəm ki, Heydər Əliyev dövlətçiliyin nə olduğunu sözün əsl mənasında dərk edən nadir simalardandır.
Bizim çox siyasətçilərimiz, tarixi şəxsiyyətlərimiz olub. Dövlət xadimlərimizin sayı çox azdır. Heydər Əliyev qeyd edilən dövlət xadimlərindən biridir.
Heydər Əliyevin təhsil aldığı dövrlərə baxdıqda öz dövrününün reallıqlarını, xüsusən də SSRİ-nin əsas mərkəz coğrafiyası olan Rusiyanın Avropa tərəflərində olması, yaşaması və təcrübəsini mənimsəməsi çox mühüm əhəmiyyət kəsb etdi.
Heydər Əliyevin tarixi yaxşı bilməsi, 1918-ci ildə qurulan dövlətin boşluqlarını görməsi ilə nəticələnib. Təhsilini də, bu istiqamətdə inkişaf etdirib. Gələcək planlarını və reformlarını gənclik illərindən hazırladı.
Heydər Əliyev SSRİ dövründə Azərbaycana rəhbərlik edərkən inkişafa nail oldu. Təkcə Cəmşid Naxçıvanski adına hərbi liseyin açılması onun gələcək vizyonundan xəbər verirdi. O, bilirdi ki, Azərbaycan yenə müstəqil olacaqdır. SSRİ-nin ömrü çox uzun olmayacaqdır. O, SSRİ-nin xüsusi yerlərində xidmət etmişdi. Strateji postlarında fəaliyyət göstərmişdi. Heydər Əliyev Azərbaycanı müstəqilliyə hazırlayırdı. Hətta ehtimal müharibə vəziyyətlərini belə nəzərə alırdı.
SSRİ hələ Heydər Əliyevin təhsil aldığı dövürdə belə münaqişə ocaqlarını yaratmaq istəyirdi. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanlarda hərbi baxımdan Azərbaycanı inkişaf etdirməyə başladı. Yerli kadrlar yetişdirdi. Heydər Əliyevi rəhbərliyinə qədər Azərbaycana başçı olanlar arasında azərbaycanlıların sayı azdı. Stratejik dövlət postlarında da azərbaycanlılara yer verilməmişdi. Hərbi kadrlar isə demək olar ki, yoxdu. Hərbi kadrların çoxu II Dünya Müharibəsində həyatlarını itirmişdilər.
Heydər Əliyev sıfırdan hərbi kadrlar yetişdirməyə başladı. Bu kadrlar 90-cı illərdə I Qarabağ müharibəsində özünü müdafiə dəstələrinin başına keçdilər. Sonra isə yaranan vahid orduda xidmət göstərdilər.
Heydər Əliyev sayəsində biz böyük torpaq itkisinin qarşısını aldıq. O, dövrdə "Atəşkəs sazişinin" imzalanması da Heydər Əliyev siyasətinin örnəyidir.
Heydər Əliyev səfərləri zamanı tez-tez gənclərlə görüşür. Dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılarla bir araya gəlirdi. Dünya Azərbaycanlılarının Qurultaylarının keçirilməsi də onun strateji planlarından biri idi.
İqtisadi yöndən danışsaq qeyd etməliyik ki, "Əsrin müqaviləsi" Azərbaycan xalqının gələcəyi üçün imzalanmış müqavilə oldu.
Müstəqilliyimizin ilk illərində neftimiz vardı, amma ixrac edə bilmirdik. Üstəlik ixtisaslı kadr çatışmazlığı da yaşayırdıq. Heydər Əliyevin atdığı addımlar fonunda Azərbaycana böyük dövlətlər tərəfindən investisiya qoyuldu. Bu investisiya nəticəsində biz neft-qaz ixrac etməyə başladıq. Ölkədə hiperinflyasiyanın qarşısı alındı.
Bir sözlə Heydər Əliyev demək Azərbaycan deməkdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 745   Tarix: 12 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda təhsil sahəsi üzrə orta aylıq nominal əməkhaqqı 834 manat təşkil edib. Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-sentyabr aylarını əhatə edən "Sosial, iqtisadi inkişaf" aylıq məruzəsində məluma

21:15 81
.

Hərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında"

11:54 276
.

Tikililərin taleyi müəyyənləşdirilərkən vətəndaş hüquqları nəzərə alınmalıdır

"Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də mövcud sənədlər komplek

13:42 198
.

"Məktəbli forması dini inanclara müdaxilə deyil"

"Məktəblərdə vahid geyim formasının tətbiqi ətrafında yaranan mübahisələri və anlaşılmazlıqları dünyəvilik prinsipi ilə dini inancların ifadəsi arasında tarazlığın düzgün qorunması kontekstində qiymətləndirmək, dərk etmək daha düzgün olardı. Vahid məktəbli forması şagirdlər arasında sosial fərqləri

14:55 260
.

Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq

Parlament Əmək Məcəlləsinə təklif edilən dəyişikliyi ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, küləkli hava şəraitində işçilərin işləməsi yeni qaydalarla tənzimlənəcək. Belə ki, işçilər küləkli havada açıq şəraitl

13:12 273
.

Mobil rabitə bazarında rəqabət: Xarici operatorların gəlişi qiymətləri aşağı sala bilərmi?

Xarici mobil operatorların Azərbaycanda fəaliyyət göstərməməsi məsələsinə sadəcə "buraxılmırlar" və ya "gəlmək istəmirlər" prizmasından yanaşmaq düzgün olmaz. Bu məsələ daha çox bazarın həcmi, investisiya mühiti və iqtisadi hesablamalarla bağlıdır. Vodafone, Orange və T-Mobile kim

14:49 239
.

Beş pişik bir adanı ələ keçirdi - Görün nələr baş verdi

1949-cu ildə Hind okeanındakı Marion adasına siçanlarla mübarizə üçün cəmi beş ev pişiyi gətirilib. Lakin pişiklər sürətlə çoxalaraq gəmiricilərdən çox dəniz quşlarını ovlamağa başlayıblar. Problemi həll etmək üçün atılan addım uzun illər davam edən ekoloji böhrana çevrilib. xarici mediaya istinadl

22:00 1
.

Yuxuda danışmaq hansı hallarda sağlamlıq probleminin əlaməti ola bilər?

Yuxuda danışmaq bir çox insanda müşahidə olunan və əksər hallarda təhlükəli sayılmayan haldır. İnsan yuxu zamanı pıçıldaya, anlaşılmaz sözlər deyə, hətta qarşısındakı şəxslə söhbət edirmiş kimi görünə bilər. Lakin bu vəziyyət tez-tez təkrarlanırsa və başqa əlamətlərlə müşayiət olunursa, sağlamlıqla bağl

13:51 205
.

LED lampalar sağlamlıq üçün təhlükəlidir?

Gündəlik istifadə etdiyimiz LED lampaların sağlamlığa təsiri ilə bağlı iddialar müzakirələrə səbəb olub. Britaniyalı neyrobioloq Qlen Ceffri bu işıq mənbələrinin hüceyrələrin enerji istehsalına mənfi təsir göstərə biləcəyini bildirib. Bununla belə, adi məişət şəraitində LED işıqlandırmanın insanlard

20:00 150
.