"Zamanında Ermənistandan deportasiya olunmuş 240 mindən yuxarı soydaşımız var" - Politoloq

"Zamanında Ermənistandan deportasiya olunmuş 240 mindən yuxarı soydaşımız var" - PolitoloqSabah Qərbi Azərbaycana qayıdışla əlaqədar ikinci beynəlxalq konqres keçiriləcək.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki, Qarabağdan köç edən ermənilərlə Ermənistandan deportasiya olunmuş soydaşlarımız arasında say etibarı ilə fərq müqayisəyə gəlməz dərəcədədir. Buna görə də Qarabağa qaytarılmış bir erməniyə görə Ermənistana da bir azərbaycanlının qaytarılması barədə səsləndirilən fikirlər məqbul sayıla bilməz.Bu proses uzun zaman və vaxt tələb edəcək bir prosesdir və tərəflər arasında yalnız uzun muddətli və dayanıqlı sülh müqaviləsinin imzalanmasından sonra hüquqi baxımdan mümkündür:

Erməni tərəfi keçən il Azərbaycanın Dağlıq Qarabağda keçirdiyi antiterror əməliyyatlarından sonra buranın erməni icmasının Ermənistana köç etməsini guya ki,rəsmi Bakının onlara təzyiq etdiyi və etnik təmizləmə siyasəti ampluasında beynəlxalq birliyə təqdim etməyə çalışır,halbuki ermənilər könüllü şəkildə Qarabağı tərk etmək barədə qərar qəbul etmişdilər.Azərbaycan dövləti onların insan və vətəndaş hüquqlarının qorunmasına ən yüksək səviyyədə təminat versə də,erməni icması Ermənistana köçmək barədə qərarında israrlı oldu,halbuki Qarabağ ermənilərinin cəmiyyətimizə reinteqrasiyası ilə bağlı hökumət proqramı var idi və belə bir plan həm Ermənistan hökumətinə,həm də Avropanın insan haqlarl ilə bağlı institutlarının nəzərinə çatdırılmışdı.Bununla belə, istər Ermənistan,istərsə də Avropa Şurası ermənilərə münasibətdə zorakılıq və etnik təmizləmə siyasətinə yol verildiyini bəyan edir və Qarabağ ermənilərinin qayıdışı üçün Azərbaycandan təhlükəsizlik təminatlarının verilməsini tələb edirlər.
Ermənistana köçmüş ermənilərin 4 mindən yuxarı hissəsi artıq Ermənistan vətəndaşlığını qəbul ediblər və rəsmi Bakı təhlükəsizlik amillərindən çıxış edərək hazırda onlara Azərbaycan vətəndaşlığının verilməsini məqbul bilmir.Hərçənd rəsmi İrəvan bunu insan haqları ilə bağlı Avropa Mülki Konvensiyası ilə əlaqələndirib. Burada hüquqi presidentin olmadığını iddia edir,məqsəd isə bəllidir,Qarabağa qaytarılmış Ermənistan vətəndaşları rəsmi İrəvana vətəndaşlarının haqlarını qorumaq adı ilə Azərbaycanın daxili işlərinə mudaxilə etməyə hüquqi zəmin verəcək.
Zamanında Ermənistandan deportasiya olunmuş 240 mindən yuxarı soydaşımız var. Onların da Azərbaycan vətəndaşlığını qəbul etməsi bəllidir. Bundan çıxış edərək Ermənistan qanunvericiliyinin 2-li vətəndaşlığa yol verməməsini bəyan edərək onların Ermənistana qayıdışı üçün Azərbaycan vətəndaşlığından imtina etməsini tələb edə
bilər.Lakin,Ermənistandan qovulmuş soydaşlarımız məcburi köçkünlər deyil,qaçqınlardırlar və qaçqlnlar barədə məlum konvensiyalara əsasən, onların bütün hüquqları gözlənilməli və bərpa olunmalıdır.
Qarabağdan köç edən ermənilərlə Ermənistandan deportasiya olunmuş soydaşlarımız arasında say etibarı ilə fərq müqayisəyə gəlməz dərəcədədir. Buna görə də Qarabağa qaytarılmış bir erməniyə görə Ermənistana da bir azərbaycanlının qaytarılması barədə səsləndirilən fikirlər məqbul sayıla bilməz.Bu proses uzun zaman və vaxt tələb edəcək bir prosesdir və tərəflər arasında yalnız uzun muddətli və dayanıqlı sülh müqaviləsinin imzalanmasından sonra hüquqi baxımdan mümkündür. Bütövlükdə isə bu prosesə qarşılıqlı maraq olmalı,tərəflər bir -birilərinə münasibətdə uzun müddət aparılmış ideloji dözümsüzlük,etnik qarayaxma siyasətindən imtina etməli,təkcə dövlətlər deyil,xalqlar arasında münasibətlərdə qarşılıqlı inam və etibar bərqərar olmalıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 871   Tarix: 04 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistana xəbərdarlıq: Rusiya ilə viza rejimi tətbiq edilərsə...

Rusiya ilə Ermənistan arasında viza rejiminin tətbiqi İrəvan üçün ağır zərbə ola bilər. xəbər verir ki, Ermənistanın keçmiş Milli Məclis üzvü Arman Abovyan "nsn.fm"ə müsahibəsində viza rejiminin tətbiqinin mümkün risklərini açıqlayıb. "Əgər iqtisadi əlaqələrin dağılmasından sonra turis

11:03 144
.

Azərbaycanda xəyanətə görə təzminat: Məbləğ necə müəyyənləşəcək? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda həyat yoldaşının xəyanətinə görə mənəvi təzminat tələb etmək artıq hüquqi müstəvidə mümkün olan məsələlərdən biridir. Ali Məhkəmənin Plenumunun 24 dekabr 2025-ci il tarixli qərarı ilə şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası ilə bağlı məhkəmə təcrübəsinə yeni yanaşmala

11:30 256
.

Rusiya ilə Ermənistan arasında gərginlik dərinləşir - Ekspertdən Paşinyanla bağlı açıqlama

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Aleksandr Kamkin Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətləri pozmaq üçün əlindən gələni etdiyini bildirib. xəbər verir ki, -ya açıqlama verən Kamkin Rusiya-Ermənistan münasibətlərini

13:32 115
.

"Uşağı dərsə məcbur etmək yox, öyrənməyə həvəsləndirmək lazımdır" - Təranə Paşayeva ilə MÜSAHİBƏ

Psixoloq Təranə Paşayeva: "Uşağın təhsilə marağı qiymətdən daha böyük məqsəddir". Yeni tədris ili ilə birlikdə valideynləri düşündürən əsas məsələlərdən biri uşaqların dərsə və ümumilikdə təhsilə marağının necə artırılmasıdır. Bəzi ailələrdə uşağın yüksək nəticə göstərməsi üçün ciddi nəzarə

13:22 136
.

Nyu-Yorkda məktəblilərə süni intellekt qadağası

ABŞ-nin Nyu-York şəhərində məktəblilər üçün süni intellektdən istifadə ilə bağlı yeni qaydalar tətbiq olunub. Axşam.az xəbər veirr ki, şəhərin dövlət məktəblərində 8-ci sinfə qədər şagirdlərin dərslər zamanı generativ süni intellekt alətlərindən istifadəsinə bir il müddətinə qadağa qoyulub. Qərar 2026-2027-c

06.09.2026 233
.

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs

10:20 264
.

KİV: Hakerlər Almaniya hökumətinin rabitə kanalları barədə məlumatları yayıblar

Berlin Senatının şəbəkəsini sındıran hakerlər şəhər administrasiyasının girov ödəməkdən imtina etməsindən sonra Almaniya hökumətinin fövqəladə hallar üçün nəzərdə tutulmuş rabitə kanalları barədə məlumatları açıq şəkildə yayıblar. xəbər verir ki, bu barədə "Bild" nəşrinə alman araşdırmaçı jurnalis

06.09.2026 231
.

Prezident Əziz Səncəri təltif etdi

Kimya üzrə Nobel mükafatçısı Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə gör

14:54 100
.

Argentina Malvin adalarında neft hasilatına görə sanksiyaları sərtləşdirəcək

Argentina Malvin (Folklend) adaları bölgəsində neft hasil edən müəssisələrə qarşı məhdudiyyətləri sərtləşdirməyə hazırlaşır. "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Xavyer Miley bəyan edib. Dövlət başçısı vurğulayıb ki, yaxın aylarda adalarda Böyük Britaniyanın "Rockhoppe

06.09.2026 228
.