Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI

Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADITürkiyədə qanunsuz mərc oyunlarına təşviq edənlərə qarşı əməliyyat keçirilməsi Azərbaycanda da oxşar vəziyyəti gündəmə gətirib. Türkiyədə olduğu kimi, Azərbaycanda da bəzi məşhur simalar "1Xbet", "Mostbet", "Pin-up", "10lineloto" kimi qanunsuz mərc və şans oyunları platformalarını reklam edirlər. Aktyor Azər Aydəmir, influenserlər Banu Al, Xatirə Yüzbəyova, Nərmin Xankişiyeva, Mehin Oqtaylı, Günel Hüseynova, eləcə də müğənnilər Damla, Elgün Hüseynov və Qumral kimi tanınmış şəxslər sosial media vasitəsilə bu cür oyunları təbliğ edirlər.

Qanunsuz mərc və şans oyunları şirkətləri vətəndaşları aldatmaqla yanaşı, vergidən yayınmaq və dövriyyələrini gizlətməklə dövlətə də ciddi ziyan vururlar. Azərbaycan hüquq-mühafizə orqanları qanunsuz mərc və şans oyunlarına qarşı mübarizə aparmaqdadır və həyata keçirilən əməliyyatlar nəticəsində belə fəaliyyətləri təşkil edən şəxslər saxlanılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məsələ ilə bağlı bildirib ki, internet resursları, eləcə də informasiya telekommunikasiya şəbəkələrindən istifadə etməklə qanunsuz olaraq qumar və mərc oyunları təşkil edən şəxslərlə bağlı polisə daxil olan hər bir müraciət araşdırılır: "Elə bunun sübutu kimi bir müddət əvvəl Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı həyata keçirdiyi genişmiqyaslı əməliyyatı qeyd etmək olar. Həmin tədbir zamanı sosial şəbəkələrdə kazino, qumar və mərc oyunları təşkil edən dəstənin başçıları da daxil olmaqla, bu qanunsuz əməlləri təşkil və təbliğ edən 30 nəfərə yaxın şəxs saxlanılıb".

Azərbaycan qanunlarına əsasən:

32.5. İdman mərc oyunlarının, lotereyaların reklamında aşağıdakılar qadağandır;

32.5.1. yetkinlik yaşına çatmayanlara müraciət olunması;

32.5.2. bu cür oyunlarda, lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması;

32.5.3. oyunlarda və lotereyalarda qazanc əldə edilməsinə zəmanət verilməsi, idman yarışlarında tərəflərdən birinin uduş ehtimalının artması ilə bağlı məlumatın təqdim olunması;

32.5.4. oyunlarda və ya lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınması.

32.6. İdman mərc oyunlarının, lotereyaların reklamı telekommunikasiya, kütləvi informasiya, nəqliyyat vasitələrində, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.

32.7. Keçirilməsi "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş idman mərc oyunlarının və "Lotereyalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş lotereyaların reklamına yol verilmir.

Ekspertlər qeyd edirlər ki, bu kimi fəaliyyətlərin cəmiyyət üzərində təsiri təkcə iqtisadi deyil, həm də mənəvi baxımdan dağıdıcıdır. Xüsusilə gənc nəsil bu oyunların asılılığına düşərək, həm vaxtını, həm də pulunu itirir, ailə münasibətlərində və şəxsi həyatında problemlər yaşayır. Buna görə də qanunsuz mərc və qumar oyunlarının təbliğatına qatılan məşhur şəxslərin məsuliyyəti daha da artır. Cəmiyyət onlardan nümunəvi davranış gözləyir və belə fəaliyyətlərin əleyhinə çıxmalarını tələb edir.

Hüquq-mühafizə orqanları isə bu məsələyə qarşı daha sərt tədbirlər görməyi, həm qanunsuz platformaların fəaliyyətini dayandırmağı, həm də onların təbliğatçılarını məsuliyyətə cəlb etməyi planlaşdırır. Qanunsuz mərc və şans oyunları ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin birgə hərəkəti vacibdir.

Xatırladaq ki, bir neçə il əvvəl də bir sıra məşhurların mərc oyunlarını təbliğ, reklam etdiyi barədə məlumatlar yayılmışdı. Onların arasında Damla, Sevil və Sevinc bacıları, Kamil Zeynallı, Afaq Aslan, Feyruz Məmmədov, Nadir Qafarzadə və digərlərinin adları çəkilirdi. Şikayətlər var idi ki, bu məşhurlarla bağlı niyə tədbirlər görülmür? Bəs indi hüquq-mühafizə orqanları adları hallanan məşhurlardan kimləri araşdırır?

Milli.Az xəbər verir ki, adı qanunsuz mərc oyunlarının reklamı ilə bağlı hallanan müğənni Damlanın prodüseri Şamil İbrahimov iddialara cavab olaraq "Yeni Müsavat"a açıqlamasında bildirib: "İndi yayılan məlumat yanlışdır. Bu məsələ 4 il əvvəl olub. Belə ki, pandemiya yeni başlamışdı, işsiz vaxtlarımız idi və müğənni Damla həmin mərc oyunları ilə bağlı videoya çəkilmişdi. Biz bilmirdik ki, bu məsələ qadağandır, qeyri-qanunidir. Buna görə müğənni Damlanı hüquq-mühafizə orqanlarına çağırdılar, Nərimanov Rayon Məhkəməsində iş qaldırıldı, cərimə kəsildi. Cəriməni ödədik, bildirdik ki, bir də belə olmayacaq və bir daha təkrarlamadıq. Onu da qeyd edim ki, Nərimanov Rayon Məhkəməsində Nadir Qafarzadə, Sevinc-Sevil bacıları və digər mərc oyunları ilə bağlı paylaşımlar edənlər də vardı. Yəni mətbuatda indi yayılan məlumatlar 4 il əvvəlki məlumatlardır".

Adı hallanan aktyor Azər Aydəmir Bizim.media-ya açıqlamasında heç vaxt bu cür reklam etmədiyini və etmək fikri olmadığını qeyd edib: "Mən elə bir şey etməmişəm, adım orada səhvən hallanıb. Orada bir- iki həmkarımın və Xatirə Yüzbəyovanın da adı var. Mən inanmıram ki, o da belə bir şey etsin. Mənə elə gəlir ki, bu ümumi məlumat səhvidir. Vaxt keçəcək biləcəyik. Yəqin adları qarışdırdıqları üçün üzr istəyərlər"./"Yeni Müsavat"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 712   Tarix: 22 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İti tərəfindən qətlə yetirildi

İngiltərədə 33 yaşlı Kelly Reilly adlı qadın bəslədiyi itin hücumuna məruz qalıb. xarici mediaya istinadən xəbər verir ki, gənc qadın itin hücüm etməsi nəticəsində faciəvi şəkildə həyatını itirib. Reilly'nin qardaşı Kellinin polis əməkdaşları tərəfindən dindirlən zaman itin heç bir aqressiv davranı

16:27 203
.

"Fransanın COP29 əlehinə apardığı kompaniyaların Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur"-POLİTOLOQDAN AÇIQLAMA

Fransanın Azərbaycana qarşı düşmən münasibəti Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) fonunda da özünü büruzə verib. Belə ki, Fransanın bu konfransa iştirak etməməsi və Azərbaycana qarşı böhdan kompaniyalarının başlatması bunu

14:26 146
.

Özcan Deniz və Mert Yazıcıoğlu illər öncə də eyni serialda rol alıb

Özcan Deniz və Mert Yazıcıoğlu daha öncə də eyni serialda rol alıbmış. xəbər verir ki, Özcan Deniz sosial şəbəkədə 2013-cü ildə yaımlanan "Karagül" serialından birlikdə fotolarını paylaşıb. Onlar hazırda "Kızıl Goncalar" serialında rol yoldaşıdırlar. [hh4-unikal]

21.11.2024 531
.

"Kriştiano Ronaldo kişilərin də pilates edə biləcəyini dünyaya sübut edib" - Ebru Şallı

"Türk kişiləri pilatesdən qorxmamalıdılar". xəbər verir ki, bu sözləri Ebru Şallı deyib. "Bred Pitin də pilatesə başladığını eşitdim. Buna çox sevindim. Kriştiano Ronaldo kişilərin də pilates edə biləcəyini dünyaya sübut edən biridir" ,- deyə o qeyd edib. [hh4-unikal]

21.11.2024 654
.

"Fransanın COP29-la bağlı qara PR-ı nəticəsiz oldu" - Politoloq

COP29 yekunlaşmaq üzrədir. Fransa Azərbaycanın COP29 ev sahibliyinə kölgə salmağa çalışaraq tədbirdə iştirakdan imtina etdi. Mövzu ilə bağlı -a danışan politoloq Turan Rzayev bildirib ki, Fransa Azərbaycan neft və qaz ixrac edən ölkə olduğuna görə COP29-a ev sahibliyi etməsini doğru saymır.Fransa nəink

17:46 77
.

Bu qanunlarda dəyişiklik edildi

Prezident İlham Əliyev "Azərbaycan Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Konstitusiya Məhkəməsi haqqında" və "Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarda dəyişiklik edilməs

17:00 144
.

Nazilənin Qənirə ilə bağlı yaydığı yazışmalar saxtadır?

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın bir neçə gün əvvəl bloklanan instaqram hesabı açılıb. Axşam.az xəbər verir ki, jurnalist instaqram hesabında bununla bağlı dostlarının yazdığı postları yayımlayıb. Q.Ataşova eyni zamanda onun adından yazılan saxta mesajları da paylaşıb. O bildirib ki, adında

15:11 498
.

iPhone 17 belə görünəcək - FOTO

Apple-ın 2025-ci ildə təqdim etməyə hazırlaşdığı iPhone 17 seriyası ilə bağlı konkret inkişaflar davam edir. Bu günə qədər yayılan hesabatlarda markanın satışlarından kifayətlənmədiyi üçün Plus-ı incəliyi ilə seçiləcək Slim/Air modeli ilə əvəz edəcəyi bildirilir. Ən son inkişaflar iPhone 17 Slim-in nec

11:46 662
.

Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI

Türkiyədə qanunsuz mərc oyunlarına təşviq edənlərə qarşı əməliyyat keçirilməsi Azərbaycanda da oxşar vəziyyəti gündəmə gətirib. Türkiyədə olduğu kimi, Azərbaycanda da bəzi məşhur simalar "1Xbet", "Mostbet", "Pin-up", "10lineloto" kimi qanunsuz mərc və şans oyunlar

11:51 710
TOP MP3