Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar

Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlarKürdəmir şəhərindəki 9 illik orta məktəbdə kommersiya kursunun fəaliyyət göstərməsi valideynlərin narazılığına səbəb olub. Valideynlər iki təhsil sisteminin bir arada olmasından narahat olduqlarını bildiriblər. Mediada yer alan bu xəbər hələ bir neçə il əvvəl "məktəblərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması" ilə bağlı müzakirələrə yenidən diqqət yönəltdi.

"Ümumtəhsil məktəblərinin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi?" sualı sosial medianın da müzakirə mövzusuna çevrildi.

"Təhsil müəssisələrinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının hüquqi əsası varmı?" sualına aidiyyəti qurumdan cavab, təhsil ekspertlərindən münasibət öyrənməyə çalışdıq.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

"Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün"

Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyindən sorğumuza verilən cavabda bildirilir ki, "Ümumi təhsil haqqında" qanuna əsasən, ümumi təhsil müəssisəsi öz nizamnaməsi çərçivəsində profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhsilin prioritetliyini əsas götürməklə Nazirlər Kabinetinin müəyyən etdiyi sahibkarlıq növləri və innovasiya fəaliyyəti ilə məşğul ola bilər: "Mövcud qanunvericiliyə görə, sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün təhsil müəssisəsinin nəzdində müvafiq təcrübə-istehsalat sahələri yaradıla, əlavə məşğələlər keçirilə, ödənişli əsaslarla dərnəklər, maraq kursları, sərgilər və s. təşkil oluna bilər". Belə ki, ümumi təhsil müəssisəsi ilə fiziki və ya hüquqi şəxslər arasında birgə fəaliyyət haqqında müqavilələr bağlana, özəl hazırlıq kurslarından və digər tədris mərkəzlərindən təlimçilər cəlb edilməklə məktəbdə ödənişli kurslar təşkil edilə bilər: "Məktəbin binası və ya binanın hər hansı bir hissəsi məktəbin özü və ya təhsili idarəetmə orqanları tərəfindən icarəyə verilə bilməz. Dövlət əmlakının icarəyə verilməsi müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir".

"Qanunda yer alsa da, icra mexanizmi yoxdur"

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyevin fikrincə, məktəblər sahibkarlıq fəaliyyəti ilə məşğul ola, hətta özləri kurslar da aça bilərlər. Amma bu məsələ qanunda yer alsa da, icra mexanizmi yoxdur. Belə ki, bunun üçün məktəblərin özü publik hüquqi şəxs olmalıdır: "Bu istiqamətdə addımlar atılır. Müzakirə olunur ki, bəzi məktəblərə pilot olaraq muxtariyyət verilsin və sınaqdan keçirilsin. Bu sınaqdan sonra məktəblər hər şeyi özləri tənzimləyə bilərlər. Hazırda isə məktəblərdə bu işi tənzimləyəcək nə kadr potensialı, nə də təcrübə var. Bu, narahatlıq yaradan məqamlardır. Nazirliyin də çətinliyi budur". R,Dünyamalıyev hesab edir ki, digər tərəfdən, məktəblərdə fəaliyyət göstərən hazırlıq kursları məktəblərin işinə mane olmamalıdırlar: "Sonra onun qarşısını almaq olmaz. Bu təcrübə ilə məşğul olan dövlət məktəbində işləyə bilməz. Çünki repetitor işi rəsmiləşdirilir və sistemdə onun özəl kursda və ya evində hazırlıqla məşğul olduğu görünür. Fərdi olaraq 1-2 nəfər sistemdən yayına bilər, amma toplu şəkildə repetitorları məktəbə buraxmırlar. Bu baxımdan, Azərbaycanda bununla bağlı bir təcrübə olmadığından bu fəaliyyətin olması əlavə söz-söhbətə səbəb olacaq. Ona görə də bu istiqamətdə qəti bir addım atılmır. Amma gələcəkdə hansısa bir model qurula bilər".

"Məktəblərin əlavə gəlirləri formalaşacaq"

Sahibkarlıq fəaliyyətinin məktəbə xeyrinə gəlincə, İŞ üzvü hesab edir ki, bu zaman məktəblərin əlavə gəlirləri formalaşacaq. Bu vəsait də müəllimlərin əməkhaqqı, məktəbin təmiri və s. məsələlərə sərf olunacaq: "Hazırda məktəblərin təhlükəsizlik xidmətləri ilə bağlı problemlər var. Hər məktəbdə təhlükəsizlik xidməti yoxdur. Valideynlər də bunu tələb edir və bu xidmətə ciddi şəkildə ehtiyac var. Azərbaycanda 4 min məktəb var. Hər məktəbin qarşısına bir polis saxlamaq olmaz. Bunu tənzimləmək üçün məktəbin əlavə gəlirləri olmalıdır. Digər tərəfdən, imkanı zəif olan ailələrə məktəb özü dəstək ola bilər. Bu təcrübə Türkiyədə, ABŞ-də də var. Bu ölkələrdə məktəblərin öz büdcələri mövcuddur. Həmçinin məktəbdə konsultant və psixoloq xidmətini əlavə gəlirlərlə saxlamaq olar". İŞ üzvünün fikrincə, bu məsələdə elə bir mexanizm qurulmalıdır ki, qeyri-şəffaflığa imkan verilməsin.

"Şəffaflıq təmin olunarsa..."

Təhsil üzrə ekspert Nadir İsrafilov bildirir ki, qanunda sahibkarlıq fəaliyyəti üzrə maddə olsa da, hansı işlərin görülməli olduğu konkret deyil. Ziddiyyətin yaranması da buradan qaynaqlanır: "Tutaq ki, əksər məktəblərimiz beş günlükdür. Şənbə və istirahət günləri məktəblər boş olur. Həmin günlərdə idman cəmiyyətləri, ayrı-ayrı sənət kursları və s. məktəbləri icarəyə götürür və məktəbə pul köçürürlər. Həmin vəsait məktəbin fonduna daxil olmalı və təhsil müəssisəsi də öz ehtiyaclarını qarşılamalıdır. Amma bu pullar müqavilə bağlandığı üçün ümumi büdcəyə yönəldilir. Bu da kollektivdə narazılıq yarada bilər. Bu məsələdə şəffaflıq təmin olunmalıdır".

Əlavə söz-söhbətin olmaması üçün

N.İsrafilov hələ sovet dövründən sahibkarlıq fəaliyyəti ilə məşğul olan məktəblərin olduğunu bildirir: "Yevlax rayonunun Xaldan məktəbinin böyük və boş ərazisi vardı. O məktəbin təsərrüfatından alınan məhsuldan məktəbin uşaqları pulsuz qidalanırdı. Biz o məsələni kollegiyaya çıxardıq və qərar SSRİ Maarif Nazirliyinə göndərildi. Məktəbin direktoru Zahid Şöyübova SSRİ Xalq müəllimi fəxri adı verildi. Mən bu məsələni bir necə dəfə irəli sürmüşdüm. Bir sıra ali məktəblərə publik hüquqi şəxs statusu verilib. Yəni məktəblərə də şərait yaratmaq lazımdır ki, özlərini maliyyələşdirsinlər. Hələ mexanizm qurulmadığı üçün bu məsələ müxtəlif söz-söhbətlər və narazılıqlar yaradır. Əlavə söz-söhbətin olmaması üçün məktəbdə sahibkarlıq fəaliyyəti, hansı işlərin görülə biləcəyi ilə bağlı siyahı dərc edilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 933   Tarix: 17 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hava KƏSKİN DƏYİŞİR: Qar yağacaq - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağışın yarımadanı

06.09.2026 494
.

Türkiyə iki mindən çox sosial media hesabına girişi məhdudlaşdırıb

Türkiyədə rəqəmsal platformalar vasitəsilə həyata keçirilən terror təbliğatı, təxribat, dezinformasiya və psixoloji "müharibə" cəhdlərinə qarşı mübarizə çərçivəsində son iki ayda 2 034 sosial media hesabına giriş məhdudlaşdırılıb. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasını

06.09.2026 168
.

BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı

BMW Almaniyada 3, 5 və 7 seriyalarından olan 189 130 avtomobili alovlanma riski səbəbindən geri çağırır. bildirir ki, bu barədə Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsindən məlumat verilib. Məlumata görə, buna səbəb sudan kifayət qədər qorunmayan starter rölesidir. Detalın daxilindəki kontaktla

06.09.2026 164
.

Dərman qəbulunda ən böyük SƏHV - SƏBƏBİ heç ağlınıza gəlməyəcək

Dəmir preparatlarından istifadə edən, lakin dəmir ehtiyatları uzun müddət bərpa olunmayan insanların sayı az deyil. Poliklinikalarda rast gəlinən hallardan biri də aylarla dəmir qəbul etməsinə baxmayaraq, ferritin göstəricisinin hələ də aşağı qalmasıdır. "Yeni Sabah" xəbər verir ki, bu barəd

06.09.2026 176
.

FHN-dən əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. BİG.AZ həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, yağıntıları

06.09.2026 196
.

İspaniya istidən qovrulur: Temperatur 46 dərəcəyə çatır

İspaniyada meteoroloji müşahidələr tarixində sentyabr ayı üçün mütləq temperatur rekordu qeydə alınıb. Sentyabrın 3-də Əndəlüs muxtar icmasının El-Qranado bələdiyyəsində termometrlər 45,7 dərəcəni göstərib. xəbər verir ki, bu barədə "Aemet" meteorologiya agentliyi məlumat yayıb. Qurumun məlumatın

06.09.2026 152
.

FT: Trampın reytinqi rekord dərəcədə aşağı səviyyəyə düşüb

ABŞ Prezidenti Donald Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı səviyyəyə enib. "Report" xəbər verir ki, bunu "Financial Times" (FT) qəzetinin sifarişi ilə Böyük Britaniyanın "Focaldata" şirkəti tərəfindən aparılan sorğunun nəticələri göstərir. Materialda qeyd olunu

06.09.2026 132
.

Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində turizm fəaliyyəti adı altında vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən Orxan Hüseynli saxlanılıb. "Report"un məlumatına görə, O.Hüseynli rəhbərlik etdiyi "Renaissance Travel"

06.09.2026 148
.

Mingəçevirdə 67 yaşlı kişi keçmiş sevgilisini parkda döydü - Dondurmaya GÖRƏ

Mingəçevirdə kişi küçədə keçmiş sevgilisini döyüb. -ın xəbərinə görə, hadisə supermarketlərdən birinin qarşısındakı parkda qeydə alınıb. 67 yaşlı İsmayıl Nəcəfov əlindəki 3 dondurmanı parkda əyləşən keçmiş sevgilisi Nazilə (şərti adla) və onun yanındakı qadına verib. Nazilə isə onlardan birini İsmayılı

06.09.2026 187
.