İnsanlar niyə saxta evliliyə gedirlər? - SƏBƏBİ AÇIQLANDI

İnsanlar niyə saxta evliliyə gedirlər? - SƏBƏBİ AÇIQLANDI"Bəzi insanlar öz cinsi kimliklərini və ya həyat tərzlərini ailə və ya cəmiyyətlə paylaşa bilmədikləri üçün saxta evliliyə yönələ bilər. İnsanlar ailənin və ya cəmiyyətin gözündə "normal" görünmək və ya təzyiqdən qurtulmaq üçün saxta ailə həyatı qururlar".

Bu sözləri Lent.az-a açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Ailə qurmaq, insanların həyatında mühüm bir mərhələdir. Bu, yalnız bir-birini sevən iki insanın bir araya gəlməsi deyil, həm də bir çox emosional, sosial və iqtisadi üstünlükləri olan bir prosesdir. Ailə qurmaq, yalnız şəxsi bir qərar deyil, eyni zamanda cəmiyyətin inkişafı üçün də mühüm bir addımdır. Lakin bəzi insanlar şəxsi mənfəətlərini ön planda tutaraq ailə dəyərlərimizə ləkə vurur. Söhbət saxta evlilik edənlərdən gedir. Bəs hansı evliliklər saxta hesab olunur? İnsanlar nə üçün bu yola əl atırlar?

Turan Abdullazadə saxta evliliklərin yaratdığı hüquqi məsuliyyət barədə öz fikirlərini bölüşüb:

"Ailə Məcəlləsinə əsasən, nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyil. Yəni, Azərbaycan Respublikasında yalnız müvafiq icra hakimiyəti orqanında bağlanılmış nikah rəsmi hesab olunur.

Şəxslər rəsmi nikaha girəndən sonra faktiki olaraq ailə qurublarsa və ailə kimi yaşayırlarsa məhkəmə nikahı saxta hesab edə bilməz.

Saxta nikah bağlandığı halda nikahın qanunsuz olmasını bilməyən ər (arvad) ona vurulmuş maddi və ya mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalar üzrə ödənilməsini tələb edə bilər".

Onun sözlərinə görə, Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.

Hüquqşünas kimlərin nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olduğunu sadalayıb:

1) yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı
2) nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad);
3) nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu;
4) pozulmamış əvvəlki nikah üzrə ər (arvad);
5) müvafiq icra hakimiyyəti orqanı;
6) saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad);
7) bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad).

"Ailə Məcəlləsinin 27.3-cü maddəsinə əsasən, saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz.

Bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır", - deyə vəkil əlavə edib.

Sonda Turan Abdullazadə saxta evliliklərin səbəblərini qeyd edib:

O bildirib ki, ən geniş yayılmış səbəblərdən biri vətəndaşlıq və ya yaşama icazəsi əldə etməkdir:

"Bir çox insan xarici ölkələrdə qalıcı yaşamaq, işləmək və ya təhsil almaq üçün bu yola baş vurur. Saxta evlilik, başqa cür əldə edilməsi çətin olan bir hüququ qazanmaq üçün vasitə olaraq görülə bilir.

Maliyyə məsələləri də bu səbəblər arasındadır. Bəzi insanlar üçün saxta evlilik maliyyə qazancları ilə əlaqədardır. Bu prosesdə iştirak edənlər bir-birinə ödənişlər edə bilər və ya birgə yaşayaraq maliyyə yardımı ala bilərlər. Bu, xüsusilə iqtisadi çətinlik çəkən və ya sosial yardımlardan faydalanmaq istəyən insanlar üçün cazibədar görünə bilər.

Digər bir səbəb isə ailə və cəmiyyət təzyiqidir. Cəmiyyət və ailə tərəfindən evlilik təzyiqi hiss edən insanlar da saxta evliliyə üz tuta bilir. Xüsusilə müəyyən yaşa gəldikdə və ailə tərəfindən "evlənmək məcburiyyəti" hiss edən insanlar üçün saxta evlilik, yalnız təzyiqləri aradan qaldırmaq məqsədi daşıya bilər".

Bəzi hallarda saxta evliliklər sosial statusu qorumaq və ya xüsusi bir imic yaratmaq məqsədi ilə edilir. Məsələn, işgüzar dairələrdə "evli" statusu bəzi insanlar üçün daha ciddi qəbul edilmək və ya güvən qazanmaq anlamına gələ bilir.

Elə ölkələr var ki, orada evli insanlara müəyyən imtiyazlar və ya hüquqlar verilir. Bu, vergi güzəştləri, sığorta, sosial yardımlar və hətta müəyyən iş imkanlarını əhatə edə bilər. Bəzi insanlar bu üstünlüklərdən faydalanmaq üçün saxta evliliyə əl ata bilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 782   Tarix: 06 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.