"8 noyabr Zəfər günü həm tarixi ədalətin bərpası, həm də beynəlxalq hüququn təntənəsi günüdür"-DEPUTAT

"8 noyabr Zəfər günü həm tarixi ədalətin bərpası, həm də beynəlxalq hüququn təntənəsi günüdür"-DEPUTAT"Müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 8 noyabr Şuşa zəfəri və bütövlükdə 44 günlük Vətən müharibəsi Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın silahlı qüvvələri BMT-nin Təhlükəsizlik Şurasının zamanında qəbul etdiyi və yalnız kağız üzərində qalan 4 qətnaməsinin bu müharibə ilə tam icrasına, beynəlxalq hüququn, tarixi ədalətin bərpasına nail oldu".

Bunu BiG.AZ-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib.

Deputat qeyd edib ki, Azərbaycan bu müharibə ilə öz ərazisində separatçılığa son qoydu, həm də özünün konstitusion hüququnu bütün ərazilərdə bərpa etdi. Beynəlxalq münasibətlər kontekstində yanaşsaq görərik ki, bu gün son on illiklər ərzində elə bir dövlət yoxdur ki, o, həm separatçılığa son qoysun, həm də öz ərazi bütövlüyünü bərpa etmiş olsun:
"Bu gün dünyanın müxtəlif ölkələrində gedən qanlı münaqişələr onu göstərir ki, həmin dövlətlər beynəlxalq hüququn təmin olunması və təməl prinsiplərinə uyğun şəkildə münaqişənin həll olunması iqtidarında deyillər. Amma Azərbaycan özünün rəşadətli ordusu ilə bu tarixi missiyanı çox uğurlu şəkildə həyata keçirdi. Öz tarixinə növbəti şanlı səhifənin yazılmasına nail oldu.
Bütün bu hadisələrə umummili konteksdən yanaşdıqda əminliklə deyə bilərəm ki, bu zəfərin əsası hələ ulu öndərin zamanında qoyulmuşdu. Ulu öndərin ordu quruculuğu sahəsində həyata keçirdiyi fəaliyyət eyni zamanda iqtisadiyyatın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi, sonrakı mərhələdə bu siyasi kursun layiqli davamçısı cənab prezident İlham Əliyev tərəfindən əldə olunan nəticələrlə daha da inkişaf etdirmiş oldu. Azərbaycan Ordusunu ən müasir silah-sursat, hərbi texnika ilə təmin olunmasına nail oldu. Şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhun yüksəldilməsi kimi mühüm məsələlərdə də fəaliyyətlərə imza atdı. Güclü iqtisadiyyat, güclü ordu, beynəlxalq münasibətlər sistemində gedən proseslərin düzgün dəyərləndirilməsi, 44 günlük Vətən müharibəsinin uğurla başa çatmasına gətirib çıxardı.
Onu unutmayaq ki, Azərbaycan heç zaman müharibə aparmaq istəmirdi. Amma zaman-zaman torpağımızı işğal edən Ermənistan bu və ya digər müstəvidə hərbi təxribatlar törətməklə yeni xülyalar uğrunda öz fəaliyyətini qururdu. 2016-cı ilin aprel döyüşləri onlar üçün bir dərs olmadı. 2020-ci ildə Tovuz istiqamətində ardıcıl təxribatların törədilməsi, sentyabr ayında müxtəlif istiqamətlərdən hərbi əməliyyyatlara başlaması Azərbaycanı hərb yoluna əl atmağa sövq etdi.
Azərbaycanın ildırım surəti ilə həyata keçirdiyi hərbi əməliyyyatlar, 8 noyabrda Şuşanın azad olunması, 10 noyabrda 3 tərəfli bəyanatın, Ermənistan üçün kapitulyasiya aktı hesab olunan sənədin imzalanması ilə başa çatdı.
Bizə qarşı həyata keçirilən təhdid dolu kampaniyaların aparılmasına baxmayaraq yenə də Azərbaycan sülh tərəfdarıdır.
Münaqişə bitib, torpaqlar azad olunub, böyük bərpa və quruculuq işlərinə start verilib. Bu artıq Azərbaycanın yeni mərhələyə daxil olduğundan xəbər verir.
Azərbaycan hər bir sahədə çox ciddi inkişaf proritetləri müəyyənləşdirib. Azərbaycan xalqı da bu prosesdə öz prezidentinin yanındadır. Bu dövlət-xalq, xalq-cəmiyyət birliyinin, həmrəyliyinin çox parlaq bir nümunəsidir. Azərbaycan artıq Avrasiya qitəsində çox vacib, mühüm əhəmiyyət kəsb edən transmilli layihələri həyata keçirilməsində öz sözünü deyir.
Artıq biz əminliklə deyə bilərik ki, 8 noyabr Zəfər günü Azərbaycan xalqının gələcəkdə də imza atacağı qələbələrin uğurlu şəkildə həyata keçməsinə xidmət edən hadisədir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1019   Tarix: 05 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq

İran parlamentinin oktyabrın 18-də keçiriləcək virtual iclasında müdafiə naziri postuna namizəd Mehrdad Əxlaqi Kitabçiyə etimad məsələsinə baxılacaq. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat katibi Abbas Gudarzi bildirib. Onun sözlərinə görə, parlamenti

20:15 0
.

Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

17:59 172
.

Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 269,4 min ton həcmində metanol (metil spirit) istehsal olunub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 9 ayı ilə müqayisədə 25,2 % azdır. Bu ilin oktyabrın 1-nə 38,1 min ton hazır məhsul qalığ

16:40 168
.

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) vitse-prezidenti seçilib. "Report" xəbər verir ki, bununla bağlı AQİNF-nin mətbuat xidməti məlumat yayıb. Bu barədə qərar Polşanın Zakopane şəhərində keçirilən ISMF-i

17:50 161
.

Xarici şirkətlər Zəngilanın bərpasında iştirak edir

Araz, Oxçuçay, Bəsitçay və Həkəri çaylarının ərazisindən keçdiyi stratei əhəmiyyətli, ərazisində bir sıra faydalı qazıntıların olduğu Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bununla da 730 kvadrat kilometr sahəsi olan rayonun 1 şəhər, 5 qəsəb

14:28 177
.

Prezidentdən Valeh Ələsgərovla bağlı - Sərəncam

Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycanın siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, oktyabrın 19-da Milli Məcli

15:50 196
.

Bazar günü 31 dərəcə isti olacaq

Oktyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

13:16 191
.

Berlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi

Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən

15:14 176
.

Zəngilanın işğaldan azad olunması Qarabağ düyününün açılmasında həlledici oldu

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrı

14:32 174
.