"Əhali arasında icbari sığorta haqqında maarifləndirmə işləri aparılmalıdır"- Elnur Fərzəliyev
Daşınmaz əmlak sığortasının əsas məqsədi yanğın, təbii fəlakətlər və digər səbəblərdən dolayı əmlaklara dəymiş ziyanı qarşılayaraq sahibkarın gəlirini qorumaq, maddi ziyana düşməsinin qarşısını almaqdır.
Lakin daşınmaz əmlakın icbari sığortasına sahibkarlar ciddi yanaşmır. Hadisə və ya qəza baş verdiyində "nə edim?", "necə edim?" sualları ilə özlərini yormağa başlayırlar.
Mövzu ilə bağlı BiG.AZ-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ölkəmizdə daşınmaz əmlakın sığortalanmasında məcburiyyət yoxdur. Lakin hər hansısa bir əmlak kreditli şərtlərlə satılırsa bu zaman mütləq sığortalanmalıdır:
"Ölkəmizin böyük şəhərlərində xüsusilə patyaxt Bakıda daşınmaz əmlakları və satış qiymətləri kifayət qədər bahadır. Satış qiymətlərinin baha olmasına baxmayaraq sığortalanma paketlərinin qiymətlərində artımlar yoxdur. İcbari sığortanın illik qiyməti 50 manatdır. Hər hansı bir hadisə baş verdiyində sığorta şirkətləri tərəfindən mənzilə dəymiş zərərin 25 min manata qədəri qarşılanır.
Müxtəlif sığorta paketləri var ki, əmlak sahibləri öz mülklərini sığortaladıqda dəymiş zərərin böyük bir hissəsi bəzən isə tam hissəsi şirkət tərəfindən ödənilir. Hər hansısa bir əmlakın sığortalanması üçün mütləq şəkildə onun mülkiyyət hüququnu təstiq edən sənəd yəni çıxarış olmalıdır.
Bu gün ölkəmizdə 100 minlərlə çıxarışı olmayan daşınmaz əmlaklar və xüsusilə mənzillər mövcuddur. Təkcə Bakı və Abşeron ərazisində yarım milyon civarında çıxarış ala bilməyən əmlaklar vardır. Bu əmlakların sahibləri qanunvericiliyə əsasən sığortadan istifadə edə bilmirlər.
Qanunvericilikdə dəyişiklik edib danışmaz əmlak sığortası məcburi edilərsə o zaman çıxarışsız evlər də rahatlıqla bundan yararlana biləcək.
Bakı şəhərində daşınmaz əmlakların böyük bir hissəsi kirayə verilir. Ən ucuz kirayə mənzilin qiyməti 300 manatdan yuxarıdır. Bu rəqəm bir neçə min manata qədər gedib çıxır.
Təəssüflər olsun ki, əmlakını kirayə verən adamların heç biri sığortadan istifadə etmir. Bunun nəticəsində qəza baş verdikdə əmlak sahibi və kirayəçi arasında ciddi problemlər yaranır. Buna görə də əmlak sahibləri sığortadan istifadə etməli, kirayəçilər isə mütləq şəkildə sığorta kağızını tələb etməlidirlər.
Bundan başqa əhali arasında sığorta haqqında maarifləndirmə işləri aparılmalı, bu sahənin qanunvericiliyində müəyyən dəyişikliklər etməli, çıxarışı olmayan əmlaklar da sığortalanmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1042 Tarix: 05 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu meyvələri yuyub saxlamayın - Tez xarab olacaqlar
Meyvə və tərəvəzləri yumadan yeməmək sağlamlıq baxımından vacib sayılsa da, bəzi məhsulları əvvəlcədən yuyub soyuducuya qoymaq onların daha tez xarab olmasına səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, bəzi meyvələr yalnız istifadə etməzdən dərhal əvvəl yuyulmalıdır. bu barədə xarici mediaya istinadl
14.07.2026 183 9 ildən sonra kritik gün: Rza Zərrabın hökmü bu gün elan ediləcək
Rza Zərrabın ABŞ-ın İrana qarşı sanksiyaları pozmaqda günahını etirafından və prokurorluqla əməkdaşlıq etməsindən təxminən doqquz il sonra hökm günü yetişib. -ın xarici mediaya istinadən məlumatına görə, Nyu-Yorkdakı federal məhkəmənin Zərrabın hökmünü bu gün elan etməsi gözlənilsə də, onun ifadəsi Halkban
14.07.2026 252 Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
İyulun 15-16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qər
14.07.2026 292 Xankəndidə Prezidentin adından Pelleqrininin şərəfinə nahar verildi - Fotolar
Xankəndidə Prezident İlham Əliyevin adından Slovakiya Prezidenti Peter Pelleqrininin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə Azərbaycan və Slovakiya musiqilərindən ibarət konsert proqramı təqdim olunub
14.07.2026 168 ABŞ Tehranda elə stansiyaları vurub ki... - İrandan etiraf
Əgər bilsəydiniz iki gün qabaq ölkənin hansı elektrik stansiyaları vurulub, Tehranda əvvəlcədən elan olunmamış elektrik kəsintiləri barədə sual verməzdiniz. xəbər verir ki, bu sözləri Tehran Şəhər Şurasının sədri Mehdi Çəmran jurnalistlərin suallarının cavabında deyib. O, hansı elektrik stansiyalarını
14.07.2026 141 Tənqidi qətnaməyə baxmayaraq Gürcüstan ATƏT-dən imtina etmir
Gürcüstan hökuməti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyası ilə əməkdaşlığı davam etdirəcəyini açıqlayıb. Bu qərar Gürcüstan nümayəndə heyətinin qəbul edilən tənqidi qətnaməyə etiraz olaraq iclası tərk etməsinə baxmayaraq verilib. xəbər verir ki, bu barədə TAS
14.07.2026 195 Üçüncü Dünya müharibəsində təhlükə altında qalacaq 6 ölkə - Biri qonşumuzdur
Üçüncü Dünya müharibəsi zamanı ən böyük risk altında ola biləcək ölkələrin siyahısı açıqlanıb. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin qiymətləndirməsinə əsasən, ABŞ, Rusiya, İsrail, İran, Şimali Koreya və Tayvan hərbi əməliyyatların əsas hədəflərinə çevrilə biləcək ərazilər sırasındadır
14.07.2026 228 ÇİN PUTİNİ "YOLA SALMAĞA" HAZIRLAŞIR - "Pekin Rusiya elitasının üzvləri ilə əlaqələrini gücləndirir"
Qərblə əlaqələrini kəsən Vladimir Putinin dövründə Rusiya Çinin kiçik tərəfdaşına çevrilib və Çin, ehtiyatla da olsa onu öz maraqları üçün manipulyasiya edir. Eyni zamanda, Pekin, Putin və onun yaxın ətrafı ilə məhdudlaşmayaraq, Rusiyanın hakim sinfi ilə sakitcə münasibətlər qurur. "AzPolitika"
14.07.2026 175 Sabah 40 dərəcə isti olacaq
Azərbaycanda havanın sabah 40 dərəcəyədək isti olacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanı
14.07.2026 237