DİN bu şəxsləri işə dəvət edir
DİN-in aparatında və respublikanın şəhər, rayon polis orqanlarında ali hüquq təhsili tələb olunan vəzifələrdə (polis sahə rəisi, cinayət axtarışı üzrə əməliyyat müvəkkili, məsul növbətçi, təhqiqatçı və müstəntiq) xidmətə qəbulla əlaqədar müsabiqə keçirilir.
Bu barədə BiG.AZ-a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vakant olan 70 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı – "Azərbaycanın daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallardan ibarətdir. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri DİN-in Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir.
Müsabiqədə dövlət ali təhsil müəssisələrini "hüquqşünaslıq" ixtisası üzrə bitirmiş, yaşı 30-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycanın kişi cinsli vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər noyabrın 1-dən 30-dək http://www.mia.gov.az ünvanda yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin [email protected] elektron ünvanına göndərməlidirlər.
Elektron ərizələr DİN-də qeydiyyatdan keçirilərək namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir.
Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- ali təhsil haqqında diplom;
- hərbi bilet;
- əmək kitabçası (olanlar üçün).
Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır və namizədin sağlamlıq vəziyyəti müvafiq qaydada yoxlanılır.
Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları və test imtahanının proqramı DİN-in www.mia.gov.az veb saytında yerləşdirilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1011 Tarix: 05 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMingəçevirdə 67 yaşlı kişi keçmiş sevgilisini parkda döydü - Dondurmaya GÖRƏ
Mingəçevirdə kişi küçədə keçmiş sevgilisini döyüb. -ın xəbərinə görə, hadisə supermarketlərdən birinin qarşısındakı parkda qeydə alınıb. 67 yaşlı İsmayıl Nəcəfov əlindəki 3 dondurmanı parkda əyləşən keçmiş sevgilisi Nazilə (şərti adla) və onun yanındakı qadına verib. Nazilə isə onlardan birini İsmayılı
13:40 160 İlham Əliyev: "Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb"
Prezident İlham Əliyev Esvatininin Kralı Əlahəzrət II Msvatiniyə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Esvatini Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınız
11:44 144 Media: ABŞ kəşfiyyatı hesab edir ki, İranın öz gücünə inamı artıb
ABŞ-nin İrana qarşı hərbi kampaniyasının başlamasından altı ay sonra Tehran hərbi potensialına inamını əhəmiyyətli dərəcədə artırıb. "Report"un məlumatına görə, "The New York Times" (NYT) ABŞ-nin kəşfiyyat materiallarına və analitik qiymətləndirmələrinə istinadən bu məlumatlara istina
16:20 98 Argentina Malvin adalarında neft hasilatına görə sanksiyaları sərtləşdirəcək
Argentina Malvin (Folklend) adaları bölgəsində neft hasil edən müəssisələrə qarşı məhdudiyyətləri sərtləşdirməyə hazırlaşır. "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Xavyer Miley bəyan edib. Dövlət başçısı vurğulayıb ki, yaxın aylarda adalarda Böyük Britaniyanın "Rockhoppe
19:10 0 Antalyada cinayətkar qruplaşmaları təbliğ edən 10 nəfər saxlanılıb
Türkiyənin Antalya şəhərində sosial şəbəkələrdə cinayətkar təşkilatları təbliğ edən, onların metodlarına qanuni don geydirən və fəaliyyətlərini təşviq edən 14 şübhəlidən 10-u saxlanılıb. Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir. Antalya Baş Prokurorluğu tərəfindən aparılan araşdırm
16:30 97 Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib
Ölkənin mərkəzi bankı rolunu yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini aşağı salmaqdan imtina edərsə, Vaşinqton bir neçə dövlətlə ticarət münasibətlərini dayandıra bilər. "Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsind
18:30 0 Berlin Senatına böyük KİBERHÜCUM: Məxfi sənədlər internetə sızdırıldı
Berlin Senatının şəbəkələrini kiberhücuma məruz qoyan hakerlər darknetdə təxminən 1,4 milyon məlumatı, o cümlədən xasiyyətnamələri, tender sənədlərini və əməkdaşların şəxsi işlərini yerləşdiriblər. bu barədə RBB radiosuna istinadən xəbər verir. Daha əvvəl "Rhysida" haker qruplaşması şəhər hakimiyyətində
12:10 143 Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb
Ukrayna son iki həftə ərzində Azərbaycandan enerji sahəsində ümumilikdə 36,55 ton yüksək gərginlikli kabeldən ibarət üç partiya yardım alıb. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb. "Son iki həftə ərzində Ukrayn
19:30 0 Qazaxıstan dəniz limanlarının gücünü 30 milyon tona qədər artıracaq
Qazaxıstan 2030-cu ilə qədər dəniz limanlarının ümumi gücünü 21,8 milyon tondan 30 milyon tona qədər artırmağı planlaşdırır. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidmətindən bildirilib. Son beş ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM
13:30 131