Azərbaycanda müəllimlərin maaşı gələn ildən bu qədər arta bilər - AÇIQLAMA

Azərbaycanda müəllimlərin maaşı gələn ildən bu qədər arta bilər - AÇIQLAMAAzərbaycanda müəllimlərin minimum əməkhaqqı 345 manatdır. Əlavə dərs saatlarına, sinif rəhbərliyinə, fənn üzrə sertifikasiya nəticələrinə və digər göstəricilər əsasında yüksələ bilir. Bəs, müəllimlərin minimum əməkhaqqı 500 manata qədər qaldırıla bilərmi?

Mövzu ilə bağlı Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov danışdı.

O, açıqlamasında bildirdi ki, müəllimlərin maaşının 500 manata qədər qalxaması ilə bağlı təkliflər müzakirə olunur:

"Beynəlxalq təcrübədə müəllimlərin əməkhaqqı yalnız bazar əməkhaqqına deyil, eyni zamanda onların peşəkar səviyyəsinə və təcrübəsinə əsaslanaraq müəyyənləşdirilir. Məsələn, Estoniya, Finlandiya və Sinqapur kimi ölkələrdə müəllimlərin əməkhaqqı ölkənin ümumi əməkhaqqı səviyyəsindən yuxarıda tutulur ki, bu da müəllimlik peşəsinin nüfuzunu artırır.

Hazırda Azərbaycanda müəllimlər üçün əməkhaqqının qalxması məsələsi prioritetlərdən biridir, çünki artan inflyasiya və yaşam xərcləri bu sahədə çalışan şəxslərin sosial-iqtisadi vəziyyətini ağırlaşdırır. Minimum əməkhaqqının 345 manatdan 500 manata yüksəldilməsi təklifləri müzakirə olunur. Belə bir artım müəllimlərin motivasiyasını və təhsilin keyfiyyətini dəstəkləyərək peşənin nüfuzunu yüksəldə bilər. Bununla yanaşı, müəllimlərin bazar əməkhaqqından əlavə əlavə fəaliyyətlər üzrə ödənişləri də daha yüksək səviyyədə hesablanmalıdır ki, bu sahədə çalışanların həyat səviyyəsini yaxşılaşdırsın.

Azərbaycanda müəllimlərin əməkhaqqının daha yüksək səviyyəyə qaldırılması və bu məbləğin artan iqtisadi şəraitə uyğunlaşdırılması təhsil sahəsində keyfiyyətin yüksəlməsinə, daha motivasiyalı müəllimlərə və ümumilikdə təhsilin inkişafına töhfə verə bilər. Təhsil sistemində çalışan müəllimlərin əməkhaqqının təhsil keyfiyyətinə, məktəb mühitinə və ümumilikdə şagirdlərin nəticələrinə təsir göstərdiyini nəzərə alsaq, müəllimlərin əməkhaqqının artırılması ölkə təhsili üçün mühüm addım olar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 697   Tarix: 31 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şuşadakı Forum başa çatdı

Şuşa şəhərində keçirilən "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Qlobal Media Forumu başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Forumun ilk günündə Prezident İlham Əliyev tədbir iştirakçıları ilə görüşüb, onların sualların

14.07.2026 219
.

Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib

İyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin strateji səviyyəyə qalxmasının, regionlararası nəqliyyat-energetika yönümlü əməkdaşlığın və müdafiə sənayesi sahəsində yeni mexanizmlərin formalaşmasının işarəsidir. Bu səfə

14.07.2026 210
.

ABŞ Tehranda elə stansiyaları vurub ki... - İrandan etiraf

Əgər bilsəydiniz iki gün qabaq ölkənin hansı elektrik stansiyaları vurulub, Tehranda əvvəlcədən elan olunmamış elektrik kəsintiləri barədə sual verməzdiniz. xəbər verir ki, bu sözləri Tehran Şəhər Şurasının sədri Mehdi Çəmran jurnalistlərin suallarının cavabında deyib. O, hansı elektrik stansiyalarını

14.07.2026 141
.

Bənizin 11 il həbsi tələb edildi

Sevgilisindən şantaj yolu ilə 1 milyon manata yaxın pul tələb etməkdə ittiham olunan tiktoker Aybəniz Xəlilovanın (Bəniz) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda ittiham tərəfi yekun çıxış edib

14.07.2026 291
.

Peşə ixtisaslarının azaldılması niyə doğru qərardır?

"Peşə ixtisaslarının sayının 800-dən 250-yə endirilməsi tamamilə əsaslandırılmış və qaçılmaz addımdır. Bu qərarın məqsədi peşə təhsilini zəiflətmək deyil, onu müasir əmək bazarının tələblərinə uyğunlaşdırmaq və daha səmərəli etməkdir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc

14.07.2026 204
.

Xankəndidə Prezidentin adından Pelleqrininin şərəfinə nahar verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin adından Slovakiya Prezidenti Peter Pelleqrininin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə Azərbaycan və Slovakiya musiqilərindən ibarət konsert proqramı təqdim olunub

14.07.2026 168
.

Bu ölkədə 843 dildə danışılır: Niyə bu qədər çox dil sağ qalıb?

Dünyada ən çox canlı dilin istifadə olunduğu ölkələrin reytinqində Papua-Yeni Qvineya 843 canlı dillə birinci yerdə qərarlaşıb. Şimali Koreyada isə cəmi iki canlı dil mövcuddur. Dünyada yalnız 20 ölkədə ən azı 100 canlı dildən istifadə edilir. Qaynarinfo xəbər verir ki, bu barədə Antena3.ro yazır. Reytin

14.07.2026 105
.

Sabah 40 dərəcə isti olacaq

Azərbaycanda havanın sabah 40 dərəcəyədək isti olacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanı

14.07.2026 237
.

Tovuzda yeniyetmə xəstəxanada öldü

Tovuzda xəstəxanada ölüm hadisəsi baş verib. -ın məlumatına görə rayon sakini 17 yaşlı Z.Murğuzov ağır vəziyyətdə Tovuz rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin tibbi yardımlarına baxmayaraq yeniyetmə həyatını xilas etmək mümkün olmayıb. Ölümün səbəbləri hələlik məlu

14.07.2026 226
.

TOP MP3