Kəndlərimizdə eyni müəllim bir neçə fəndən dərs deyir - Şagird var, müəllim yox…
Hazırda Azərbaycanda yaşanan əsas problemlərdən biri də kəndlərdə savadlı müəllimlərin olmamasıdır. Hətta o vəziyyət yaranır ki, bir müəllim bir neçə fəndən dərs demək məcburiyyətində qalır. Bu, kəndlərdə yaşayan savadlı şagirdlərin yox, oradakı məktəblərdən üz döndərən müəllimlərin problemidir.
Lent.az-ın əməkdaşı sizə bu yazıda sözügedən problemdən söz açacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata əsasən, son 3 ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 2 mindən artıq vakant yerə seçim edilmir. Sözügüdən vakant yerlərinin əksəriyyəti ucqar rayonlarda olan məktəblərdir.
Deməli praktika göstərir ki, imtahan verən müəllimlərdən yüksək bal toplayanlar Bakı şəhərində, daha az bal toplayanlar isə bölgələrdə fəaliyyətə başlayır və ya bölgələrdəki vakant yerlərini seçən şəxslər sonradan həmin iş yerindən imtina edir. Sanki kəndlərdə yaşayan uşaqların bilik qazanmağa ehtiyacı yoxmuş kimi…
Bəs oxumaq eşqi ilə yanıb-tutuşan bu uşaqlara kim bilik öyrətməlidir? Şəhərdə yaşayan uşaqlar həkim olmaq istəyir, kənddəkilər yox?
Ən acınacaqlısı isə odur ki, vaxtilə özləri ucqar rayonlarda min bir əziyyətlə təhsil alıb müəllim olanlar indi öz qınını bəyənmirlər.
Bəs müəllimlərimizin iri şəhərlərə axın etməsinin səbəbi nədir? Niyə kənddəki məktəblərdə dərs keçmək istəyənlərin sayı günü-gündən azalır?
Təhsil eksperti Kamran Əsədov mövzunu Lent.az-a şərh edib.
Ekspert müəllimliyə namizədlərin daha çox paytaxt və böyük şəhərlərdə işləməyə üstünlük verməsinin əsas səbəbləri arasında iqtisadi, sosial və peşəkar amillər olduğunu qeyd edib:
"Böyük şəhərlərdə müəllimlərin daha yaxşı əməkhaqqı və sosial şərait əldə etmələri, habelə peşəkar inkişaf imkanlarının daha geniş olması onları bu bölgələrə cəlb edir. Eyni zamanda, böyük şəhərlərdə olan məktəblərdə tədris mühiti, texniki imkanlar, infrastruktura çıxış və müasir təlim metodlarına uyğunlaşma baxımından daha yaxşı imkanlar təqdim edir. Bu, müəllimlərə daha yaxşı tədris şəraiti, daha az çətinliklər və daha yüksək əməkhaqqı təklif etdiyindən onlar paytaxtı və böyük şəhərləri üstün tuturlar".
Onun sözlərinə görə, bölgələrdə, xüsusən ucqar kəndlərdə müəllimlərin yerləşməsi çətinliklərlə müşahidə olunur:
"Bu bölgələrdə infrastruktur çatışmazlığı və şəraitsiz məktəb binaları tədris prosesini daha da çətinləşdirir. Şəhərlərlə müqayisədə bölgə məktəblərində müəllimlərin peşəkar inkişafı üçün seminarlar, kurslar və treninqlər təşkil etmək çətindir. Bu da həmin məktəblərdə tədris səviyyəsini aşağı salır və müəllimlərin daha böyük şəhərlərdə işə üstünlük verməsinə səbəb olur".
Kamran Əsədov bu vəziyyəti həll etmək üçün bir neçə yanaşma irəli sürüb:
"Birinci addım olaraq, bölgələrdə çalışan müəllimlər üçün maliyyə və sosial güzəştlər təmin edilə bilər.
İkinci yanaşma isə bölgələrdə təhsil infrastrukturunun təkmilləşdirilməsidir. Məktəblərin texniki avadanlıqla təmin edilməsi, müəllimlər üçün peşəkar inkişaf proqramlarının genişləndirilməsi və bölgələrdə müasir tədris metodlarının tətbiqi müəllimlərin bölgələrdə işə marağını artıracaqdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1083 Tarix: 30 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAilələrin gəliri niyə ayın sonuna çatmır? - Qazancı ən çox "yeyən" xərclər
Azərbaycanda ailələrin aylıq gəlirlərinin əhəmiyyətli hissəsi gündəlik və zəruri xərclərə yönəlir. Xüsusilə kirayə haqqı, ərzaq və kommunal ödənişlər ailə büdcəsinə ciddi yük yaradır. Bəs bu xərclərin ailələrin aylıq gəlirində payı nə qədərdir və hansı xərc növü büdcəyə daha çox təsir edir?. Mövzu il
00:15 237 Tramp: ABŞ DÇ-2026-ya ev sahibliyi ilə 18 mlrd. dollardan çox qazanc əldə edib
ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin futbol üzrə dünya çempionatının Amerika iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirdiyini bildirib. "Report"un məlumatına görə, Ağ Ev rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. O, həmçinin qeyd edib ki, dünya çempionatın
15:20 76 Qazaxıstan dəniz limanlarının gücünü 30 milyon tona qədər artıracaq
Qazaxıstan 2030-cu ilə qədər dəniz limanlarının ümumi gücünü 21,8 milyon tondan 30 milyon tona qədər artırmağı planlaşdırır. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidmətindən bildirilib. Son beş ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM
13:30 115 Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ - Rəqəm açıqlandı
Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonund
00:21 323 Akadzava: Yaponiya və ABŞ 550 milyard dollarlıq investisiya proqramının reallaşdırılmasında irəliləyiş əldə edib
Yaponiya və ABŞ iki ölkə arasındakı ticarət sazişi çərçivəsində 550 milyard dollar həcmində investisiya proqramının həyata keçirilməsində irəliləyiş əldə edib. "Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Ryosey Akadzav
05.09.2026 183 Niger Fransanı hərbi qiyam törətməkdə ittiham edib
Niger hakimiyyəti Fransanı avqustun sonlarında Xüsusi Əməliyyatlar Komandanlığının Xüsusi Kəşfiyyat Batalyonunun üzvlərini Niameydəki 101 saylı bazada silahlı üsyana təhrik etməkdə ittiham edib. "Report"un ANP-yə istinadən məlumatına görə, bu barədə Nigerin Nazirlər Şurasının kommünikesind
15:30 71 Hava KƏSKİN DƏYİŞİR: Qar yağacaq - PROQNOZ
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağışın yarımadanı
13:36 277 3 övladı olan ailələrə müavinət verilə bilər - YENİ AÇIQLAMA
"Çoxuşaqlı ailə anlayışının yenidən nəzərdən keçirilməsi və bu kateqoriyaya aid uşaqların sayının beşdən üçə endirilməsi ilə bağlı təkliflər Milli Məclisə təqdim olunub". Bunu -ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. Onu
00:11 259 Ata oğlunu və gəlinini GÜLLƏLƏDİ
Türkiyədə kişi oğlunu və gəlinini güllələyib. yerli mediaya istinadla bildirir ki, hadisə Denizli şəhərinin Buldan rayonunda baş verib. Ailə üzvləri arasında yaranan mübahisə böyüdükdən sonra psixi xəstəliyi olan ata 90 yaşlı Süleyman U. tüfəngə əl atıb və oğlu 65 yaşlı İsmayıl ilə gəlini Sultana atə
15:40 58