"Çörəyi tərbiyəsizliklə qazanmayın" - Sevinc Əliyeva

"Çörəyi tərbiyəsizliklə qazanmayın" - Sevinc Əliyeva"Vətəndaş A" serialı Cəfər Cəbbarlının "Almaz" pyesindən, motivləri əsasında yazılıb və bu günki günə adaptasiya olunub. Əslində illər keçsə də problemlərin kökü eyni qalıb. Əfsuslar olsun ki, bu gün mərkəzdə ya da ki meqapolislərdə biz daha irəli gediriksə ucqar kəndlərdə heç kimə lazım olmayan adət-ənənələr qalıb. Almaz gəlib ki, bunları aradan götürsün. Xanımlar ailə qursunlar amma təhsildə alsınlar. Təhsil çox önəmlidir. Bizim serialda ilk mesajımızda budur".

Bu sözləri "Vətəndaş A" serialının prodüseri, aktrisa Sevinc Əliyeva OLAY-a özəl müsahibəsində deyib.

Sənətçi sözügedən ekran işi vasitəsi ilə tamaşaçıya və cəmiyyətə ötürdükləri mesajlardan söz açıb:

"Ekran işində 10-11 – ci sinifdə oxuyan oğlanlarda var. Onlar 16 yaşında həm məktəbə gedirlər həm də işləyirlər. Çalışıb, ailələrini saxlayırlar. Mən özüm də bunun dəfələrlə şahidi olmuşam. Valideyn tərəfindən bu kimi hallar dəstəklənir deyə, yəni oğlum getsin işləsin də universitetə daxil olası deyil ki, yanaşma belədir. Biz cəmiyyətə mesaj ötürmək istədik ki, təhsil çox vacibdir. Sonradan aldığı təhsil o uşağı da, ailəsini də, onun övladlarını da yedizdirəcək. "Vətəndaş A" serialı insanlar tərəfindən yaxşı qarşılandı. Digərləri nəsə edəndə biz "wow" (təəccüblənmək – red.) qarşılayırıq. Amma özümüzdə nəsə olanda olmazlar yada düşür. Xaricilər serial və filmlərdə zorlanma səhnəsini göstərirlər və bunu da tamaşaçılar normal qarşılayırlar. Bizim serialda da zorlanma səhnəsi var. Amma insanlar tərəfindən bu qəbul olundu".

S.Əliyeva "Vətəndaş A" serialı fonunda valideyn və övlad arasında münasibətlərdən bəhs edib:

"Hər gün düşünürəm ki, necə və nə cür edim... İki oğlum və bir qızım var. Onları çox sıxma-boğmaya salmayım. Amma bir növ bu sərbəstlik də verim ki, onlar cəmiyyətdən seçilməsinlər və fərqlənməsinlər. Balansı axtarmağa çalışıram. Mənim valideynlərə məsləhətim övladlarınızın yanında olun. Əsas onlarla dost olun və nə dedilərini hər zaman eşidin. Övladınızın gördüyü hər hansısa bir səhvə görə onu qınamayın".

3 uşaq anası olan aktrisa bildirib ki, onların sosial şəbəkədən istifadə etməsini qısıdlamayıb:

"Övladlarımın sosial şəbəkədə hesabları var. Amma onlar bağlı şəkildədir. İzləyidikləri isə baxça və sinif yoldaşlarıdır. Böyük oğlum Suad yalnız futbolu izləyir. Onlar artıq böyük uşaqlardı. 14 yaşları var. Onlara sosial şəbəkəni qadağa edə bilmərəm. Uşaqlarım məktəbə gedirlər. Sabah sinif yoldaşları nədənsə danışanda övladlarım deməsinlər ki, biz dünyadan kənar qalmışıq. Valideynlə övladın mütləq şəkildə dostluğu olmalıdır. Ona sabah nəsə olanda valideynə danışmalıdır. Bizdə evdə bir qanun var – doğruya görə sənə pis söz deməyəcəm amma yalana görə sənə acıqlanacağam".

"Cəmiyyətimizin bir çox üzvləri "TikTok"da baş verən neqativ dolu hadisələrə və özbaşnalıqlara görə bu sosial şəbəkə platformasının bağlanmasını istəyirlər. Sizin buna münasibətiniz?" sualına Sevinc belə cavab verib:

"Bu günki gün sosial şəbəkədə xüsusi ilə "TikTok"da mədəni dilənçilik yaranıb. Bu çox pis bir haldır. İstərdim ki, Azərbaycanda "TikTok" bağlansın. Orada oturub qazanc əldə edənlər məni bu sözlərimə görə bağışlasınlar. Təbii ki, mən heç kimin çörəyinə bayıs olmaq istəmirəm. Amma çörəyi də düzgün qazanmaq lazımdır. Çörəyi tərbiyəsizliklə qazanmayın".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1196   Tarix: 30 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ailələrin gəliri niyə ayın sonuna çatmır? - Qazancı ən çox "yeyən" xərclər

Azərbaycanda ailələrin aylıq gəlirlərinin əhəmiyyətli hissəsi gündəlik və zəruri xərclərə yönəlir. Xüsusilə kirayə haqqı, ərzaq və kommunal ödənişlər ailə büdcəsinə ciddi yük yaradır. Bəs bu xərclərin ailələrin aylıq gəlirində payı nə qədərdir və hansı xərc növü büdcəyə daha çox təsir edir?. Mövzu il

00:15 237
.

Tramp: ABŞ DÇ-2026-ya ev sahibliyi ilə 18 mlrd. dollardan çox qazanc əldə edib

ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin futbol üzrə dünya çempionatının Amerika iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirdiyini bildirib. "Report"un məlumatına görə, Ağ Ev rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. O, həmçinin qeyd edib ki, dünya çempionatın

15:20 76
.

Qazaxıstan dəniz limanlarının gücünü 30 milyon tona qədər artıracaq

Qazaxıstan 2030-cu ilə qədər dəniz limanlarının ümumi gücünü 21,8 milyon tondan 30 milyon tona qədər artırmağı planlaşdırır. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidmətindən bildirilib. Son beş ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM

13:30 115
.

Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ - Rəqəm açıqlandı

Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonund

00:21 323
.

Akadzava: Yaponiya və ABŞ 550 milyard dollarlıq investisiya proqramının reallaşdırılmasında irəliləyiş əldə edib

Yaponiya və ABŞ iki ölkə arasındakı ticarət sazişi çərçivəsində 550 milyard dollar həcmində investisiya proqramının həyata keçirilməsində irəliləyiş əldə edib. "Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Ryosey Akadzav

05.09.2026 183
.

Niger Fransanı hərbi qiyam törətməkdə ittiham edib

Niger hakimiyyəti Fransanı avqustun sonlarında Xüsusi Əməliyyatlar Komandanlığının Xüsusi Kəşfiyyat Batalyonunun üzvlərini Niameydəki 101 saylı bazada silahlı üsyana təhrik etməkdə ittiham edib. "Report"un ANP-yə istinadən məlumatına görə, bu barədə Nigerin Nazirlər Şurasının kommünikesind

15:30 71
.

Hava KƏSKİN DƏYİŞİR: Qar yağacaq - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağışın yarımadanı

13:36 277
.

3 övladı olan ailələrə müavinət verilə bilər - YENİ AÇIQLAMA

"Çoxuşaqlı ailə anlayışının yenidən nəzərdən keçirilməsi və bu kateqoriyaya aid uşaqların sayının beşdən üçə endirilməsi ilə bağlı təkliflər Milli Məclisə təqdim olunub". Bunu -ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. Onu

00:11 259
.

Ata oğlunu və gəlinini GÜLLƏLƏDİ

Türkiyədə kişi oğlunu və gəlinini güllələyib. yerli mediaya istinadla bildirir ki, hadisə Denizli şəhərinin Buldan rayonunda baş verib. Ailə üzvləri arasında yaranan mübahisə böyüdükdən sonra psixi xəstəliyi olan ata 90 yaşlı Süleyman U. tüfəngə əl atıb və oğlu 65 yaşlı İsmayıl ilə gəlini Sultana atə

15:40 58
.