Plastik əməliyyatların yaratdığı daha bir problem

Plastik əməliyyatların yaratdığı daha bir problemBir neçə il öncə Çində məktəblilərin rəsmi tətilindən istifadə edən üç yaxın dost Cənubi Koreyaya plastik əməliyyat etdirməyə gediblər. Çənə və burun əməliyyatlarından sonra simaları tam dəyişildiyi üçün ölkələrinə qayıdarkən hava limanından təyyarəyə buraxılmayıblar. Üz cizgiləri ilə pasportlarındakı şəkilləri uyğun olmadığı üçün polis tərəfindən sorğuya alınıblar. Bu xəbər bir müddət dünya mediasında geniş yayılmışdı.

Ölkəmizdə də estetik əməliyyatlar çiçəklənmə dövrünü yaşayır desək, yanılmarıq. Hətta son zamanlar sosial şəbəkələri göz rənglərini dəyişdirən pasiyentlərin şəkilləri bəzəyir. Maraqlıdır, estetik əməliyyatlardan sonra şəxsiyyət vəsiqələri və xarici pasportlar dəyişdirilməlidirmi?

Kosmetoloq Sahra Səmədzadə qəzetimizə açıqlamasında bildirdi ki, belə əngəllə nəinki pasiyentləri, özü də qarşılaşıb: "Mən də burun əməliyyatımdan sonra xarici ölkələrə getdikdə pasport nəzarətində problem yaşayırdım. Məhz bu səbəbdən pasportumu dəyişdirdim".

Kosmetoloq düşünür ki, estetik prosedurlar pasiyentlərin simalarında ciddi dəyişikliklərə səbəb olduğu üçün onlar əməliyyatdan sonra pasportlarını dəyişdirməlidirlər: "Bizə insanlar əsasən, burun korreksiyası, dodaq dolğusu, "full face", üzdə yorğun yanaq sindromunun aradan qaldırılması üçün müraciət edirlər. Bu proseduralardan sonra pasiyentlərin üz quruluşunda müsbət mənada ciddi dəyişikliklər olur. Onlar xarici ölkələrə getdikdə pasport nəzarətində problemlər yaşayırlar. Çünki bu cür kosmetoloji prosedurların icrasından sonra real görüntüləri ilə pasport şəkilləri arasında ciddi uyğunsuzluqlar yaranır. Əsasən, burun əməliyyatı və kosmetoloji prosedurdan sonra pasiyentlərim pasportlarını dəyişdirmək üçün müraciət edirlər. Hazırda aktual olan əməliyyat göz rənginin dəyişdirilməsidir. Düşünürəm ki, bu prosedurdan sonra da pasport mütləq dəyişidirilməlidir".

Hüquqşünas Sabir Qəniyev deyir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) maşınla oxunan sənədlərə, o cümlədən pasportlara dair tələbləri tənzimləyən ICAO Doc 9303 sənədini hazırlayıb. Bu, vətəndaşların sərhədləri keçərkən təhlükəsizliyini və identifikasiyasını təmin etmək üçün ölkələrin riayət etməyə borclu olduğu əsas beynəlxalq standartlardır: "Beynəlxalq təcrübədə plastik əməliyyatlar və ya göz rənginin dəyişdirilməsi kimi əməliyyatlardan sonra sənədlərin yenilənməsi, şəxsiyyətin müəyyənləşdirilməsində bu standartlar əsas götürülür. Standartlar çərçivəsində əsas diqqət biometrik məlumatlara - üz şəkli, barmaq izləri və sənəd sahibinin identifikasiyası üçün istifadə olunan digər mümkün biometrik parametrlərə yönəlib".

Hüquqşünas bildirir ki, bir şəxs xarici görünüşünü əhəmiyyətli dərəcədə dəyişdirdikdə, ölkələr ICAO tövsiyələrinə uyğun olaraq pasportun yenilənməsini tələb edir ki, yeni məlumatlar şəxsin xarici görünüşünü əks etdirsin: "Lakin bununla belə, ICAO standartlarında xarici görünüş dəyişildikdə pasportun mütləq dəyişdirilməli olduğu birbaşa qeyd olunmur. Əgər şəxsin xarici görünüşü plastik əməliyyat və ya göz rənginin dəyişdirilməsi nəticəsində dəyişirsə və onu əvvəlki fotoşəkildən tanımaq mümkün deyilsə, pasport ICAO tövsiyələrinə uyğun olaraq dəyişdirilməlidir. ICAO-nun tövsiyələrinə əsasən, pasportun etibarlılıq müddəti adətən 5-10 ildir, lakin xarici görünüşdə əhəmiyyətli dəyişikliklər olduqda sənədlər müddətin bitməsinə qədər yenilənməlidir. Bu, xarici görünüşdəki dəyişikliklərin vizual identifikasiyanı və üztanıma sistemlərinin işini çətinləşdirməsi ilə bağlıdır".

Azərbaycanda şəxsiyyət vəsiqəsinin verilməsi qaydalarına gəldikdə isə, mütəxəssis vurğulayır ki, bu qaydaları Prezidentin müvafiq fərmanı müəyyən edir. Lakin Azərbaycanda da xarici görünüş dəyişdirildikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı birbaşa tələb yoxdur: "Bu Əsasnamə İCAO-nun tələblərinə uyğun tənzimlənir. Azərbaycan, ICAO-nun üzv dövləti kimi, bu tövsiyələrin yerinə yetirilməsinə ciddi nəzarət edir ki, pasportların təhlükəsizlik və identifikasiya tələblərinə uyğunluğu təmin olunsun".

Azərbaycanın milli qanunvericiliyində isə şəxsin xarici görünüşündəki dəyişikliklər identifikasiyanı çətinləşdirəndə pasportun yenilənməsi tələb edilir: "Bu, plastik əməliyyatlar və ya göz rənginin dəyişdirilməsi kimi əhəmiyyətli dəyişiklikləri əhatə edir. Əgər şəxsin üz quruluşu dəyişibsə və onu pasportdakı fotoşəkildən tanımaq çətindirsə, pasport dəyişdirilməlidir. Bu qayda ICAO standartlarına riayət etməkdən irəli gəlir, çünki dəqiq vizual identifikasiya sərhədlərdə təhlükəsizliyin təmin edilməsinin əsas elementidir. Həmçinin şəxs xarici görünüşündəki dəyişiklikləri əks etdirməyən pasportunu vaxtında yeniləmədikdə, səyahət zamanı müxtəlif çətinliklərlə üz-üzə gəlmə ehtimalları artır. Bu çətinliklər sərhəd keçidində və ya rəsmi yoxlamalarda şəxsiyyətin dəqiq müəyyənləşdirilməməsi ilə bağlı problemləri əhatə edə bilər. Belə hallarda sərhəd mühafizəçiləri və ya digər müvafiq orqanlar əlavə sənədlər və ya təsdiq tələb edə bilər ki, bu da səyahəti daha da mürəkkəbləşdirir".

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev "Kaspi" qəzetinə bildirdi ki, biometrik şəxsiyyət vəsiqəsinin göstəricilərinə əsasən, şəxsin üz quruluşunun və yaxud göz rənginin dəyişdirilməsi onun kimliyini müəyyən etməkdə maneə yaratmır.

DİN yanında Baş pasport, Qeydiyyat və Miqrasiya idarəsindən isə mətbuata bildirilib ki, plastik əməliyyatlardan sonra üz cizgilərində kəskin dəyişikliklər olarsa, şəxsiyyət vəsiqəsi mütləq dəyişdirilməlidir. Vəsiqəni almaq üçün ASAN xidmətə yaxınlaşdıqda estetik sənədlər və eyniləşdirmə aparmaq tələb olunur. Həmin şəxsin yaxın qohumları çağırılır və aktlaşdırma aparılır. ("Kaspi" qəzeti)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1021   Tarix: 28 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

TOP MP3