Sabiq nazir: "Gördüm ki, yoldaşım bir qadının qucağında oturub"
"O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.
BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, verilişin budəfəki sayı Novxanı sakini, ötən əsrin 60-cı illərində Azərbaycanda yerli sənaye və məişət xidməti naziri olan Nəbibə Həsənovaya həsr olunub.
92 yaşlı N.Həsənova çətin həyat yolundan söz açıb:
"Ailədə 3 bacı, 1 qardaş olmuşuq. Qardaşım tez evləndi və ard-arda 3 oğlu oldu. Mən də o vaxtlar 7-ci sinifdə oxuyurdum. Qardaşım dedi ki, dərsə getmə, uşaqlara bax. Amma ondan gizli oxuyub məktəbi bitirdim. Moskvada institutu da bitirəndən sonra Azərbaycana qayıtmalı oldum, yəni özləri göndərdilər. Çünki həmin dövrdə qadın evli olmasa, ona yüksək vəzifə vermirdilər".
N.Həsənova 1955-ci ildə Moskva Yüngül Sənaye Texnologiya İnstitutunu bitirdikdən sonra təyinatla Əli Bayramov adına fabrikə mühəndis-mexanik göndərilir. 1961-ci ildə onu nazir müavini, 1963-cü ildə isə nazir təyin edirlər. Lakin ona vəzifə verilməsi üçün ailə qurması şərt idi. Buna görə də N.Həsənova qonşuluqda yaşayan diş həkimi ilə ailə qurur.
Bir gün o, həyat yoldaşına baş çəkmək üçün klinikaya gedir və bu zaman gözləmədiyi mənzərə ilə qarşılaşır:
"Klinikaya gedəndə gördüm ki, yoldaşım bir qadının dizinin üstündə oturub. Bu hadisədən sonra qorxusundan məndən ayrıldı. Ona dedim ki, sən məni necə yandırmısansa, mən də səni elə yandıracağam".
Karyerası müddətində N.Həsənovaya mane olmaq istəyənlər çox olub. Xüsusən də ermənilər bu işdə aktivlik göstəriblər. Amma N.Həsənova bir gündə 12 erməni müdirini işdən azad edib və bu, ölkədə sensasiya doğurub.
"Fabrikdə işləyərkən erməniləri işsiz qoydum. Onlarla başabaş işləmək mənim üçün çətin deyildi. Heç vaxt da rüşvət almamışam", - deyə N.Həsənova bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1255 Tarix: 27 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAvropa Komissiyasının Prezidenti sabah Kiyevə səfər edəcək
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 15-də Ukraynanın paytaxtı Kiyevə səfər edəcək. "Ukrayinskaya Pravda" xəbər verir ki, bu barədə Brüsseldə Avropa Komissiyasının rəsmi nümayəndəsi Olof Gill məlumat verib. O, Aİ liderinin Kiyevə səfərini təsdiqləsə də, səfərin məqsəd
14.07.2026 235 AFP xəbər agentliyinin verdiyi məlumata görə, Bəhreyndə partlayış səsləri eşidilib
AFP əməkdaşları Bəhreyndə partlayış səsləri eşidiblər. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, hazırda İran Bəhreynə zərbələr endirir. İranın verdiyi açıqlamaya görə Bəhreyndəki ABŞ hərbi bazaları hədəf alınıb. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
14.07.2026 184 Modemi neçə müddətdən bir söndürüb, yandırmaq lazımdır?
Evdə internetdən istifadə zamanı Wi-Fi-nin zəifləməsi və ya səhifələrin gec açılması bir çox istifadəçinin qarşılaşdığı problemlərdəndir. Mütəxəssislər bildirirlər ki, belə hallarda ən sadə həll yollarından biri routeri yenidən işə salmaqdır. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərin
14.07.2026 290 "Xəstə insanlar ayaqüstə qalır, biabırçılıq..." - Saatlarla növbə gözləyirlər
Paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən xəstəxanaya müraciət edən vətəndaşlar həkim qəbuluna düşmək üçün düz 5 saat növbə gözlədiklərindən gileylənirlər. "Qafqazinfo" ATV-yə istinadən xəbər verir ki, səhər saatlarından xəstəxanaya üz tutan sakinlər gün sonuna qədər müayinə olunmağ
14.07.2026 297 Tovuzda yeniyetmə xəstəxanada öldü
Tovuzda xəstəxanada ölüm hadisəsi baş verib. -ın məlumatına görə rayon sakini 17 yaşlı Z.Murğuzov ağır vəziyyətdə Tovuz rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin tibbi yardımlarına baxmayaraq yeniyetmə həyatını xilas etmək mümkün olmayıb. Ölümün səbəbləri hələlik məlu
14.07.2026 313 Kino tarixində ilk: Maykl Cekson haqqında film 1 milyard dollar qazandı
Pop musiqisinin əfsanəsi Maykl Ceksonun həyatından bəhs edən "Michael" filmi dünya kino tarixində yeni rekorda imza atıb. xarici KİV-ə istinadla xəbər verir ki, ekran əsərinin gəliri qlobal kassada 1 milyard dolları keçərək bu göstəriciyə çatan ilk bioqrafik film olub. Film nümayişə başladığ
14.07.2026 246 Tənqidlərdən sonra videonu sildilər
Aktyor Taleh Yüzbəyov son günlər sosial şəbəkələrdə müzakirələrə səbəb olan reklam çarxının silindiyini açıqlayıb. Qadınların estetik əməliyyat və kosmetoloji prosedurlardan istifadəsinin tənqid olunduğu reklam videosu şirkətin istəyi ilə sosial şəbəkə hesabından yığışdırılıb. Şirkət də videonun müzakir
14.07.2026 417 Azərbaycan Slovakiya iqtisadi əlaqələr daha da genişlənir
İyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş addımdır. Səfər, eyni zamanda, regionun sabitliyinə
14.07.2026 199 Batabatın üzən adası - təbiətin sakit möcüzəsi
"Həyatımı informasiya texnologiyalarına həsr etsəm də, tarix, coğrafiya və təbiətin yaratdığı möcüzələr məni həmişə valeh edib. Bu dəfə isə Şahbuz rayonunda yerləşən Batabat gölünə səfərimdən aldığım təəssüratları sizinlə bölüşmək istədim". Bunu İKT üzrə mütəxəssis Bəhruz Əliyev Naxçıvanı
14.07.2026 334