Bakının bu qəsəbəsində evlər niyə ucuzdur? – SƏBƏBLƏR

Bakının bu qəsəbəsində evlər niyə ucuzdur? – SƏBƏBLƏRPaytaxt ərazisində istər mənzil, istərsə də fərdi yaşayış evlərinin qiymətlərinin nə dərəcədə yüksək olduğu hamıya məlumdur. Xüsusən mərkəz və mərkəzəyaxın yerlərdə ev sahib olmaq demək olar ki, mümkünsüzə çevrilib. Bu kimi səbəblərdən bir çox vətəndaşlar Bakıətrafı qəsəbələrdən daşınmaz əmlak almağa üstünlük verir. Təbii olaraq, tələbin artması paytaxtın yaxın radiusunda yerləşən qəsəbələrdə ev və torpaq qiymətlərinin bahalaşmasına səbəb olur.

Lakin Qaradağ rayonunun inzibati mərkəzi sayılan və Bakının mərkəzinə cəmi 20 kilometr məsafədə yerləşən Lökbatan qəsəbəsində daşınmaz əmlakın hər 3 seqmentində digər qəsəbələrlə müqayisədə ciddi ucuzluq nəzərə çarpır. Yerləşdiyi ərazi baxımından mərkəzə birbaşa yolu olan bu qəsəbə son illər rayonlardan iş və təhsil üçün Bakıya üz tutan vətəndaşların əsas seçim variantlarından biridir. Qəsəbədə ev və mənzillərə tələbatı artıran digər bir səbəb isə "Sədərək" və "Abşeron" ticarət mərkəzinin məhz burada yerləşməsidir.

Elan saytlarına nəzər saldıqda, Lökbatanda ev və torpaqların qiymətinin heç də baha olmadığı, əksinə, Masazır, Xırdalan, Hövsan və digər bu kimi ərazilərə nisbətən aşağı olduğu nəzərə çarpır. Nümunə olaraq, qəsəbə ərazisində satışa təqdim olunan 2 mərtəbəli, 150 kvadratmetr ərazisi olan tam təmirli, 3 otaqlı həyət evinin qiyməti cəmi 90 min manata təklif olunur. Yeni tikili binada yerləşən 2 otaqlı 65 kvadrat mənzil isə 75 min manata satılır. Qəsəbədə torpaq qiymətləri də elədə baha deyil. Hazırda Lökbatanda torpağın 1 sotu yerindən asılı olaraq, təxminən 5-20 min manat arasında dəyişir.

Realtorlar və bəzi sakinlər qəsəbədəki qiymətlərin nisbətən aşağı olmasını bəzi səbəblərlə əsaslandırır. Onların fikrincə, bu tendensiya Lökbatanın bəzi yerlərində su, qaz və işıq kimi başlıca kommunal xidmətlərdə tez-tez kəsilmələrin olması ilə bağlıdır. Digər tərəfdən, qəsəbədə olan daşınmaz əmlakların əksər hissəsindən çıxarış yoxdur. Bu isə öz növbəsində qiymətlərə ciddi dərəcədə təsir göstərir. (yeni sabah)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1103   Tarix: 26 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb"

Prezident İlham Əliyev Esvatininin Kralı Əlahəzrət II Msvatiniyə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Esvatini Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınız

11:44 91
.

Mərmərə dənizində qəza: Türkiyədə Silivri sahillərində batmış gəminin yeri dəqiqləşdi

Sentyabrın 2-də Mərmərə dənizinin Silivri sahillərində Türkiyə bayrağı altında üzən "ALSU" gəmisi ilə toqquşduqdan sonra batan "Tuğberk İmamoğlu" gəmisinin qalıqlarının olduğu yer təsdiqlənib. Bu barədə "Haber Global"a istinadən xəbər verir. Məlumata görə, qalıqlar qəz

11:00 114
.

Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb

Moskvada Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşnerlə görüşü başlayıb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd edək ki, Putin Uitkoffla artıq səkkizinci dəfə üzbəüz görüşür, Kuşner isə Ukrayna məsələsinin nizamlanması ilə bağlı müzakirələrd

05.09.2026 194
.

Girne sahillərində gəmi faciəsi: Daha bir cəsəd tapıldı, ölənlərin sayı artdı

Avqustun 30-da Şimali Kipr Türk Respublikasının Girne sahillərində "Filo Jet" adlı sərnişin gəmisinin batması nəticəsində itkin düşən şəxslərin axtarışları davam etdirilir. Axtarışlar zamanı daha bir nəfərin cəsədi tapılıb. -ın "TRT Haber" nəşrinə istinadən xəbərinə görə, bu barəd

05.09.2026 203
.

Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi - ŞAD XƏBƏR

Azərbaycanda ictimai nəqliyyatda "brutto müqavilə" modelinin tətbiqinə başlanması sərnişindaşıma sistemində mühüm dəyişikliklərdən biridir. Yeni modelin əsas fərqi ondan ibarətdir ki, daşıyıcının gəliri yalnız avtobusa neçə sərnişin mindiyindən asılı olmayacaq. Daşıyıcı əvvəlcədən müəyyən edilmi

00:17 366
.

Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ - Rəqəm açıqlandı

Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonund

00:21 307
.

Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib

Rusiya və Ukrayna ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin daxil olduğu ABŞ nümayəndə heyətinin regiona səfəri ilə əlaqədar iki ölkənin paytaxtlarına zərbə endirilməməsini nəzərdə tutan qısamüddətli atəşkəs barədə razılığa gəliblər. "Report" xəbər verir ki, bu barəd

05.09.2026 185
.

Azərbaycanda ovuc içi ilə ödəniş TƏTBİQ EDİLDİ

Artıq ödəniş etmək üçün hər dəfə bank kartını və ya smartfonumuzu çantadan çıxarmağa ehtiyac yoxdur. Azərbaycanda ovuc içi ilə ödəniş texnologiyası tətbiq olunub. Bu sistem ilk baxışdan maraqlı və bir qədər də qeyri-adi görünür. Axı illərdir ödəniş dedikdə ağlımıza nağd pul və ya kart gəlir. İndi is

00:17 246
.

Şahin Mustafayev iranlı nazirlə danışdı - Nələr müzakirə olundu?

İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Şahin Mustafayev arasında telefon danışığı olub. İRNA agentliyinə istinadən xəbər verir ki, bu barəd

13:40 0
.