Qarabağ dağlarında köçəri maldarlığı inkişaf etdirmək mümkündürmü?

Qarabağ dağlarında köçəri maldarlığı inkişaf etdirmək mümkündürmü?Dədə-babadan azərbaycanlılar maldarlığın inkişafı üçün səylə çalışıb. Yaz-yay mövsümünü yaylaqda keçirən köçəri heyvandarlar havaların soyuması ilə əlaqədar sürülərini Arana - qışlağa gətirib. Qarabağımız işğaldan əvvəl köçəri maldarların yaylaq yeri olub. Lakin işğaldan sonra maldarlar Aran ərazilərində yəni qışlaqda qalmalı oldular.

Bəs bu gün Qarabağ dağlarında köçəri maldarlığı inkişaf etdirmək mümkündürmü?

BiG.AZ-a mövzu ilə bağlı açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov qeyd edib ki, Azərbaycanda hər zaman kənd təsərrüfatı qışda arana, yayda isə qışlağa köçməsi ilə inkişaf edib:

Qarabağ dağlarında köçəri maldarlığı inkişaf etdirmək mümkündürmü?"Hazırda torpaqlar xüsusi mülkiyyətdədir. Bir hissəsi dövlətin, bir hissəsi isə bələdiyyələrin tərkibindədir. İşğaldan azad edilmiş ərazilərdə torpaqlar icarəyə götürülüb. Kənd Təsərrüfatı Nazirliyi torpaqların hansı şirkətlərə icarəyə verilməsinə dair qərar verib. Ona görə də maldarlığın yaylaqdan qışlağa köçürülməsi kimi tədbirin həyata keçirilməsi hazırda mümkün deyil.

Məsələnin digər tərəfi isə hava şəraitinin dəyişməsidir. Son 30 il ərzində global istiləşmə baş verib. Həm aran, həm də dağ bölgəsində vəziyyət dəyişib. Yəni indi dağlarda yay ayında yağış bir o qədər yağmadığı üçün örüş və təbii biçənək ərazilərində ot örtüyü zəifləməyə başlayıb. Bu bölgələrə heyvanları aparıb otarmaq əvvəlki kimi əlverişli deyil. Bu səbəbdən də, hazırda maldarlıqla məşğul olan fermerlər mal-qaranı dağa qaldırmaqda maraqlı deyil".

Qarabağ dağlarında köçəri maldarlığı inkişaf etdirmək mümkündürmü?Vahid Məhərrəmov bildirdi ki, ümumiyyətlə son 10 ildə dağ bölgələrində hava dəyişməsi ilə əlaqədar ot biçimi aşağı səviyyəyə düşüb. Havalar isti keçdiyindən bitki örtüyü istənilən səviyyədə böyümür:

"Azərbaycanda maldarlığın inkişafı üçün dağlıq ərazilərə getmədən də aran bölgəsində çox münbit şərait mövcuddur. Örüş sahələrinin vaxtlı-vaxtında suvarılması ilə maldarlığın yüksək səviyyədə inkişafına nail ola bilərik. Otun yetişdirilməsi və maldarlığın inkişafı üçün dövlət qurumları vaxtında lazımı tədbirlər görməlidirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 829   Tarix: 24 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN

Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barəd

00:13 225
.

Ailələrin gəliri niyə ayın sonuna çatmır? - Qazancı ən çox "yeyən" xərclər

Azərbaycanda ailələrin aylıq gəlirlərinin əhəmiyyətli hissəsi gündəlik və zəruri xərclərə yönəlir. Xüsusilə kirayə haqqı, ərzaq və kommunal ödənişlər ailə büdcəsinə ciddi yük yaradır. Bəs bu xərclərin ailələrin aylıq gəlirində payı nə qədərdir və hansı xərc növü büdcəyə daha çox təsir edir?. Mövzu il

00:15 219
.

Üç qurum Ağdamdakı mina partlayışı ilə bağlı MƏLUMAT YAYIB - YENİLƏNİB

Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Qeyd edilib ki, Ağcabəd

11:43 236
.

Xaçaturyan: Ermənistan qonşuları ilə qarşılıqlı etimad formalaşdırmalıdır

Ermənistan qonşu ölkələrlə qarşılıqlı etimad yaratmalı və problemli məsələləri imkan daxilində vasitəçilər olmadan həll etməlidir. "Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bildirib. O, həmçinin qonşu ölkələrl

05.09.2026 172
.

Nazir müavini ilə bağlı şayiələr yayıldı - Pentaqon rəhbərliyində nə baş verir?

Pentaqonun rəhbərliyində hərb naziri Pit Heqsetin dövründə başlayan istefalar dalğasının ardınca yeni kadr islahatlarının gözlənildiyi bildirilir. xəbər verir ki, bu barədə "Reuters" agentliyi üç fərqli mənbəyə əsaslanaraq məlumat yayıb. Bildirilib ki, qurum artıq nazir müavini Stiv Feynberqi

05.09.2026 182
.

Bu şəxslər pullarını GERİ ALA BİLƏCƏK - YENİLİK

Azərbaycan ərazisində tibb müəssisələrindən xidmət alan əcnəbilərə ödənilmiş ƏDV müəyyən şərtlərlə geri qaytarılır. xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul ola

00:09 181
.

Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı "Chevrolet" markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan, konstruksiyasında dəyişiklik etməklə və nəqliyyat vasitəsinin şüşələrinə normativ tələblərə uyğun olmaya

11:15 62
.

Azərbaycanda toylar üçün YENİ ŞƏRTLƏR - 2 saat, maksimum 100 nəfər!

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov "Yeni Sabah"a açıqlamasında bildirib ki, toy xərcləri artıq yalnız məclisə yazılan pullarl

00:27 343
.

Akadzava: Yaponiya və ABŞ 550 milyard dollarlıq investisiya proqramının reallaşdırılmasında irəliləyiş əldə edib

Yaponiya və ABŞ iki ölkə arasındakı ticarət sazişi çərçivəsində 550 milyard dollar həcmində investisiya proqramının həyata keçirilməsində irəliləyiş əldə edib. "Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Ryosey Akadzav

05.09.2026 179
.