2025-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb
2025-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb.
BiG.AZ xəbər verir ki, bu haqda Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Bildirilib ki, gələn il yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq. Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq. Bu zaman Şimal yarımkürəsində yay, Cənub yarımkürəsində isə qış fəsli başlayır. Həmin vaxt Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə) və ən qısa gecə (gecənin uzunluğu 8 saat 56 dəqiqə 36 saniyə) olur. Yay fəslinin uzunluğu 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək.
Gələn il payız fəslinin Azərbaycana daxil olması sentyabrın 22-si saat 22:19:16-ya təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib, ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayır. Payız fəslinin uzunluğu 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.
2025-ci ildə qış fəsli (Qış günəş duruşu) Azərbaycana dekabrın 21-i saat 19:03:01-da daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olur. Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1587 Tarix: 23 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell abunəçilərinə yeni rəqəmsal xidmət təqdim edir. Bakcell tətbiqində istifadəyə verilən "Bakcell Games" bölməsi vasitəsilə oyunlar oynayaraq AirPods və hədiyyə internet qazanmaq mümkündür. Belə ki, yeni "Bakcell Games" bölməsində istifadəçilər "Topla & Qazan"
11:42 115 Qadının qeyri-adi addımı ərinin həyatını dəyişdi
Çinli qadın Sonq Mey ərini qeyri-adi üsulla komadan ayılmağa kömək etdiyini iddia edib. xəbər verir ki, bu barədə South China Morning Post qəzeti məlumat yayıb. Hadisə 2019-cu ilin oktyabrında baş verib. Bildirilir ki, Sonq Meyin əri Çjao Cinqyan üç yaşlı uşağını xilas etmək üçün anbarın damına çıxıb
11:51 110 Bu meyvələri yuyub saxlamayın - Tez xarab olacaqlar
Meyvə və tərəvəzləri yumadan yeməmək sağlamlıq baxımından vacib sayılsa da, bəzi məhsulları əvvəlcədən yuyub soyuducuya qoymaq onların daha tez xarab olmasına səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, bəzi meyvələr yalnız istifadə etməzdən dərhal əvvəl yuyulmalıdır. bu barədə xarici mediaya istinadl
14.07.2026 249 1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda rentgen növbəsində izdiham yaşanıb. "Qafqazinfo"nun məlumatına görə, vətəndaşlar bildirib ki, istənilən vaxt xəstəxanaya rentgenə gəldikdə növbədə gözləməli olurlar. Xəstəxana işçiləri buna səbəb kimi sistemin işləmədiyini, dayandığın
14.07.2026 336 Keçmiş futbolçu saxlanıldı
Türkiyə millisinin keçmiş futbolçusu və idman şərhçisi Nihat Kahveci saxlanılıb. yerli KİV-ə istinadla xəbər verir ki, o, həyat yoldaşı Fulya Sever Kahveciyə qarşı zorakılıq tətbiq etdiyi iddiası ilə polis bölməsinə aparılıb. Məlumata görə, hadisə İstanbulun Sarıyer rayonundakı restoranlardan birind
14.07.2026 316 "Xanımım inciməsin, amma işə görə bunu ləğv edərəm"
Xalq artisti Emin Ağalarov sosial media hesabında sualları cavablayıb. Axşam.az xəbər verir ki, sənətçi işləri ilə şəxsi həyatı arasında qalarsa hansını seçəcəyinə aydınlıq gətirib. Sual: Bir həftə telefonsuz qalmaq, yoxsa işsiz?. Emin: Nə birinci, nə də ikinci. İşsiz qala bilmərəm. İşi də telefonsu
14.07.2026 415 "Yaşıl Cümə" ilə yay alış-verişi başlayır!
"İrşad" yaya özəl olaraq, ən böyük fürsətlərdən olan ənənəvi "Yaşıl Cümə" kampaniyasına start verir. - 17-26 iyul tarixlərində keçiriləcək kampaniya çərçivəsində alıcıları müxtəlif kateqoriyalarda 70%-dək real endirimlər və sərfəli alış-veriş imkanları gözləyir. - Kampaniya müddətind
12:49 35 Tarkandan ailə fotosu
Müğənni Tarkan şəxsi bloqunda ailəsi ilə birlikdə nadir fotosunu paylaşıb. OLAY yazır ki, kadrlarda 2016-cı ildə ailə qurduğu həyat yoldaşı Pınar Dilek və iki il sonra dünyaya gələn qızı Liya yer alıb. "Həyatımdan da dəyərli olan iki can. Əziz qızım, həyatımıza günəş kimi daxil olduğun üçün ço
12:34 72 Tənqidlərdən sonra videonu sildilər
Aktyor Taleh Yüzbəyov son günlər sosial şəbəkələrdə müzakirələrə səbəb olan reklam çarxının silindiyini açıqlayıb. Qadınların estetik əməliyyat və kosmetoloji prosedurlardan istifadəsinin tənqid olunduğu reklam videosu şirkətin istəyi ilə sosial şəbəkə hesabından yığışdırılıb. Şirkət də videonun müzakir
14.07.2026 438