Kürəkənin öldüyü partlayışa görə qayınatası cəzalandırıldı

Kürəkənin öldüyü partlayışa görə qayınatası cəzalandırıldıÖtən ilin 2 yanvar tarixində Binəqədi rayonu Cavadxan küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş partlayışa görə məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, "Şərur" MTK-ya məxsus binanın 18-ci mərtəbəsində yerləşən mənzilin sahibi 1962-ci il təvəllüdlü Əlibaba Kəlbəliyevə hökm oxunub.

O, Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma-ölümlə nəticələndikdə) maddəsi üzrə təqsirli bilinib.

Bildirilib ki, 2022-ci ildə Ə.Kəlbəliyevin qızı polis əməkdaşı Məhəmməd Babayevlə ailə qurub. Bundan sonra o, Cavadxan küçəsindəki evini kürəkəninə yaşamaq üçün verib və gənc ailə həmin mənzildə yaşamağa başlayıb.

Hadisə baş verən gün M.Babayev evə gəlib və az sonra mənzildə qaz sızmasından güclü partlayış baş verib. Zərbənin təsirindən M.Babayev 18-ci mərtəbədəki mənzilin pəncərəsindən Cavadxan küçəsinə düşərək həlak olub. Həmçinin evə və qonşu mənzillərə məxsus qapı-pəncərələr dağılıb, əşyalar küçəyə tökülüb. Yol kənarındakı avtomobillərə və obyektlərə ziyan dəyib. Hadisə nəticəsində bir neçə sakin də xəsarət alıb.

Ə.Kəlbəliyev hadisədən əvvəl də binada qaz sızmasının olduğunu və MTK-nın, müvafiq qurumların cavabdeh olduğunu bildirib.

O, ibtidai istintaqa verdiyi ifadəsini məhkəmədə təsdiq etməyib və hadisədə günahının olmadığını bildirib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Ə.Kəlbəliyevə 4 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun barəsindəki polisin nəzarəti altına verilmə qətimkan tədbiri dəyişdirilməyib və cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.

Kürəkənin öldüyü partlayışa görə qayınatası cəzalandırıldı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 676   Tarix: 21 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məleykə Əsədovadan Tağı Əhmədovla bağlı təsirli paylaşım

Xalq artisti Məleykə Əsədova "Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovla bağlı təsirli paylaşım edib. xəbər verir ki, sənətçi təsirli şeir səsləndirib və onu instaqram hesabında izləyiciləri ilə bölüşüb. Əsədova Tağı Əhmədovun müəllifi olduğu "Yalan dünya" şeirini oxuyub

15:06 887
.

"7-8 yaşlı uşaqlara verilən suallar onların yaş səviyyəsinə uyğun olmur" - Təhsil eksperti

Son vaxtlar valideynlər ibtidai sinif ev tapşırıqlarının dilinin çətin olduğunu bildirirlər. Hətta ali təhsilli valideynlər belə övladlarının ev tapşırıqlarına kömək etməkdə çətinlik çəkirlər. Mövzu ilə bağlı -a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, problemin kökü dərsliklərin dili, məzmun

17:04 363
.

"Vampir xəstəliyi" həyatını cəhənnəmə çevirdi

ABŞ-ın Minnesota ştatında 2 uşaq anası, 32 yaşlı qadın "vampir xətəliyi"nə tutulub. xarici mediaya istinadən xəbər verir ki, qadın bu günə qədər 480-dən çox kriz keçirib. Bu krizlər nəticəsində isə ölümlə üzləşdiyi anlar olub. Qeyd edək ki, qadın günəş işığına baxa bilmir, sarımsaq yemir. Xəstəliyi

11:22 281
.

İlkin Həsəni həyat yoldaşını görüb ŞOKA DÜŞDÜ – VİDEO

ARB telekanalında yeni layihə start götürüb. xəbər verir ki, "5 üz" adlanan yarışma tipli yeni verilişin aparıcısı aktyor Elşən Orucovdur. Fərqli və oyun üslublu proqramın ilk qonağı məşhur teleaparıcı İlkin Həsəni olub. Belə ki, veriliş zamanı qorxulu anlar yaşayan İlkini, yarışmadakı 5 maskada

13:35 649
.

Kirayə mənzil bazarında qiymətlər "əl yandırdı"

Azərbaycanda kirayə evlərin qiyməti kəskin bahalaşıb. Bir müddət əvvəl 250 manata kirayə verilən evlər indi 700 manata təklif edilir. . Quruculuq işləri Azərbaycanda və digər rayonlarda sürətlə davam etdirilir. Köhnə binaların yerini təzə və müasir yaşayış məntəqələri əvəz edir. Bununla birgə COP29 tədbirini

17:02 272
.

Bakıda içərisində sakinlər olan evi sökdülər - Video

Bakının Yasamal rayonu, Birinci Alatava yaşayış massivində sakinlər evdə ola-ola söküntü işləri aparılıb. Ölkə.az xəbər verir ki, bu məlumatlar sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, ərazidə tikinti şirkətlərindən biri tərəfindən aparılan söküntü barədə sakinlərə əvvəlcədən heç bir məlumat verilməyib

12:59 471
.

Dilan Polat və bacısı öpüşdükləri üçün saxlanıldı

Fenomen Dilan Polat və bacısı Sıla Doğu saxlanılıb. OLAY yazır ki, buna səbəb onların yayılan öpüşmə videosu olub. Onlar əvvəlcə yoxlanış üçün xəstəxanaya aparılıblar

16:55 1247
.

Daha bir məşhur aktyor vəfat etdi

Türkiyənin Yeşilçam filmlərində aktyor və ssenarist olan Suphi Tekniker dünyasını dəyişib. türk mediasına istinadən xəbər verir ki, 84 yaşlı Suphi Teknikər kino ilə birgə teatrda da maraqlı obrazlar canlandırıb. 1960-cı ildən aktyorluq edən Suphi Teknikər Kamal Sunal, Şənər Şən kimi ustad aktyorlarl

11:48 358
.

Çaya bal əlavə etmək olmaz – Xoşagəlməz təsirləri

Bir çoxları çaya bal əlavə etməyi sevir. Bunu daha çox zərərli şəkərdən istifadəni azaltmaq üçün edirlər. xəbər verir ki, bir tərəfdən, bu yanaşma tamamilə doğrudur. Çünki bal şəkərin sağlam və təhlükəsiz alternativi hesab olunur. Digər tərəfdən, bir çoxlarının xəbərdar olmadığı bir həqiqət var. Bu həqiqə

19:00 198
TOP MP3