"Bacım mənə qaraciyərini verdi, özünün isə səhhəti pisləşdi"

"Bacım mənə qaraciyərini verdi, özünün isə səhhəti pisləşdi""Uşaq vaxtı mən "Hepatit B" virusuna yoluxdum. Amma o zamanlar bu virusa yoluxduğumu tam dəqiqliklə bilmirdim çünki 1990-ci illərin əvvəli idi və o zamanlar vəziyyət çox çətin idi. Bakıda olan analizlər "B"-yə yoluxduğumu göstərə bilmədi. Rəhmətlik babam infeksion xəstəliklə üzrə professor idi. O dedi ki, sənin bütün göstəricilərin "B"-dir. Bu xəstəlikdə uşaqlıqdan məndə var idi. Sonra Bakıya bu xəstəliyin düzgün aşkara çıxarılması ilə bağlı yeni aparatlar gələndə mən yoxlanışdan keçdim. Sübut olundu ki, mən "Hepatit B" xəstəliyinin daşıyıcısıyam. Müalicələr alsam da amma nəticəsi o qədər də effektli olmadı. Bununla əlaqədar Belorusiyaya, Almaniyaya və dəfələlə Türkiyəyə də getmişdim. Amma bu 10-15 il çəkən prosesdir. Puldan danışmaq da istəmirəm. Çünki bütün pullar məni müalicələrimə gedirdi".

OLAY yazır ki, bu sözləri müğənni Nərmin Kərimbəyovanın qardaşı Kamran "Xəzər axşamı" verilişinə müsahibəsində deyib.

Uşaqlıq illərindən qaraciyər sirrozundan əziyyət çəkdiyini söyləyən sənətçinin qardaşı xəstəliyi, müalicəsi və ona donor olan bacısından danışıb:

"Sirroz xəstəliyinin yeganə müalicəsi qaraciyər transplantasiyasıdır. Donor məsələsi ortaya çıxanda çoxlu nüanslar əmələ gəlir. Hətta yaxın insanlar öz orqanlarını vermirlər, kömək etmirlər. Bacım Nərminə əziyyət vermək və onu təhlükəyə salmaq istəmədim. Uzun zaman ona demədim ki, mənə sırf donor lazımdır. Bacım mənə dəfələrlə deyirdi ki, sənə biz necə kömək edə, dəstək ola bilərik. Mən bir dəfə dedim ki, bu donor məsələsidir. O heç fikirləşmədən cavab verdi ki, donoru niyə axtarırsan ki, donor var. Sual verdim ki, kim? O cavab verdi ki, donor mən olacağam. Onun xasiyyətini və mənə bununla bağlı "hə" deyəcəyini bilirdim. O mənə çox böyük bir dəstək oldu. Bu nəyin ki, dəstəkdir, mən bacım Nərminə görə indi yaşayıram".

Türkiyədə əməliyyat olunan Kamran bildirib ki, əməliyyatdan sonra ona qaraciyərini verən bacısı Nərminin səhhəti qəfil pisləşib:

"Əməliyyat günü mənim vəziyyətim yaxşılaşdı. Ancaq Nərminin səhhətində böyük problemlər oldu. Biz onun üçün çox qorxduq. Ona görə çox narahat oldum. Axı onun bu vəziyyətə düşməsi mənə görə oldu. Onunla dəfələrlə danışanda deyirdim ki, bəlkə lazım deyil. O isə bu söhbəti etməməyimi deyirdi. 8 saat mənim əməliyyatım çəkdi. İnsanlar trasplantasiya əməliyyatından sonra daha da yaxın olurlar. Nərminlə onsuzda yaxın idik, amma bu əməliyyatdan sonra daha da yaxın olduq. Ağrılar olanda bacımı fikirləşirəm. Başım ağrayanda dərhal Nərmin zəng edib halımı soruşur. Deyir ki, hiss elədim ki, pissən. Nərmin haqda danışanda kövrəliyəm. Nərmin yanımda heç zaman ağlamır. Bilirəm ki, o tək olanda mənim üçün ağlayır. Hər zaman bir yerdə olacayıq, hər şey yaxşı olacaq. Sən mənə həyat verdin buna görə çox sağol".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1430   Tarix: 17 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ukraynaya hücumlar DAYANDIRILDI: Putindən orduya tapşırıq

Rusiya Prezidenti Vladimir Putin bu gün gecəyarıdan başlayaraq növbəti üç gün müddətində Kiyev şəhərinə hücumların dayandırılması barədə əmr edib. Bu qərar paytaxtda ABŞ nümayəndələrinin iştirakı ilə planlaşdırılan görüşlərin təşkili və aparılması ilə əlaqədardır. xəbər verir ki, sözügedən məlumatı Rusiy

05.09.2026 256
.

Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yaşayış məntəqəsini nəzarət altına alıb. -ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya qoşunları Donetsk vilayətində Kurtovka yaşayış məntəqəsinə nəzarəti ələ keçirib

05.09.2026 168
.

Milyonlarla mobil telefon İŞLƏMƏYƏCƏK: Cəmi bir neçə gün qaldı

Türkiyədə qeydiyyatdan keçirilməyən telefonların istifadə müddəti başa çatır və bu cihazlar hər an rabitəyə bağlana bilər. xəbər verir ki, ölkədəki yüksək qiymətlərə görə telefon almaq istəməyənlər xaricdən gətirdikləri cihazlardan bir təqvim ili ərzində 4 ay boyunca istifadə edə bilirlər. Lakin telefond

00:14 106
.

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN

Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barəd

00:13 93
.

Ailələrin gəliri niyə ayın sonuna çatmır? - Qazancı ən çox "yeyən" xərclər

Azərbaycanda ailələrin aylıq gəlirlərinin əhəmiyyətli hissəsi gündəlik və zəruri xərclərə yönəlir. Xüsusilə kirayə haqqı, ərzaq və kommunal ödənişlər ailə büdcəsinə ciddi yük yaradır. Bəs bu xərclərin ailələrin aylıq gəlirində payı nə qədərdir və hansı xərc növü büdcəyə daha çox təsir edir?. Mövzu il

00:15 96
.

Fransanın Ermənistandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb

Fransanın Ermənistandakı yeni səfiri Florian Eskyudye bu gün vəzifəsinin icrasına başlayıb. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfirliyi məlumat yayıb. F.Eskyudye 2026-cı il avqustun 18-də Fransanın Ermənistandakı səfiri təyin edilib. Bu postd

05.09.2026 159
.

On bir gün sonra möcüzə: Nepal fəlakətindən daha bir nəfər sağ tapıldı

Nepalın Bhote-Koşi çayında baş verən dağıdıcı daşqınlardan sonra Rasuva dairəsində inşası davam edən "Upper Trişuli" su elektrik stansiyasının tunelində əcnəbi vətəndaş aşkar edilib. xəbər verir ki, bu barədə Nepal ordusu "X" sosial şəbəkəsində məlumat yayıb. Hərbçilərin bir kişiy

05.09.2026 177
.

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. BİG.AZ "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı traktora ciddi ziyan dəysə də, sürücünün xəsarət almadığı bildirilir

00:51 98
.

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 182,54 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25,6 % çoxdur. Avqust ayında Türkiyə Azərbaycana 22,183 milyo

05.09.2026 159
.