Kirayə mənzil verənlərin diqqətinə: Hər iki tərəf CƏRİMƏLƏNƏ bilər?
Kirayə ev bazarındakı vəziyyət hazırda çoxlarının diqqət mərkəzindədir. Əmlak qiymətlərinin artması və mənzil təminatındakı çatışmazlıqlar səbəbindən çox sayda insan kirayə evlərdə yaşamaq məcburiyyətində qalır. Xüsusilə, paytaxtda və digər böyük şəhərlərdə kirayə evlərin tapılması və uyğun qiymətlərin seçilməsi əsas problemlərdən birinə çevrilib.
Son vaxtlar daha bir nüans kirayəçiləri narahat edir. Belə ki, vətəndaşlar iddia edirlər ki, mənzildə kirayə qalan zaman ev sahibi ilə müqavilə bağlanmadıqda cərimə yazılır - ev sahibi 800 AZN, evdə qalan şəxslərin hər biri isə 50 AZN ödəməli olur. Bir qisim isə cərimənin kirayə müqaviləsi bağlanmadığına görə deyil, qeydiyyat məsələləri ilə bağlı tətbiq olunduğunu iddia edir.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Kamandar Nəsibov bildirib ki, ölkənin mülki qanunvericiliyinə əsasən müəyyən olunan vergilər ev sahibi tərəfindən ödənmədikdə cərimə tətbiq oluna bilər:
"Mülki Məcəlləyə əsasən, kirayə müqaviləsi yazılı formada bağlanılır. Kirayə müqaviləsi bağlayan vergi uçotuna alınmayan fiziki şəxs qeyri-sahibkarlıq fəaliyyəti həyata keçirir və 14% gəlir vergisi ödəyir. Ev sahibi tərəfindən sözügedən vergilər ödənilmədiyi təqdirdə, Vergi Məcəlləsinə əsasən, cərimə tətbiq oluna bilər.
Həmçinin, qanunvericiliyin tələbinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr, o cümlədən yaşayış sahələrinin kirayə müqaviləsi notariat qaydasında təsdiqlənməlidir".
K.Nəsibov vurğulayıb ki, kirayəçi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən sənəd əldə etmədiyi halda idarə tərəfindən cərimələnə bilər.
"Əgər mənzil kirayəsi müqaviləsinin müddəti 11 aydan çoxdursa, onda həmin müqavilə dövlət qeydiyyatına alınmalıdır. Kirayəçinin qeydiyyatı olmadıqda Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etməli, bununla bağlı müvafiq sənəd əldə etməlidir. Əks təqdirdə idarə tərəfindən qeydiyyatda olmadığı üçün cərimələnə bilər", - deyə hüquqşünas izah edib.
Həmçinin, Kamandar Nəsibov kirayə müqaviləsi olmadıqda ev sahibinin kirayəçini cərimələmək kimi bir səlahiyyətinin olmadığını da nəzərə çatdırıb.
Qeyd edək ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə tənzimlənir.
Maddəyə görə:
563.1. Vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir;
563.2. Vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata almaqdan əsassız imtina edilməsinə, qeydiyyata almaq üçün qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edilməsinə, habelə qeydiyyata almaqda süründürməçiliyə yol verilməsinə görə onlar beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilirlər.
Ancaq DİN Mətbuat xidməti idarəsinin şöbə rəisi Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, İXM-in 563-cü maddəsinin 2-ci bəndi evini kirayə verən şəxslərə tətbiq edilə bilməz.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1165 Tarix: 13 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşParisdə keçiriləcək sammit başlamamışdan "Makronun ən pis tədbiri" adlandırıldı
Parisdə planlaşdırılan qarşıdakı kosmik sammitin Fransa Prezidenti Emmanuel Makronun təşkilatçılığı ilə keçirilən ən uğursuz tədbir olacağı artıq qəbul edilib. xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. Altı iştirakçının bildirdiyinə görə, tədbir təşkilati baxımdan xaos içərisindədir
05.09.2026 159 Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalı xərcini 15 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 127,372 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur. Avqustd
05.09.2026 142 Məşhur türkiyəli aktyor evində ÖLÜ TAPILDI
Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. "Sözcu" qəzetinə istinadən xəbər verir ki, aktyordan sentyabrın 4-dən etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gedib. Qapını döysə də, cavab almadıqdan sonra özündə olan açarla mənzilə daxi
05.09.2026 354 Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Yasamal Rayonu İ.Talıblı küçəsinin sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə rayon polis idarəsinin 29-cu Polis Şöbəsinə şikayət daxil olub. Ş.Məmmədovun həyat yoldaşı və qayınatas
05.09.2026 153 Pay torpaqları vətəndaşlardan alınacaq? - VACİB AÇIQLAMA
"Son illər üzrə Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və kənd təsərrüfatında torpaqlardan daha səmərəli istifadə məqsədilə torpaq konsolidasiyası, yəni ayrı-ayrı kiçik sahələrin könüllü şəkildə birləşdirilməsi nəzərdə tutulub". BİG.AZ -ə istinadla xəbər veri
05.09.2026 184 Ağdamda traktor minaya düşüb
Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. BİG.AZ "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı traktora ciddi ziyan dəysə də, sürücünün xəsarət almadığı bildirilir
00:51 98 Azərbaycanda ovuc içi ilə ödəniş TƏTBİQ EDİLDİ
Artıq ödəniş etmək üçün hər dəfə bank kartını və ya smartfonumuzu çantadan çıxarmağa ehtiyac yoxdur. Azərbaycanda ovuc içi ilə ödəniş texnologiyası tətbiq olunub. Bu sistem ilk baxışdan maraqlı və bir qədər də qeyri-adi görünür. Axı illərdir ödəniş dedikdə ağlımıza nağd pul və ya kart gəlir. İndi is
00:17 104 Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi - ŞAD XƏBƏR
Azərbaycanda ictimai nəqliyyatda "brutto müqavilə" modelinin tətbiqinə başlanması sərnişindaşıma sistemində mühüm dəyişikliklərdən biridir. Yeni modelin əsas fərqi ondan ibarətdir ki, daşıyıcının gəliri yalnız avtobusa neçə sərnişin mindiyindən asılı olmayacaq. Daşıyıcı əvvəlcədən müəyyən edilmi
00:17 212 Bu ailələrə hər ay 600 manat veriləcək - Nazirlik MƏLUMAT YAYDI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin ötən dövründə 89 uşaq övladlığa verilib. "Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Övladlığa verilən uşaqlardan 45-i qız, 44-
00:19 129