COP29 zamanı Bakıda maşın sürmək qadağan ediləcək?
11-24 noyabr tarixlərində Bakıda beynəlxalq COP29 tədbiri keçiriləcək. Sözgügedən zaman kəsiyində tədbirlə əlaqədar, paytaxtda təxminən 90-100 min qonağın olacağı nəzərdə tutulur.
Bununla əlaqədar paytaxtın bəzi yollarında və ərazilərində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ehtimal edilir. Bir çoxları tədbir ərzində şəxsi avtomobillərlə Bakıya giriş-çıxışın da məhdudlaşdırılacağını düşünür. Bəs görəsən, sözügedən fikirlər doğrudurmu?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, COP29 zamanı paytaxtın bir sıra küçələri müvəqqəti olaraq bağlanacaq:
"COP29 tədbiri zamanı Bakının bir sıra küçələri müvəqqəti olaraq bağlanacaq. Çünki həmin küçələrdə əsasən, nəqliyyat şəbəkələri, xablar yaradılacaq. Bu ərazilər daha çox tədbir iştirakçılarının cəmləşdiyi yataqxanalara, yaşayış obyektlərinə yaxın olan yerlərdir. Təbiik ki, bu küçələr bağlandıqda, avtomobillərin hərəkəti də məhdudlaşdırılacaq".
Ekspert qeyd edib ki, paytaxtda giriş-çıxışlara isə məhdudiyyət tətbiq edilməyəcək:
"Bununla yanaşı, COP29-da nəqliyyatın hərəkətini sərbəst etmək üçün bildiyiniz kimi, xüsusi zolaqlar yaradılıb. Həmin zolaqlarla iştirakçıları daşıyan ekspress avtobuslar və digər nəqliyyat vasitələri hərəkət edəcək. Eyni zamanda tədbirlə bağlı qeydiyyatdan keçmiş yerli vətəndaşlar da həmin zolaqdan istifadə edə biləcəklər. Şəhərin mərkəzi küçələrində də avtomobillərin hərəkəti məhdudlaşdırıla bilər. Amma bu o demək deyil ki, Bakı şəhərin giriş-çıxışlarına minik avtomobillərinin hərəkətinə məhdudiyyət olsun".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3025 Tarix: 13 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya DW-ni "arzuolunmaz təşkilat" elan edib
Rusiya Dövlət Prokurorluğu Almaniyanın Deutsche Welle media qurumunu "arzuolunmaz təşkilat" kimi elan edib. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, bu qərar Rusiya Dumasının (parlamentin aşağı palatası) çağırışından sonra və Baş prokurorluğun dəstəyi ilə qəbul olunub. DW-nin Rusiyad
16.12.2025 228 Həmin atışmada yaralanan ikinci avtoritet də öldü
11 noyabrda Qondarma "Abxaziya Respublikası"nın Suxumi şəhərində baş vermiş atışma nəticəsində yaralanan ikinci şəxs Moskva klinikasında vəfat edib. xarici mediaya istinadla bildirir ki, Suxumi sakini olan 45 yaşlı avtoritet Almas Kvitsiniya ağır kəllə-beyin travması alıb. O, müalicə üçün Rusiyay
16.12.2025 287 ABŞ-da Yeni il gecəsi bombalı hücum planı: 4 nəfər saxlanılıb
ABŞ Ədliyyə Nazirliyi Yeni il gecəsi ABŞ-da yerləşən iki şirkətə qarşı bombalı hücumlar planlaşdırmaqda şübhəli bilinən dörd nəfərin saxlanıldığını açıqlayıb. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, bəyanatda deyilir ki, Kaliforniyanın Los-Anceles şəhərində şübhəlilər İmmiqrasiya və Gömrük Mühafizəs
16.12.2025 210 Naxçıvanda SİLSİLƏ ƏMƏLİYYATLAR: 85 nəfər tutuldu
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən son 1 ay ərzində muxtar respublikanın ayrı-ayrı şəhər, rayon və qəsəbələrində vətəndaş məmnunluğunun təmin edilməsi, cinayətkarlığın qarşının alınması və baş vermiş digər hüquqazidd əməllər törədən şəxslərin saxlanılara
16.12.2025 310 Pakistanda 5,2 bal gücündə zəlzələ baş verib
Pakistanın Bəlucistan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, Geo News-un Pakistan Meteorologiya Departamentinə istinadən verdiyi məlumata görə, episentri Bəlucistan əyalətinin Sommiani bölgəsində 5,2 bal gücündə zəlzələ qeydə alınıb. 12 kilometr dərinlikd
16.12.2025 236 Vardanyanın məhkəmə istintaqı yekunlaşdı
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə proses
16.12.2025 317 Tramp 6 yanvar çıxışının redaktəsinə görə BBC-ni milyardlarla dollarlıq məhkəməyə verib
ABŞ prezidenti Donald Tramp BBC-ni böhtan atmaqda ittiham edərək, tərəfdarlarını ABŞ Kapitolisinə basqın etməyə yönəltdiyini göstərən çıxışının redaktə edilmiş süjeti ilə bağlı məhkəməyə verib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bu, onun yalan və ya ədalətsiz hesab etdiyi media xəbərlərinə qarş
16.12.2025 359 3 qohumunun ölümünə səbəb olan sürücüyə - Bu cəza verildi
Kürdəmirdə 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində rayon sakini 1992-ci il təvəllüdlü Əflatun Əflan oğlu Umudova hökm oxunub. Bildirilib ki, hadisə ötə
16.12.2025 388 Bakcell texno-blogerlər üçün "Media Tech" təlimini həyata keçirdi
İnnovasiya lideri Bakcell-in rəqəmsal bacarıqların inkişafına yönəlmiş "MediaTech" layihəsi çərçivəsində təlim proqramı baş tutub. "Smart Nation" ilə birgə həyata keçirilən "MediaTech: Blog the Future" tədbiri ilk dəfə texno-blogerlər üçün nəzərdə tutulmuş innovativ məzmunl
16.12.2025 221