İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama
Samuxda vəzifəli şəxsə xəsarət yetirilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə dünən səhər saatlarında Samux şəhərinin ərazisində baş verib.
Vətən müharibəsi qazisi, Lək kənd sakini 2000-ci il təvəllüdlü Fərhad Ruhlan oğlu Abdullayev xuliqanlıq zəminində rayon icra başçısının müavini Tahir Qarayevin əlinə çəliklə vurub. O, daha sonra Samux Rayon İcra Hakimiyyətinə məxsus "Haval" markalı 51-AC-001 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq şüşəsini sındırıb.
Məsələ ilə əlaqədar Samux Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun Hüquq şöbəsinin müdiri Azər Nəsibov sorğumuza cavab olaraq bildirdi ki, hadisə ötən gün saat 11 radələrində Samux şəhər Şəhidlər Kompleksində aparılan təmir zamanı qeydə alınıb: "Fərhad Abdullayev adlı şəxs rayon icra başçısının müavini Tahir Qarayevə yaxınlaşıb və qaz çəklişi ilə bağlı müraciət edib. Yaşadığı Lək kəndində bəzi küçələrə çəkiliş edilir və vətəndaş bundan narazılıq edib ki, niyə gecikir. Ona məlumat verilib ki, qısa müddətdə, qış mövsümü başlayana qədər qazla təmin olunacaqlar. Yəni layihədə necə nəzərdə tutulubsa, hamısı qrafikə uyğun şəkildə həyata keçiriləcək.
Bu məsələdən sonra o, bu dəfə qaz sobası istəyib. Ona "ceyran peçi" adlanan soba alınıb verilib. Vətəndaş bundan da narazı qalıb və "İran peçi" istəyib. Bu dəfə də elə onun yanında Tahir Qarayev Lək kənd icra nümayəndəsi Xəyal müəllimə zəng vurub. Telefon mikrafonda da olub və tapşırıq verilib ki, Fərhad "İran peçi" ilə təmin olunsun. Bu zaman Fərhad Tahir Qarayevin əlindən telefonu alaraq Xəyal müəllimi söyüb. Orada öz qardaşı və fəhlələr də olub, hamı bunu eşidib. Tahir müəllim də Fərhada bildirib ki, "belə olmaz, sənin xahişini edirik, sən isə belə hərəkət edirsən, söyüş söyürsən". Fərhad bu dəfə də gedib dövlətin xidməti maşınına zərər yetirib. Tahir müəllim ona mane olmaq istəyəndə əlindəki əsa ilə ona zərbələr endirib.
Fərhad Abdullayev bizim ən çox yardım etdiyimiz qazidir. Onun bütün istəklərini həmişə yerinə yetirmişik. Hətta kiminsə problemi ilə bağlı bizə müraciət edibsə, bunu da həll etmişik. Hazırda öz qardaşı da etiraf edir ki, Fərhad günahkardır. Hadisə zamanı hətta bıçaq da çıxarıb. Qardaşı mane olub və bıçaq onun əlindən düşüb".
Hadisə ilə bağlı araşdırma aparılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1034 Tarix: 10 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşParisdə keçiriləcək sammit başlamamışdan "Makronun ən pis tədbiri" adlandırıldı
Parisdə planlaşdırılan qarşıdakı kosmik sammitin Fransa Prezidenti Emmanuel Makronun təşkilatçılığı ilə keçirilən ən uğursuz tədbir olacağı artıq qəbul edilib. xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. Altı iştirakçının bildirdiyinə görə, tədbir təşkilati baxımdan xaos içərisindədir
05.09.2026 159 Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN
Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barəd
00:13 93 On bir gün sonra möcüzə: Nepal fəlakətindən daha bir nəfər sağ tapıldı
Nepalın Bhote-Koşi çayında baş verən dağıdıcı daşqınlardan sonra Rasuva dairəsində inşası davam edən "Upper Trişuli" su elektrik stansiyasının tunelində əcnəbi vətəndaş aşkar edilib. xəbər verir ki, bu barədə Nepal ordusu "X" sosial şəbəkəsində məlumat yayıb. Hərbçilərin bir kişiy
05.09.2026 177 Məşhur türkiyəli aktyor evində ÖLÜ TAPILDI
Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. "Sözcu" qəzetinə istinadən xəbər verir ki, aktyordan sentyabrın 4-dən etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gedib. Qapını döysə də, cavab almadıqdan sonra özündə olan açarla mənzilə daxi
05.09.2026 354 Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Yasamal Rayonu İ.Talıblı küçəsinin sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə rayon polis idarəsinin 29-cu Polis Şöbəsinə şikayət daxil olub. Ş.Məmmədovun həyat yoldaşı və qayınatas
05.09.2026 153 Bakıda mal əti bahalaşdı - YENİ QİYMƏT
Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. BİG.AZ "Unikal"a istinadən xəbər verir ki, sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb. Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər
05.09.2026 260 Milyonlarla mobil telefon İŞLƏMƏYƏCƏK: Cəmi bir neçə gün qaldı
Türkiyədə qeydiyyatdan keçirilməyən telefonların istifadə müddəti başa çatır və bu cihazlar hər an rabitəyə bağlana bilər. xəbər verir ki, ölkədəki yüksək qiymətlərə görə telefon almaq istəməyənlər xaricdən gətirdikləri cihazlardan bir təqvim ili ərzində 4 ay boyunca istifadə edə bilirlər. Lakin telefond
00:14 106 Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi - ŞAD XƏBƏR
Azərbaycanda ictimai nəqliyyatda "brutto müqavilə" modelinin tətbiqinə başlanması sərnişindaşıma sistemində mühüm dəyişikliklərdən biridir. Yeni modelin əsas fərqi ondan ibarətdir ki, daşıyıcının gəliri yalnız avtobusa neçə sərnişin mindiyindən asılı olmayacaq. Daşıyıcı əvvəlcədən müəyyən edilmi
00:17 212 Azərbaycanda toylar üçün YENİ ŞƏRTLƏR - 2 saat, maksimum 100 nəfər!
Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov "Yeni Sabah"a açıqlamasında bildirib ki, toy xərcləri artıq yalnız məclisə yazılan pullarl
00:27 126