"Repititorluğu inkişaf etdirən səbəblərdən biri Dövlət İmtahan Mərkəzinin hazırda keçirdiyi test mexanizmidir" - AÇIQLAMA
Müəllimlərin bir çoxu repititorluq etdikləri üçün məktəbdə dərsləri uşaqlara öyrətmək istəmirlər. Bu cür müəllimlərin bir məqsədi olur: "Hazırlığıma gələr öyrədərəm".
Bəs görəsən Azərbaycan təhsili repititora ehtiyac olmayacaq səviyyədə inkişaf edəcəkmi?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, ölkədə repititorluğu yaradan səbəblər aradan qalxmadığı təqdirdə, repititor daimi olacaq.
"Repititor olması əslində qorxulu hal deyil. Sadəcə heç bir ölkədə bizdə olduğu qədər geniş yayılmayıb. Bu hal təhsil sistemi üçün çox qorxuludur.
Bu gün repititorluğu inkişaf etdirən səbəblərdən biri Dövlət İmtahan Mərkəzinin hazırda keçirdiyi test mexanizmidir.
Bundan başqa əsas məsələlərdən biri müəllimin əməkhaqqı məsələsidir. Nəzərə alaq ki, bu məsələ tez-tez qabardılır. Baxmayaraq ki, müstəqil olduğumuz dövürdən bu yana ən çox diqqət müəllimlərin əmək haqqısına yönəlib. Lakin bu halda müəllimlərin əmək haqqısının diferensiallaşmış sitemə keçirilməsi lazımdır. Yəni hər bir müəllimin əldə etdiyi nəticələrə görə ona əmək haqqı verilməlidir.
Bu gün Azərbaycanda repititorla bağlı lisenziyalaşma sistemi yaradılmalıdır. Hər müəllim repititorluq edə bilməz. Bunun üçün lisenziya alınmalıdır. Müəllimin fiziki, psixoloji və mənivi xüsusiyyətləri yoxlanılmalıdır. Ondan sonra bilik və bacarıqları yoxlanaraq müəyyən müddət üçün lisenziya verilməlidir. Eyni zamanda repititorların dərs keçdiyi yerlərdə sanitar gigiyenik qaydalara riayət edilməlidir. Amma biz bu gün buna əməl edirik mi? 10-15 kvadrat metrlik otaqlarda repititorluq edilir. Bu nə dərəcədə doğrudur?
Unutmayaq ki, repititorluğun ziyan gətirdiyi amillərdən biri də ailə büdcəsidir. Bu halda bəzi ailələrin rifah halı aşağı düşür. Repititorluğa cəlb olunan şagirdlərin çoxu böyük psixoloji sarsıntılarla üzləşirlər. Şagirdlər normal yuxu yata bilmirlər. Onlarda əsəb sistemi pozulur və dözümsüzlük əmələ gəlir. Ona görə də cəmiyyətdə aqressivlik yaranır."
Elşən Qafarov qeyd etdi ki, repititorluğun bu qədər inkişaf etməməsi üçün məktəbdənkənar fəaliyyət genişləndirilməlidir. Bunun üçün ölkənin hər yerində məktəbyanı ərazilərdə müəssisələr tikilməlidir. Şagirdlərin gündəlik dərslərə hazırlığı bu müəssisələrdə həyata keçirilməlidir. Burada uşaqların iştirakı icbari xarakter almalıdır. Nəticə etibarı ilə təhsili, təhsilalan üçün bir yük səviyyəsinə gətirməli deyilik. Təhsil şagirdlər üçün şəxsi inkişafın bir vasitəsi olmalıdır:
"Biz illərdir təhsil islahatı aparırıq. İslahat adı altında dövlət büdcəsindən milyonlar xərclənir. Amma realda isə təhsil islahatını biz görmürük. İstənilən halda nəticələr var. Amma səmərəlilik varmı? Bax bu saulın cavabı açıq qalır. Bizim islahat aparmaqda məqsədimizə nail ola bilirikmi? Yox!
Nə qədər ki, sözün əsl mənasında təhsil islahatı ölkədə getmir, ancaq rəqəmlərin dalınca qaçırıq, dövlət imtahan mərkəzi xeyirsiz müxanizim qurur, bu repititorluq arzu olunmaz şəkildə davam edəcəkdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2329 Tarix: 07 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN
Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barəd
00:13 93 Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi - ŞAD XƏBƏR
Azərbaycanda ictimai nəqliyyatda "brutto müqavilə" modelinin tətbiqinə başlanması sərnişindaşıma sistemində mühüm dəyişikliklərdən biridir. Yeni modelin əsas fərqi ondan ibarətdir ki, daşıyıcının gəliri yalnız avtobusa neçə sərnişin mindiyindən asılı olmayacaq. Daşıyıcı əvvəlcədən müəyyən edilmi
00:17 212 Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Şuşaya səfər edən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər. Bu barədə Baku TV süjet hazırlayıb. Süjetdə bildirilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi belə halların ilk olmadığını, maarifləndirmə və cərimələrin nəticə vermədiyini qeyd edir
05.09.2026 211 Bakıda mal əti bahalaşdı - YENİ QİYMƏT
Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. BİG.AZ "Unikal"a istinadən xəbər verir ki, sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb. Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər
05.09.2026 260 Pensiyalar gələn il KƏSKİN ARTACAQ: Məbləğ açıqlandı - BÖYÜK MÜJDƏ
Yeni ilin ilk ayında pensiyaçılara veriləcək artımla bağlı gözləntilər artıq indidən formalaşmağa başlayıb. Hazırkı göstəricilər və əməkhaqqı dinamikası 2027-ci ilin yanvarında əmək pensiyalarının nəzərəçarpacaq dərəcədə artırıla biləcəyini deməyə əsas verir. Hətta ilkin hesablamalarda indeksasiyanı
00:07 103 Bu ailələrə hər ay 600 manat veriləcək - Nazirlik MƏLUMAT YAYDI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin ötən dövründə 89 uşaq övladlığa verilib. "Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Övladlığa verilən uşaqlardan 45-i qız, 44-
00:19 129 Nazir müavini ilə bağlı şayiələr yayıldı - Pentaqon rəhbərliyində nə baş verir?
Pentaqonun rəhbərliyində hərb naziri Pit Heqsetin dövründə başlayan istefalar dalğasının ardınca yeni kadr islahatlarının gözlənildiyi bildirilir. xəbər verir ki, bu barədə "Reuters" agentliyi üç fərqli mənbəyə əsaslanaraq məlumat yayıb. Bildirilib ki, qurum artıq nazir müavini Stiv Feynberqi
05.09.2026 135 Ötən gün borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 149 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, cümlədən borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib
05.09.2026 164 Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ - Rəqəm açıqlandı
Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonund
00:21 106