Bakıda məşhur restoranda şaurmanın içərisindən qayka ÇIXDI

Bakıda məşhur restoranda şaurmanın içərisindən qayka ÇIXDI"Shaurma N1" restoranlar şəbəkəsinin Nizami filialında xoşagəlməz hal yaşanıb. Belə ki, restoranlar şəbəkəsinin əsas yeməyi olan şaurmanın içərisindən qayka çıxıb.

Bu barədə Oxu.Az-a vətəndaş şikayəti daxil olub.

Şikayətçi Müşfiq İbrahimov saytımıza açıqlamasında bu fikirləri səsləndirib:

"Mən Polşada Azərbaycan Evinin layihələrinin idarəolunması üzrə rəhbəriyəm. Bakıya gəzməyə gəlmişəm. Dünən axşamüstü nişanlımla sözügedən restoranlar şəbəkəsinin Nizami küçəsindəki filialında əyləşdik. Göbələk şorbası, lahmacun və şaurma sifariş etdik. Nişanlım yeməyə başlayarkən şaurmanın içərisindən qayka çıxdı. Dişi qırıla və ya paslı qaykadan zəhərlənmə baş verə bilərdi. Tez fotosunu çəkdik ki, sonradan "şər atırlar" deməsinlər. Müvafiq məsul şəxsi çağırdıq, məlumat verdik. Ancaq o, çox yumşaq formada üzr istədi, təsadüf olduğunu dedi. Kompensasiya, filan da təklifi olmadı, söhbət heç ödənişdə də deyil. Sadəcə, müştəriyə yanaşmaq, səhvlərini qəbul etmək strategiyaları da yanlışdır. Orada qeyd etdim ki, yemək sektorunda səhvi qəbul etmirəm. Çünki söhbət minlərlə insanın sağlamlığından gedir".

"Shaurma N1" restoranlar şəbəkəsi sorğumuzu belə cavablandırıb: "Kameraları açıb araşdıracağıq, müvafiq addım atılacaq".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan məsələ nəzarətə götürülüb, araşdırmalara başlanılıb:

"İstehlakçılar qida məhsulları ilə bağlı qarşılaşdıqları xoşagəlməz hallarla bağlı Qida Təhlükəsizliyi Agentliyinin "1003" qaynar xəttinə məlumat verməlidirlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırılaraq qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək".

Bakıda məşhur restoranda şaurmanın içərisindən qayka ÇIXDIBakıda məşhur restoranda şaurmanın içərisindən qayka ÇIXDIBakıda məşhur restoranda şaurmanın içərisindən qayka ÇIXDI


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 802   Tarix: 07 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yoxsulluq, atasının gedişi, bacısının ölümü - Yan Diomandenin Avropa yolu

Azarkeşlər futbolçuları əsasən meydandakı çıxışları, vurduqları qollar və qazandıqları titullarla tanıyırlar. Ancaq hər uğurlu karyeranın arxasında çətin uşaqlıq illəri, ailə hekayələri, qarşılaşılan maneələr və böyük zəhmət dayanır. -ın yeni "Həyatın oyunçuları" rubrikasında dünya futbolunu

18:45 185
.

"Yazırlar ki, "nə boydadır?"

Aparıcı Aytən Səfərova artıq çəkisi ilə bağlı səhhətində problemlər yaşadığını açıqlayıb. Axşam.az xəbər verir ki, aparıcı son günlər görünüşü bağlı ünvanına yazılan mənfi şərhlərə münasibət bildirib:. "Çox adam paylaşdığım videoda yazır ki, "Ay, bu nə boydadır. Bəli, o boyda olmasam, mən niy

17:09 248
.

İordaniya ordusu İrandan atılan üç raketi vurduğunu bildirib

İordaniya ordusu, dövlət xəbər agentliyi Petra tərəfindən dərc edilən açıqlamada, çərşənbə günü səhər saatlarında İrandan atılan üç raketi hava hücumundan müdafiə sistemlərinin ələ keçirdiyini və vurduğunu bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, açıqlamada deyilir ki, ölən və ya xəsarət ala

12:02 171
.

Kamçatka sahillərində iki güclü zəlzələ baş verdi

Rusiyanın Kamçatka sahillərində 6,0 və 5,7 maqnitudalı iki zəlzələ qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Məlumata görə, ilk zəlzələ Avaça körfəzinin akvatoriyasında baş verib. Zəlzələnin ocağı 64,6 kilometr dərinlikdə, episentr

20:45 120
.

Britaniya İran diplomatını XİN-ə çağırdı

Böyük Britaniya Xarici İşlər Nazirliyi İranın müvəqqəti işlər vəkili Əli Nəsimfəri çağırıb. xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. "Xarici işlər nazirinin tapşırığı ilə bu gün İran İslam Respublikasının Böyük Britaniyadakı müvəqqəti işlər vəkili nazirliyə çağırılıb

22:00 56
.

44 yaşlı müəllim vəfat etdi

Gəncə Dövlət Universitetinin baş müəllimi Kəmalə İsayeva vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 44 yaşında beyin qansızması nəticəsində dünyasını dəyişib. K.İsayeva bakalavr və magistr təhsilini GDU-da alıb. 2004-cü ildən universitetdə müəllim işləyib. 2009-cu ildən isə GDU-nun baş müəllim

22:26 0
.

Dünyada bu ilin ən yüksək temperaturu qeydə alındı - 51,5 dərəcə

2026-cı ildə dünyada ən yüksək temperatur qeydə alınıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, İranda həddindən artıq temperatur qeydə alınıb. İyulun 12-də Delhoran şəhərində 51,5C isti olub. Bu, 2026-cı ildə dünyada ən yüksək temperatur hesab edilib. Xəbər verilir ki, iyulun 14-də İran rəsmilər

19:00 179
.

Samuxda kütləvi zəhərlənmə - Yenilənib

Samuxda zəhərlənmə hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. Belə ki, 10-dan çox şəxs qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. *. İlkin məlumata görə, 10-dan çox şəxs qida zəhərlənməsi diaqnozu ilə Gəncə Birləşmiş Xəstəxanasını

17:45 191
.

Sakinlər mərasim evindən narazıdır - Sahibkar "Mən ağlamağa icazə vermirəm" deyir

Sumqayıtda yerləşən "Levent 2" yaşayış kompleksinin sakinləri binanın aşağı hissəsində mərasim evinin açılmasından narazıdır. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Baku TV"yə danışan şikayətçi Könül Əhmədova düşünür ki, yaşayış binasında yas mərasimlərinin keçirilməs

12:16 268
.

TOP MP3