Sənədsiz evlərə "kupça" almaq asanlaşır?

Sənədsiz evlərə "kupça" almaq asanlaşır?Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda, xüsusilə Bakı və Abşeron ərazilərində çıxarışı olmayan yüzminlərlə fərdi yaşayış evi mövcuddur. Ekspertlərin sözlərinə əsasən, bu evlərə sənəd verilməməsinin əsas səbəblərindən biri onların yaşayış məntəqələri deyil, kənd təsərrüfatı və ya digər təyinatlı torpaq sahələrində tikilməsidir.

Ölkə başçısının 28 sentyabr 2024-cü il tarixli fərmanı ilə "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları" təsdiq olunub. Maraqlıdır, bu qayda sənədsiz ev probleminin həll olunmasına imkan verə bilər?

"Qafqazinfo"nun məlumatına görə, Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli qərarı ilə təsdiq edilmiş "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nda torpağın bir kateqoriyadan digərinə keçirilməsinin əsaslarından biri də yeni yaşayış məhəllələrinin salınması və ya mövcud yaşayış məntəqələrinin inkişaf etdirilməsi məqsədilə əlavə torpaq sahələrinin ayrılması idi.

Sənədsiz evlərə "kupça" almaq asanlaşır?Lakin yeni Qaydaların 2.1-ci bəndində torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin daha geniş əsasları müəyyən olunub. Onlardan biri də yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi zərurətidir.

Eyni zamanda, yaşayış məntəqəsinin inzibati sərhədlərinə daxil olmayan kateqoriyası dəyişdirilməli torpaq sahəsində tikinti niyyəti həyata keçirildiyi halda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verilməsinin mümkünlüyü barədə rəy verməlidir. Rəyin tikintiyə icazənin ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara uyğunluğuna dair olması nəzərdə tutulub.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev hesab edir ki, müəyyən torpaqların təyinatlarının dəyişdirilərək yaşayış məntəqələri təyinatlı torpaqlara çevrilməsindən sonra onların üzərində tikilən evlərə də çıxarışların verilməsi mümkün olacaq. Ekspert "Qafqazinfo"ya bildirib ki, indiyədək bu istiqamətdə müəyyən addımlar atılsa da, uzun illərdir bu prosesin həyata keçirilə bilinməməsinə əsas səbəb bu qaydaların olmaması idi.

Bununla belə, ekspert belə qənaətdədir ki, bir çox ərazilərdə tikilmiş yaşayış massivləri var ki, onlar qadağan olunmuş ərazilərdə salındığına görə həmin əmlaklara çıxarışların verilməsi mümkün deyil.

Sənədsiz evlərə "kupça" almaq asanlaşır?Bəs torpaqların təyinatı necə dəyişdiriləcək?

Yeni qaydalara görə, torpağın mülkiyyətçisi torpaqların bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı həmin torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya, keçirilməsi nəzərdə tutulan kateqoriya, keçirilmənin əsaslandırılması və digər məlumatlar aydın göstərilməklə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməlidir. Müraciətə, həmçinin qanunvericilikdə müəyyən olunan digər sənədlər əlavə olunmalıdır.

Əmlak Məsələləri Dövlət Xidməti müraciətə dair sənədlərin və məlumatların tamlığını, habelə torpaq sahəsinin keçirilməsi təklif edilən kateqoriya üzrə istifadəsinin mümkünlüyünü və digər məlumatların düzgünlüyünü yoxlayacaq. Müraciətdə və ona əlavə olunan sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə, qurum 3 iş günündən gec olmayaraq Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Kənd Təsərrüfatı, İqtisadiyyat nazirliklərinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, habelə mənafeyinə toxunulan aidiyyəti dövlət orqanlarının rəylərinin alınması üçün müraciət edəcək. Aidiyyəti dövlət orqanları 10 iş günü müddətində rəylərini bildirməlidirlər. Göstərilən müddətdə rəylər təqdim edilmədikdə, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi aidiyyəti dövlət orqanı ilə razılaşdırılmış hesab olunur.

Sənədsiz evlərə "kupça" almaq asanlaşır?Daha sonra Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 15 iş günü müddətində torpaq sahəsinin yerquruluşu qaydasında iki nüsxədən ibarət kağız üzərində və elektron daşıyıcıda yerquruluşu xəritəsi hazırlanacaq. Xəritə müvafiq yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə və aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı və təsdiq edilməlidir. Yerquluşu xəritəsi müraciət və ona əlavə edilən sənədlərlə birlikdə İqtisadiyyat Nazirliyinə təqdim olunacaq.

İqtisadiyyat Nazirliyi isə yerquruluşu xəritəsinin bir nüsxəsini, müraciəti və ona əlavə olunan digər sənədləri 10 iş günü müddətində Nazirlər Kabinetinə təqdim edəcək. Nazirlər Kabineti tərəfindən qərar qəbul edildiyi halda, onun surəti Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olduqdan sonra dövlət torpaq kadastrında 2 iş günü müddətində dəyişikliklər ediləcək və bu barədə müraciət edən subyektə 3 iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat veriləcək.

Qanunvericilikdə müəyyən edilmiş qaydada və müddətdə müraciət edən subyektin ərizəsi əsasında bu dəyişikliklər daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınacaq.Torpaq sahəsinin bir kateqoriyadan digərinə keçirilməsi prosesi dövlət torpaq kadastrında və daşınmaz əmlakın dövlət reyestrində bu barədə zəruri dəyişikliklər edildikdən sonra başa çatmış olacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 978   Tarix: 07 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İntensiv yağışlardan daha təhlükəli havalar başlayır - Azərbaycan hazır olmalıdır

İqlim dəyişiklikləri ilə bağlı yeni araşdırma narahatedici nəticələr ortaya qoyub. Məlumata görə, son 40 ildə "El-Nino" hadisəsinin intensivliyi təxminən 40 faiz artıb və bunun əsas səbəblərindən biri qlobal istiləşmədir. Planetimizi və Azərbaycanı nə gözləyir?. Bu barədə -a "Səma və Eko"

00:25 106
.

Bu ailələrə hər ay 600 manat veriləcək - Nazirlik MƏLUMAT YAYDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin ötən dövründə 89 uşaq övladlığa verilib. "Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Övladlığa verilən uşaqlardan 45-i qız, 44-

00:19 129
.

Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yaşayış məntəqəsini nəzarət altına alıb. -ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya qoşunları Donetsk vilayətində Kurtovka yaşayış məntəqəsinə nəzarəti ələ keçirib

05.09.2026 168
.

Səfir: Bakıda Ruanda Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulur

Bakıda 2027-ci ildə Ruanda Mədəniyyəti Günlərinin təşkili nəzərdə tutulub. Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində rezidensiyası Ankarada olan Ruandanın Azərbaycandakı səfiri Çarlz Kayonqa deyib. Diplomat iki ölkə arasında qarşılıqlı səfərlər planına toxunaraq bildirib ki, dəqiq tarixlə

05.09.2026 162
.

Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalı xərcini 15 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 127,372 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur. Avqustd

05.09.2026 142
.

Pensiyalar gələn il KƏSKİN ARTACAQ: Məbləğ açıqlandı - BÖYÜK MÜJDƏ

Yeni ilin ilk ayında pensiyaçılara veriləcək artımla bağlı gözləntilər artıq indidən formalaşmağa başlayıb. Hazırkı göstəricilər və əməkhaqqı dinamikası 2027-ci ilin yanvarında əmək pensiyalarının nəzərəçarpacaq dərəcədə artırıla biləcəyini deməyə əsas verir. Hətta ilkin hesablamalarda indeksasiyanı

00:07 103
.

3 övladı olan ailələrə müavinət verilə bilər - YENİ AÇIQLAMA

"Çoxuşaqlı ailə anlayışının yenidən nəzərdən keçirilməsi və bu kateqoriyaya aid uşaqların sayının beşdən üçə endirilməsi ilə bağlı təkliflər Milli Məclisə təqdim olunub". Bunu -ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. Onu

00:11 114
.

Girne sahillərində gəmi faciəsi: Daha bir cəsəd tapıldı, ölənlərin sayı artdı

Avqustun 30-da Şimali Kipr Türk Respublikasının Girne sahillərində "Filo Jet" adlı sərnişin gəmisinin batması nəticəsində itkin düşən şəxslərin axtarışları davam etdirilir. Axtarışlar zamanı daha bir nəfərin cəsədi tapılıb. -ın "TRT Haber" nəşrinə istinadən xəbərinə görə, bu barəd

05.09.2026 175
.

Bakıda mal əti bahalaşdı - YENİ QİYMƏT

Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. BİG.AZ "Unikal"a istinadən xəbər verir ki, sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb. Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər

05.09.2026 260
.