"Mən hara, rayon hara?" - İki mindən artıq müəllim yeri niyə boş qalır? - ARAŞDIRMA

"Mən hara, rayon hara?" - İki mindən artıq müəllim yeri niyə boş qalır? - ARAŞDIRMA"Aktrisanın təbəssümü" televiziya filmi 1974-cü ildə çəkilib. Xalq artisti Nəsibə Zeynalovaya həsr olunan bioqrafik komediyanın süjet xəttində yer alan hadisə üstündən əlli il keçsə də, günümüzü olduğu kimi əks etdirir: aktrisanın ali məktəbi bitirib Masallıya təyinat alan qızı "Mən hara, rayon hara?" , - deyə göz yaşları içində rayon məktəbində işləməkdən imtina edir. Rayonda işləməyə təkcə ali məktəbi bitirən gənc qız deyil, anası və qohumları da kəskin etiraz edirlər.

Bu günlərdə "Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 2 mindən artıq yerin 3 ildir seçilməməsi" ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin açıqlaması da bu tip yanaşmaların yaratdığı problemdir. Belə ki, MİQ imtahanının nəticələrinə görə, artıq illərdir yüksək nəticə göstərən müəllimlər Bakı və ətraf ərazilərdəki məktəblərə üstünlük verirlər. Vakant yerlər isə ucqar rayonlarda olan məktəbləri və rus bölməsindəki bəzi fənləri əhatə edir: "Ən azından 40 balı keçən namizədlər həmin 2 min vakant yerə müraciət etsə idilər, işə qəbul oluna bilərdilər. Təcrübə göstərir ki, bu müəllimlərdən yüksək bal toplayanlar Bakı şəhərində, daha az bal toplayanlar isə bölgələrdə fəaliyyətə başlayır və ya bölgələrdəki vakant yerlərini seçən şəxslər sonradan həmin iş yerindən imtina edirlər".

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Xatırladaq ki, dövlət ucqar rayonlarda çalışan müəllimlər üçün müxtəlif güzəştlər tətbiq edib. Bəs müəllimləri ucqar kəndlərdən və bölgələrdən qaçmağa nə məcbur edir?

Məsələyə münasibətdə ekspertlərin fikirləri də maraq doğurur:

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Pərvanə Bayramova hesab edir ki, ilk növbədə müəllimləri bölgələrə getməyə həvəsləndirən sosial imtiyaz paketləri olmalıdır: "Bu problem hər zaman var və kompleks yanaşma tələb edir. Həvəsləndirici paketlər olmalıdır ki, gənc qadınlar və ailə cütlükləri ucqar məktəblərdə işləməyə getsinlər. Digər tərəfdən, bölgələrdə çalışan müəllimlərin özlərini inkişaf etdirmələrinə dəstək olunmalıdır". İctimai Şura üzvünün fikrincə, hələ tələbəlik dövründə regionlarda işləmək mədəniyyətini gənclərdə inkişaf etdirmək lazımdır: "Hesab edirəm ki, ali məktəblərdə tələbələr müəllim kimi hazırlanan vaxt bu mədəniyyət də onlarda formalaşmalıdır ki, onlar ucqar yerlərdə işləməkdən imtina etməsinlər. Yerlərdə qazanılan təcrübənin daha əhəmiyyətli olduğunu onlara başa salmaq lazımdır".

"Müəllimlərin böyük əksəriyyəti qadınlardır. Xüsusən də, gənc və yeni ailə quran qadınlar üçün ucqar kəndlərdə işləmək ciddi problem yaradır. Bəzən ailələri və valideynləri icazə vermir. Kişi müəllimlər isə yüksək əmək haqqı marağındadırlar" , - deyə Əməkdar müəllim, Amonaşvili Humanist Pedaqogika Akademiyasının professoru Asif Cahangirov məsələyə münasibət bildirib.

Ekspert hesab edir ki, Elm və Təhsil Nazirliyi ucqar kəndlərdə və ümumən kənd yerlərində işləyən müəllimlər və təhsil işçiləri haqqında ciddi düşünməlidir. Yeni seçilmiş Milli Məclis isə bunun qanunvericilik bazasını müəyyənləşdirməlidir: "Yerli sakin olmayan müəllimlər üçün əhəmiyyətli dərəcədə həvəsləndirici tədbirlər nəzərdə tutulmalıdır. Hesab edirəm ki, onların əməkhaqqı bir neçə dəfə artırılmalı, sosial imtiyazlar müəyyən olunmalıdır. Mənzil şəraiti ilə bağlı məsələlər də həll olunmalıdır. Əgər bu məsələlər həll olunsa, sözsüz ki, yüksək bal toplayan müəllimlərin bir qismi kənddə, rayonda işləməyə həvəsli olarlar".

Ekspertin fikrincə, ümumi təhsilin keyfiyyəti baxımından hazırda Azərbaycanda ən vacib problemlərdən biri kənd məktəbləri ilə şəhər məktəbləri arasındakı kəskin fərqin aradan qaldırılmasıdır: "Təsəvvür edin, Finlandiyada kənd məktəbləri ilə şəhər məktəbləri arasında keyfiyyət baxımından fərq cəmi 7 faiz təşkil edir. Bir neçə il əvvəl inkişaf etmiş Almaniyada bu fərq 42-47 faiz təşkil edirdi. Bizdə, bəlkə də, bu fərq 80 faizdən də çoxdur. Kənd məktəblərində nə qədər yüksək intellektli şagirdlərin istedadı məhv olur, çünki onlar keyfiyyətli təhsil görmürlər. O məktəblərdə zəif müəllimlərin sayı həddindən artıq çoxdur. Həmin məktəblərə güclü müəllimlər göndərilməlidir. Bunun üçün kənd yerlərinə müasir hazırlığa malik müəllimlər getməli və onların fəaliyyəti əhəmiyyətli dərəcədə stimullaşdırılmalıdır".

ADPU-nun Məktəbəqədər Təhsilin Pedaqogikası kafedrasının baş müəllimi Xalidə Həmidova hesab edir ki, gənclər ali məktəbi bitirdikdən sonra çox vaxt paytaxtın ab-havasından qopmaq, şəhərdən getmək istəmirlər: "Biz tələbələrə bu sualı verəndə çoxunda Bakıda qalma həvəsinin olduğunu müşahidə edirik. Rayonlarda iş yerlərinin az olması və ya prioritetli olmamasını bildirir, bu istiqamətdə inkişafın o qədər də fayda verməyəcəyini düşünüb getmək istəmirlər. Bəziləri magistratura təhsilini davam etdirmək üçün qalır. Ondan sonra da regionlara geri dönmək istəmirlər. Bu da nəinki bağça və məktəblərdə, ümumiyyətlə bir çox sahələrdə problemlər yaradır". X.Həmidova hesab edir ki, bu məsələdə "regionlarda müəllim nə qədər inkişaf edə bilir?", "prosesdə nə qədər faydalı ola bilir?" kimi inkişaf tendensiyasına baxmaq lazımdır. Həmçinin, sosial imtiyazlara nəzər salmağa da ehtiyac var: "Müəyyən güzəştlər olmalıdır. Hesab edirəm ki, regionlardakı məktəblərin inkişaf tendensiyası artırılsa, oradakı şərait düzəlsə, işləmək istəyənlər olacaq. Bilirsiniz ki, ucqar kəndlərdə məktəblərin çoxunda şərait yoxdur. Onlar üçün şərait yaradılsa, inkişafları üçün təlimlər keçirilsə, konfranslar və s. təşkil olunsa, problemin həllində daha uğurlu nəticə əldə etmiş olarıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1115   Tarix: 06 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN

Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barəd

00:13 93
.

Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi - ŞAD XƏBƏR

Azərbaycanda ictimai nəqliyyatda "brutto müqavilə" modelinin tətbiqinə başlanması sərnişindaşıma sistemində mühüm dəyişikliklərdən biridir. Yeni modelin əsas fərqi ondan ibarətdir ki, daşıyıcının gəliri yalnız avtobusa neçə sərnişin mindiyindən asılı olmayacaq. Daşıyıcı əvvəlcədən müəyyən edilmi

00:17 212
.

Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO

Şuşaya səfər edən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər. Bu barədə Baku TV süjet hazırlayıb. Süjetdə bildirilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi belə halların ilk olmadığını, maarifləndirmə və cərimələrin nəticə vermədiyini qeyd edir

05.09.2026 211
.

Bakıda mal əti bahalaşdı - YENİ QİYMƏT

Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. BİG.AZ "Unikal"a istinadən xəbər verir ki, sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb. Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər

05.09.2026 260
.

Pensiyalar gələn il KƏSKİN ARTACAQ: Məbləğ açıqlandı - BÖYÜK MÜJDƏ

Yeni ilin ilk ayında pensiyaçılara veriləcək artımla bağlı gözləntilər artıq indidən formalaşmağa başlayıb. Hazırkı göstəricilər və əməkhaqqı dinamikası 2027-ci ilin yanvarında əmək pensiyalarının nəzərəçarpacaq dərəcədə artırıla biləcəyini deməyə əsas verir. Hətta ilkin hesablamalarda indeksasiyanı

00:07 103
.

Bu ailələrə hər ay 600 manat veriləcək - Nazirlik MƏLUMAT YAYDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin ötən dövründə 89 uşaq övladlığa verilib. "Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Övladlığa verilən uşaqlardan 45-i qız, 44-

00:19 129
.

Nazir müavini ilə bağlı şayiələr yayıldı - Pentaqon rəhbərliyində nə baş verir?

Pentaqonun rəhbərliyində hərb naziri Pit Heqsetin dövründə başlayan istefalar dalğasının ardınca yeni kadr islahatlarının gözlənildiyi bildirilir. xəbər verir ki, bu barədə "Reuters" agentliyi üç fərqli mənbəyə əsaslanaraq məlumat yayıb. Bildirilib ki, qurum artıq nazir müavini Stiv Feynberqi

05.09.2026 135
.

Ötən gün borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılıb

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 149 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, cümlədən borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

05.09.2026 164
.

Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ - Rəqəm açıqlandı

Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonund

00:21 106
.