WP: "Mossad" "Hizbullah"ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırdı
İsrailin kəşfiyyat xidməti "Mossad" Livanın "Hizbullah" hərəkatının rabitə cihazlarını partlatmaq əməliyyatını iki ildən çox planlaşdırıb.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti Amerika, İsrail və Yaxın Şərq mənbələrinə istinadən məlumat yayıb.
Eyni zamanda, ilk minalanmış ratsiyalar Livanda hələ 2015-ci ildə peyda olub.
WP-nin yazdığına görə, "Hizbullah" bir neçə il ərzində böyük batareyalı, gizli partlayıcı və dinləmə sistemi olan ratsiyaları istifadə edib. Güman edilirdi ki, ratsiyalar "gələcək böhran zamanı" partladıla bilər. Daha sonra "Mossad" bu məqsədlər üçün güclü partlayıcı ilə təchiz edilmiş daha kompakt peycerlərdən istifadə etməyi qərara alıb.
WP mənbələrinin məlumatına görə, bu ideya 2022-ci ildə yaranıb. "Hizbullah" İsrail və ya onun müttəfiqlərindən cihazlar almayacağı üçün "Mossad" maskalama kimi Tayvanın "Apollo" brendindən istifadə etməyi qərara alıb. İstehsal üçün autsorsinqə verilən peycerlər "Mossad"ın nəzarəti altında İsraildə istehsal edilib, lakin "Apollo" bundan xəbərsiz olub.
Qəzetin yazdığına görə, hücum günü "Hizbullah" üzvlərinin peycerlərinə "şifrələnmiş mesaj" gəlib və onu görmək üçün iki düyməni basmaq lazım idi – bununla "Mossad", döyüşçülərin hər iki əlinin yaralanmasına nail olmaq istəyirdi. WP-nin həmsöhbətlərinin sözlərinə görə, bir neçə yüksəkvəzifəli məmur "Mossad"ın əməliyyatı barədə sentyabrın 12-də – hücumdan bir neçə gün əvvəl xəbər tutub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 567 Tarix: 06 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu şəxslər pullarını GERİ ALA BİLƏCƏK - YENİLİK
Azərbaycan ərazisində tibb müəssisələrindən xidmət alan əcnəbilərə ödənilmiş ƏDV müəyyən şərtlərlə geri qaytarılır. xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul ola
00:09 100 Səfir: Bakıda Ruanda Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulur
Bakıda 2027-ci ildə Ruanda Mədəniyyəti Günlərinin təşkili nəzərdə tutulub. Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində rezidensiyası Ankarada olan Ruandanın Azərbaycandakı səfiri Çarlz Kayonqa deyib. Diplomat iki ölkə arasında qarşılıqlı səfərlər planına toxunaraq bildirib ki, dəqiq tarixlə
05.09.2026 162 Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini avqustda 14 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 28,467 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 % azdır. Avqustda isə Türkiyə Azərbaycan
05.09.2026 105 Azərbaycanda ovuc içi ilə ödəniş TƏTBİQ EDİLDİ
Artıq ödəniş etmək üçün hər dəfə bank kartını və ya smartfonumuzu çantadan çıxarmağa ehtiyac yoxdur. Azərbaycanda ovuc içi ilə ödəniş texnologiyası tətbiq olunub. Bu sistem ilk baxışdan maraqlı və bir qədər də qeyri-adi görünür. Axı illərdir ödəniş dedikdə ağlımıza nağd pul və ya kart gəlir. İndi is
00:17 104 Ağdamda traktor minaya düşüb
Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. BİG.AZ "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı traktora ciddi ziyan dəysə də, sürücünün xəsarət almadığı bildirilir
00:51 98 Fərid Şəfiyevin "The Guardian"a məktubu: Ermənistan-Azərbaycan münaqişəsi birtərəfli təqdim edilib
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev erməni rejissor tərəfindən çəkilmiş "The Black Garden" sənədli filminə dair "The Guardian" qəzetində dərc olunmuş rəyə münasibət bildirərək həmin nəşrə məktub ünvanlayıb. B
05.09.2026 154 Azərbaycan Türkiyədən geyim idxalına çəkilən xərcləri 33 % artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 43,538 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur. Avqustda Türkiyə Azərbaycana 7,132 milyon ABŞ dolları dəyərind
05.09.2026 120 Girne sahillərində gəmi faciəsi: Daha bir cəsəd tapıldı, ölənlərin sayı artdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının Girne sahillərində "Filo Jet" adlı sərnişin gəmisinin batması nəticəsində itkin düşən şəxslərin axtarışları davam etdirilir. Axtarışlar zamanı daha bir nəfərin cəsədi tapılıb. -ın "TRT Haber" nəşrinə istinadən xəbərinə görə, bu barəd
05.09.2026 175 Bakıda mal əti bahalaşdı - YENİ QİYMƏT
Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. BİG.AZ "Unikal"a istinadən xəbər verir ki, sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb. Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər
05.09.2026 260