"Dayandırın bu təhlükəli oyunları!" - Dağıntılar arasında xəbərdarlıq

"Dayandırın bu təhlükəli oyunları!" - Dağıntılar arasında xəbərdarlıq"Bu dağıntılar təbii ki, bir müddətdən sonra söküləcək, bunların yerində yeni binalar inşa ediləcək. Ancaq bu mənzərə heç vaxt bizim yadımızdan çıxmamalıdır. Çünki bu işlərdə təkcə Ermənistan günahkar deyil".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə söyləyib.

Prezident əlavə edib: "Çünki bu işlərdə təkcə Ermənistan günahkar deyil. Əlbəttə, Ermənistan əsas günahkardır. Amma o günahı bölüşənlər onların arxasında o vaxt da, bu gün də duranlardır. Bu gün Ermənistanı silahlandıran Qərb ölkələri görəsən nə fikirləşirlər? Hesab edirlər ki, biz buna göz yumacağıq? Yoxsa ki, biz gözləyəcəyik ki, bax, bu binalar da bu günə düşsün? Xeyr, gözləməyəcəyik. Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik! Mən Ermənistana da bax, burada, dağıntılar arasında xəbərdarlıq edirəm: dayandırın bu təhlükəli oyunları!

Bir tərəfdən sülhdən danışırlar, yalan-palan danışırlar, digər tərəfdən genişmiqyaslı silahlanma gedir. Silahları da kim verir onlara? Fransa və onun kimi anti-Azərbaycan ölkələr. O silahlar nə üçün onlara pulsuz verilir? Yəni, dediyim kimi şəhər-kəndlərimizi yenə də bax, bu vəziyyətə salmaq üçün. Nə qədər çalışsalar da, heç nə alınmayacaq. Ancaq bu gün Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa çalışsınlar. Bu gün əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqları əzməsinlər, hər yerə burunlarını soxmasınlar. Xəbərdarlığım budur və hesab edirəm ki, bunu eşidən və buna əməl edən səhv etməz".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 813   Tarix: 04 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur türkiyəli aktyor evində ÖLÜ TAPILDI

Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. "Sözcu" qəzetinə istinadən xəbər verir ki, aktyordan sentyabrın 4-dən etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gedib. Qapını döysə də, cavab almadıqdan sonra özündə olan açarla mənzilə daxi

05.09.2026 299
.

Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalı xərcini 15 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 127,372 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur. Avqustd

05.09.2026 134
.

Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi - ŞAD XƏBƏR

Azərbaycanda ictimai nəqliyyatda "brutto müqavilə" modelinin tətbiqinə başlanması sərnişindaşıma sistemində mühüm dəyişikliklərdən biridir. Yeni modelin əsas fərqi ondan ibarətdir ki, daşıyıcının gəliri yalnız avtobusa neçə sərnişin mindiyindən asılı olmayacaq. Daşıyıcı əvvəlcədən müəyyən edilmi

00:17 0
.

Girne sahillərində gəmi faciəsi: Daha bir cəsəd tapıldı, ölənlərin sayı artdı

Avqustun 30-da Şimali Kipr Türk Respublikasının Girne sahillərində "Filo Jet" adlı sərnişin gəmisinin batması nəticəsində itkin düşən şəxslərin axtarışları davam etdirilir. Axtarışlar zamanı daha bir nəfərin cəsədi tapılıb. -ın "TRT Haber" nəşrinə istinadən xəbərinə görə, bu barəd

05.09.2026 168
.

Bu şəxslər pullarını GERİ ALA BİLƏCƏK - YENİLİK

Azərbaycan ərazisində tibb müəssisələrindən xidmət alan əcnəbilərə ödənilmiş ƏDV müəyyən şərtlərlə geri qaytarılır. xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul ola

00:09 0
.

Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini avqustda 14 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 28,467 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 % azdır. Avqustda isə Türkiyə Azərbaycan

05.09.2026 65
.

Bakıda "IRONMAN 70.3" yarışı ilə əlaqədar bağlanan yollar vaxtından əvvəl açıldı

Sentyabrın 5-də Bakıda keçirilən "Alufar IRONMAN 70.3 Baku" beynəlxalq triatlon yarışı ilə əlaqədar tətbiq olunan nəqliyyat məhdudiyyətləri nəzərdə tutulduğundan daha əvvəl aradan qaldırılıb. xəbər verir ki, şəhərin bəzi küçə və prospektlərində tətbiq olunan məhdudiyyətlər götürülüb və yolla

05.09.2026 156
.

Pay torpaqları vətəndaşlardan alınacaq? - VACİB AÇIQLAMA

"Son illər üzrə Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və kənd təsərrüfatında torpaqlardan daha səmərəli istifadə məqsədilə torpaq konsolidasiyası, yəni ayrı-ayrı kiçik sahələrin könüllü şəkildə birləşdirilməsi nəzərdə tutulub". BİG.AZ -ə istinadla xəbər veri

05.09.2026 182
.

Səfir: Bakıda Ruanda Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulur

Bakıda 2027-ci ildə Ruanda Mədəniyyəti Günlərinin təşkili nəzərdə tutulub. Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində rezidensiyası Ankarada olan Ruandanın Azərbaycandakı səfiri Çarlz Kayonqa deyib. Diplomat iki ölkə arasında qarşılıqlı səfərlər planına toxunaraq bildirib ki, dəqiq tarixlə

05.09.2026 159
.