Azərbaycanda azyaşlı qızlara kişi hormonu vurulur? - Həkim elə şeylər dedi ki...

Azərbaycanda azyaşlı qızlara kişi hormonu vurulur? - Həkim elə şeylər dedi ki...Türkiyədə yeni aparılan araşdırmada uşaq və gənclərin apteklərdən reseptsiz aldıqları hormonal dərmanlarla cinsiyyətlərini dəyişə bildikləri iddia edilib. Almaniyada apteklərdə 5 hormon dərmanından 3-nü həkim icazəsi olmadan almaq mümkün deyil. Lakin Türkiyədə son illərdə tələbatı artmış bu dərmanları istənilən zaman əldə etmək mümkündür. Nəzərə alsaq ki, azərbaycanlıların əksəriyyəti əsasən Türkiyədən dərman sifariş verərək əldə edirlər. Ailələr xüsusilə də uşaq qidaları və dərmanlarını qardaş ölkədən sifariş edirlər. Azərbaycanda isə reseptsiz buraxılan dərman vasitələrinin siyahısı açıqlansa da, insanlar çox zaman bu reseptlərə ya əhəmiyyət vermir, ya da ümumiyyətlə bu siyahıdan xəbərsizdirlər. Bu, uşaqların sağlamlığı üçün nə dərəcədə təhlükəlidir? Son dövrlər cinsi azlıqların sayının çoxalmasının səbəbi budurmu?

Pravda.az xəbər verir ki, Bakı Baza Tibb Kollecinin müəllimi, həkim-nutrisioloq Vəfa Əsgərli mövzu ilə bağlı "Yeni Müsavat"ın suallarını cavablayıb.

- Bəli, cinsiyyət hormonlarının qəbulu ilə onlarda bir sıra dəyişikliklər baş verə bilər. Çünki kişi cinsiyyət hormonlarını qəbul etdikcə testeronun miqdarı artır, xarakterin dəyişkənliyinə səbəb olur. Eləcə də qadın cinsiyyət orqanları ilə bağlı bunu demək olar. O uşaqlarda ki meyllilik var, onlar qadın cinsiyyət hormonlarını qəbul edirlər, sinə hissələrində də böyümə baş verir. Onsuz da onların xarakterində dəyişkənlik və meyllik var, bu hormonlar da prosesi gücləndirir. Sonra isə əməliyyat olunurlar, cinsiyyətlərini dəyişirlər. Bu preparatların qəbulu ilə prosesi gücləndirmək mümkündür.

- Son vaxtlar oğlan uşaqlarının sinəsinin böyük olması ilə bağlı valideynlərin narahatlığı var. Bu həmin uşaqların artıq çəkili olması ilə bağlıdır, yoxsa hansısa dərmanların, ya da qidaların təsirindədir?

- İnsulin dirəncinin varlığı prolaksinin miqdarının artmasına səbəb olur. Ona görə də döş hissəsi bir az böyümüş olur. Belə xəstələrim çox olub, bunun hormon dərmanları ilə əlaqəsi yoxdur. Oğlan uşağıdır, kökdür, sinə hissəsi ətlidir. Sinə və qarınla yanaşı bel nahiyəsində qadınlaşmış bədən forması olur, bu, uşaqlarda kompleks yaradır. Əslində bir çox endokrinoloq buna dərman təyin edir. Amma qida və idman üsulu ilə bunu həll etmək olur. Sinə nahiyəsi də öz yerinə oturur.

- Azərbaycanda satışa çıxarılan dərmanlar uşaq sağlamlığı üçün nə dərəcədə təhlükəlidir? İnsanlar nələrə diqqət etməlidirlər?

- Aptekdə bu dərmanların satılıb-satılmamasından xəbərim yoxdur. Ümumilikdə isə əgər o dərmanlarda hormon varsa, reseptsiz verilməməlidir. Elə adından baxın, hormon - hərəkətə gətirən deməkdir. Hormonların dispalansı orqanizmi pozur. Bizi hormonlarımız mərkəzi sinir sisteminin təsiri altında idarə edir. Mənim tələbəm var idi, Seymur Kərimli (ad şərtidir), kolleci bitirəndə Sabrina Kərimli oldu. Mən ona bildirmişdim ki, kömək edək, preparatlar təyin olunsun, sağalsın. Amma dedi, bağışlayın, özümü kişi kimi hiss edə bilmirəm. O, sonra əməliyyat olundu, cinsini dəyişdi, adını da dəyişdirdi.

- Bəziləri bildirir ki, azyaşlı qızlara əqli inkişafı artırmaq üçün kişi hormonu vurulur. Həmin uşaqlarda tükləşmə və digər dəyişikliklər müşahidə edilir...

- Açığı bu cür faktla rastlaşmamışam. Bu suala yalnız belə cavab verə bilərəm. Əgər qadın cinsiyyət hormonlarında xərçəng xəstəliyi olarsa, biz bu zaman kişi cinsiyyət hormonları ilə bu prosesi dayandırırıq. Kişi cinsiyyət hormonlarından istifadə edirlər ki, qadınlarda bu xəstəliyin yayılması prosesi dayansın. Eləcə də kişilərdə cinsiyyət orqanlarında problem olarsa, bu zaman qadın cinsiyyət hormonları ilə bu prosesi zəiflədirlər.

- Uşaqların boy artımı üçün də bəzi hormonal preparatlardan istifadə olunur. Bunun uşaq orqanizminə mənfi təsirləri varmı?

- Boy uzatmaq üçün A vitamin tərkibli dərmanlar təyin olunur. Amma bu hormonal deyil, vitamin terapiyadır. Boy artımı üçün hormonal müalicə yanlışdır, vitaminlə müalicə mümkündür, yan təsiri də yoxdur.

- Gənclər, yeniyetmələr əzələ gücünü artırmaq üçün hormonal dərmanlardan istifadə edirlər, bunun da fəsadları ola bilərmi?

- Bəli, əzələ gücünü çoxaltmaq üçün edilir. Çünki kişi cinsiyyət hormonları, eyni zamanda əzələ kütləsinin toplanmasına gətirib çıxarır. Diqqət edirsinizsə, kişilərin bədəni əzələlidir, amma qadınlar incədir, onların bədənində əzələ kütləsi daha azdır. Ona görə kişi cinsiyyət hormonlarından istifadə edib əzələ kütləsini artıra bilərlər. Sadəcə, düzgün təyin olunmazsa, bu da təhlükəli ola bilər. Çünki hormonal balansı pozurlar. Bu cür preparatları həkim-endokrinoloq təyin etməlidir, məşq müəllimləri deyil...

- İdman müəllimlərindən söz düşmüşkən, onlar da müəyyən qidalanma rejimləri təyin edir, bəzilərinin səhhətində problem yaşanır.

- Bəli, kişilərdə cinsi zəiflik problemi son vaxtlar çoxalıb. Bunun da bir səbəbi qidalanma ilə bağlıdır. İdmançılar yağsız qidalanma, çox vaxt həkimlər də xolesterinin səviyyəsini aşağı salırlar. Xolesterinin özü də bütün hormonların anasıdır. Yəni bütün hormonlar xolesterindən doğur. Ən çox idmançılarda sonsuzluq olur. Çünki onlar qidaları ancaq soyutma kimi yeyirlər, qida rasionunda yağı kənar edirlər. "Fastfood"lar, enerji içkiləri, stress cinsi zəiflik yaradır.

- Son zamanlar gənclər arasında cinsi oriyentasiyasını dəyişənlərin sayı çoxalıb. Bunu sosial mediada, ətrafda açıq-aşkar görmək mümkündür. Sizcə, bunun səbəbi qidalanma ilə, hansısa dərman preparatları ilə bağlıdır, yoxsa...

- Bu, qidalanmadan çox, həyat tərzi ilə bağlıdır. Öndə olanların həyat tərzinə baxırlar, kim ki, çətinə düşür, saçını uzadır, rəngini dəyişir. Bu cür təbliğatların ilk olaraq qarşısı alınmalıdır, sonra qidalanmadan danışmaq olar.

- Cinsi azlıqlar belə açıqlama da verirlər ki, onlarda anadangəlmə (ya kişi, ya da qadın) bu problem olur, sonradan yaranmır. Hətta qeyd edirlər ki, valideynləri onları həkimə aparsalar da, nəticəsi olmayıb. Allahın onları belə yaratdığını iddia edirlər. Bu fikirlə razısınızmı?

- Bu düz fikir deyil. Olurdusa, əvvəllər də belə kütləvi şəkildə olardı də... Onların arxivini araşdırsanız, görərsiniz ki, bu anadangəlmə deyil. Əksəriyyəti belə deyir.

- Valideynlərə bu məsələdə nə kimi tövsiyələr verərdiniz?

- İlk olaraq orqanik qidalara üstünlük verilməlidir, ət, toyuq, balıq, yumurta, tərəvəz, ləpələr, toxumlar qida rasionunda olmalıdır. Paketlənmiş qidalardan, "fastfood"lardan, enerji içkilərindən imtina edilməlidir. Bir də uşaqları izləmək lazımdır, əgər körpə vaxtından valideyn bir dəyişiklik hiss edirsə, o zaman endokrinoloqa müraciət etsə, onun üzərində işləsə, gələcəkdə belə problemlərlə üzləşməzlər.

- Valideynlər hansı əlamətlərdən anlamalıdırlar bunu?

- Oğlandır, amma qız kimi saçları ilə oynayır, müəyyən əl hərəkətləri edir, danışıq tərzi dostları ilə eyni deyil. İlk əlamətləri görürsə, mütləq endokrinoloqa müraciət etməlidirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 891   Tarix: 04 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məşhur türkiyəli aktyor evində ÖLÜ TAPILDI

Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. "Sözcu" qəzetinə istinadən xəbər verir ki, aktyordan sentyabrın 4-dən etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gedib. Qapını döysə də, cavab almadıqdan sonra özündə olan açarla mənzilə daxi

05.09.2026 299
.

Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalı xərcini 15 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 127,372 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur. Avqustd

05.09.2026 134
.

Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi - ŞAD XƏBƏR

Azərbaycanda ictimai nəqliyyatda "brutto müqavilə" modelinin tətbiqinə başlanması sərnişindaşıma sistemində mühüm dəyişikliklərdən biridir. Yeni modelin əsas fərqi ondan ibarətdir ki, daşıyıcının gəliri yalnız avtobusa neçə sərnişin mindiyindən asılı olmayacaq. Daşıyıcı əvvəlcədən müəyyən edilmi

00:17 0
.

Girne sahillərində gəmi faciəsi: Daha bir cəsəd tapıldı, ölənlərin sayı artdı

Avqustun 30-da Şimali Kipr Türk Respublikasının Girne sahillərində "Filo Jet" adlı sərnişin gəmisinin batması nəticəsində itkin düşən şəxslərin axtarışları davam etdirilir. Axtarışlar zamanı daha bir nəfərin cəsədi tapılıb. -ın "TRT Haber" nəşrinə istinadən xəbərinə görə, bu barəd

05.09.2026 168
.

Bu şəxslər pullarını GERİ ALA BİLƏCƏK - YENİLİK

Azərbaycan ərazisində tibb müəssisələrindən xidmət alan əcnəbilərə ödənilmiş ƏDV müəyyən şərtlərlə geri qaytarılır. xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul ola

00:09 0
.

Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini avqustda 14 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 28,467 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 % azdır. Avqustda isə Türkiyə Azərbaycan

05.09.2026 65
.

Bakıda "IRONMAN 70.3" yarışı ilə əlaqədar bağlanan yollar vaxtından əvvəl açıldı

Sentyabrın 5-də Bakıda keçirilən "Alufar IRONMAN 70.3 Baku" beynəlxalq triatlon yarışı ilə əlaqədar tətbiq olunan nəqliyyat məhdudiyyətləri nəzərdə tutulduğundan daha əvvəl aradan qaldırılıb. xəbər verir ki, şəhərin bəzi küçə və prospektlərində tətbiq olunan məhdudiyyətlər götürülüb və yolla

05.09.2026 156
.

Pay torpaqları vətəndaşlardan alınacaq? - VACİB AÇIQLAMA

"Son illər üzrə Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və kənd təsərrüfatında torpaqlardan daha səmərəli istifadə məqsədilə torpaq konsolidasiyası, yəni ayrı-ayrı kiçik sahələrin könüllü şəkildə birləşdirilməsi nəzərdə tutulub". BİG.AZ -ə istinadla xəbər veri

05.09.2026 182
.

Səfir: Bakıda Ruanda Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulur

Bakıda 2027-ci ildə Ruanda Mədəniyyəti Günlərinin təşkili nəzərdə tutulub. Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində rezidensiyası Ankarada olan Ruandanın Azərbaycandakı səfiri Çarlz Kayonqa deyib. Diplomat iki ölkə arasında qarşılıqlı səfərlər planına toxunaraq bildirib ki, dəqiq tarixlə

05.09.2026 159
.