"Vikipediyanın lazımı səviyyədə olmamasının günahı Azərbaycan cəmiyyətindədir"- Səmral Quluzadə

"Vikipediyanın lazımı səviyyədə olmamasının günahı Azərbaycan cəmiyyətindədir"- Səmral QuluzadəXəbər verdiyimiz kimi bir müddət əvvəl Azərbaycan şəhidlərinin 3 mindən çoxu haqqında vikipediya məlumatları silinib. Ədəbiyyat xadimlərinin də vikipediya məlumatlarının silinməsi haqqında şayələr yayılmaqdadır.

Mövzu ilə bağlı vikipediyanın fəal istifadəçisi Səmral Quluzadə BiG.AZ-a bildirdi ki, məşhur ədəbiyyat xadımləri və məşhur idmançıların vikipediya məlumatlarının silinmə ehtimalı yoxdur. Çünki, hər biri, bir mənalı şəkildə ensklopedikdir. Lakin görkəmli şəxslər haqqında məlumatların vandalizimdən qorumaqda çətinlik çəkirik:

"Çünki, Azərbaycanca vikipediyada 200 min məqalə var. Bunun qarşılığında fəal istifadəçi sayı təxminən 30 nəfərdir. Qeydiyyatdan keçmiş istifadəçilərin sayı çoxdur. Onların sayı 300 mindən çoxdur. Lakin aktiv şəkildə fəaliyyət göstərən, məqalələri qoruyan istifadəçi sayı təxminən 30 nəfərdir. Buna görə də 30 nəfərlə 200 min məqaləyə nəzarət etmək mümkün deyil.

Təəssüflər olsun ki, bizim cəmiyyətin əksər nümayəndələri məqalələrə daxil olub, orda yersiz dəyişikliklər edirlər. Bəzən çox vacib olan ədəbiyyat nümayəndələrinin həyatlarına dair məqamları silirlər. Təəssüflər olsun ki, bu vandalizmin qarşısnı almaq bizim üçün çətindir".

"Vikipediyanın lazımı səviyyədə olmamasının günahı Azərbaycan cəmiyyətindədir"- Səmral QuluzadəSəmral Quluzadə qeyd etdi ki, şəhid məqalələrinin silməsi məsələsinə gəlincəsə bu məlumat, tamamilə böhtan və yalandır. Suni ajetaj yaratmaq üçün millətimizin həsas yeri olan şəhidlərimizdən istifadə edirlər. Bu şayəni yayanların məqsədi xalqı incitməkdir. Səbəbi isə o şəxslərin və onun tərəftarlarının məqalələrinin ensklopedik dəyəri olmadığından məqalələrinin vikipediyadan silinməsidir:

"Vikipediyanın lazımı səviyyədə olmamasının günahı Azərbaycan cəmiyyətindədir"- Səmral Quluzadə"Hazırda silinən şəhid vikipediyalarının mühüm bir qismi vahid siyahılarda birləşdirilib. Bu da vikipediya qaydalarına tam uyğundur. Vikipediyanın və onun qaydalarının tələbidir ki, hər şəhid haqqında ayrıca məqalə ola bilməz.

Bu gün dünyada baş verən müharibələrdə iştirak edən heç bir hərbiçinin vikipediya məlumatı yoxdur. Buna müharibə şəraitində olan Ukrayna, Rusiya, Fələstin, İsrail və başqa ölkələr daxildir.

Lakin bizdə seçilən və igidliyinə görə fərqlənən milli qəhrəmanlarımızın hamısının vikipediyada ensklopedik məlumatları mövcuddur.

Bu silinmə məsələsi ilə bağlı şikayət edənlər çoxdur. Amma insanlar düşünmür ki, vikipediya könüllü layihədir. Şikayətlənmək əvəzin hər kəs əlini bu daşın altına qoymalıdır ki, Azərbaycanca vikipediya inkişaf etsin. Biz vikipediyaçılara elə davranırlar ki, sanki biz buranın maaşlı işçiləriyik. Hətta bizdən yersiz məqamların tələbini də edirlər. Onlar anlamalıdırlar ki, vikipediya yetəri qədər güclü deyilsə, burda günahkar biz deyilik, Azərbaycan cəmiyyətidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1020   Tarix: 01 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda "IRONMAN 70.3" yarışı ilə əlaqədar bağlanan yollar vaxtından əvvəl açıldı

Sentyabrın 5-də Bakıda keçirilən "Alufar IRONMAN 70.3 Baku" beynəlxalq triatlon yarışı ilə əlaqədar tətbiq olunan nəqliyyat məhdudiyyətləri nəzərdə tutulduğundan daha əvvəl aradan qaldırılıb. xəbər verir ki, şəhərin bəzi küçə və prospektlərində tətbiq olunan məhdudiyyətlər götürülüb və yolla

14:55 154
.

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

"Sabah" klubu uşaq futbolunun davamlı inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq. "Report" xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Sabah" klubuna UEFA Çempionlar Liqasını

13:22 178
.

ABŞ-də təyyarədə dava salan sərnişin oturacağa skoçlandı

ABŞ-də Texasdan Nyu-Cersiyə həyata keçirilən uçuş zamanı sərxoş vəziyyətdə olan sərnişin dini xarakterli təhqirlər qışqırıb, bələdçiyə qarşı irqçi ifadələr işlədib, həmçinin yanında əyləşən şəxsə zərbə endirib. xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, o, bundan əlavə başqa bir sərnişini

20:30 130
.

Zelenskinin ofisində gözlənilməz əməliyyat - NABU axtarış keçirir

Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Prezident Vladimir Zelenskinin ofisində axtarış aparıb. xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko özünün "Telegram" kanalında məlumat verib. Deputat bildirib ki, "NABU prezidentin ofisində istintaq hərəkətləri aparır"

10:40 183
.

Xaçaturyan: Ermənistan qonşuları ilə qarşılıqlı etimad formalaşdırmalıdır

Ermənistan qonşu ölkələrlə qarşılıqlı etimad yaratmalı və problemli məsələləri imkan daxilində vasitəçilər olmadan həll etməlidir. "Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bildirib. O, həmçinin qonşu ölkələrl

18:30 141
.

Zaxarova Paşinyanı məsxərəyə qoydu - Bulqakovdan sitat gətirdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyana Mixail Bulqakovun "İtin ürəyi" əsərindən sitat gətirərək müraciət edib. xəbər verir ki, Zaxarova bu barədə "Telegram" kanalında paylaşım edib. O, Paşinyanın Rusiyanın Gümrüdəki 102-c

11:02 185
.

Azərbaycan Türkiyədən geyim idxalına çəkilən xərcləri 33 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 43,538 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur. Avqustda Türkiyə Azərbaycana 7,132 milyon ABŞ dolları dəyərind

22:15 19
.

Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalı xərcini 15 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 127,372 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur. Avqustd

21:00 111
.

Röya Ayxan 80 milyon manata ev alıb? (İDDİA)

Bakıda fantastik qiymətə mənzil satılıb. Qaynarinfo-nun məlumatına görə, mənzil eksperti Vüqar Əliyev verdiyi müsahibələrin birində bildirib ki, sözügedən mənzil mart ayında satılıb:. "Mənzil Bakıdadır və 80 milyon dəyərində olub. Hazırda mənzildə məşhur simalardan biri yaşayır. Mənzil bir hekta

10:52 397
.