Bakının bu ərazisində sənədsiz ev alanların pulları batacaq - AÇIQLAMA

Bakının bu ərazisində sənədsiz ev alanların pulları batacaq - AÇIQLAMABakının mərkəzinə yaxın məsafədə yerləşən evlər ucuz qiymətə kütləvi satılır. Söhbət paytaxtın Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən köhnə tikililərdən və fərdi evlərdən gedir. Ərazidə 1 otaqlı evlərin qiyməti 65 - 68, ikiotaqlılar 75-100 min manat arasında dəyişir.

Sahəsi 120 kvadratmetrdən başlayan mənzillərdə ucuzlaşma var. Elan saytlarında Bayıl və "20-ci sahə" adlanan ərazilərdə münasib qiymətə satışa çıxarılan həyət evləri kifayət qədər çoxdur. Məsələn, elanların birində sahəsi 140 kvadratmetr olan dördotaqlı həyət evinin satış qiyməti 85 min manatdır. Digər bir elanda isə 3 sot ərazidə tikilmiş 3 otaqlı, 85 kvadratmetrlik evin dəyəri 70 min manat təşkil edir.

Ekspertlər bildirib ki, evlərin satış sayının çoxalması əmlakların statusu ilə bağlıdır. Satışa çıxarılan evlərin əksər hissəsində çıxarış ümumiyyətlə yoxdur, bəzilərində isə sadəcə əvəzedici sənədlər mövcuddur. Həmçinin, qeyd edilir ki, Bayıl və "20-ci sahə" massivi Bakının baş planına əsasən söküntüyə cəlb olunacaq.

BiG.AZ xəbər verir ki, mövzu ilə bağlı Referans.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, hazırda Azərbaycanda mülkiyyət hüququnu təsdiq edən sənəd yalnız çıxarışdır. Qanunla yalnız çıxarışlı mənzili, əmlakı almaq və ya satmaq olar:

"Qanundan kənar hərəkətlər problemlər və risklə bağlıdır. Vaxtilə qeyd edilən ərazilərdə gecəqondu şəklində evlər ərsəyə gətirilib. Ən çox Sovet dövrü vaxtı və bundan sonrakı dövrdə buna təsadüf oldu. Sovet höküməti ona görə buna göz yumurdu ki, bu kimi ərazilər tədricən plana düşürdü və yeni ərsəyə gəlmiş binalarda vətəndaşların mülkiyyət hüququnu təsdiq edən sənədlər onlara verilirdi. Kütləvi şəkildə Qaraçuxur qəsəbəsi, Razin qəsəbəsi və Yasamal ərazisində hökümət söküntü işləri aparırdı, yerində doqquz və beşmərtəbəli binalar tikirdi. Sovet höküməti dağılandan sonra dolayı yollarla müxtəlif, ucuz əmlaklar ərsəyə gəldi. Məcburi köçkünlər gələndə bəzi yerlərdə gecəqondu kimi evlər tikməyə başladılar. Daha sonrakı dövrlərdə işbazlar qanunsuz şəkildə bu kimi evləri tikməyə başladılar. Əhalinin sayı artırdı, pul qazanmağa maraq vardı, işbazlar belə gecəqondu kimi evləri tikib insanlara satırdılar. Bələdiyyələr isə ilkin qeydiyyat sənədləri ilə iş həyata keçirirdilər ki, sonradan vətəndaşda ən azı ilkin hüquq yaransın".

Ekspert deyir ki, son 3-4 il ərzində daşınmaz əmlakın qiyməti fantastik şəkildə bahalaşıb, vətəndaşlar üçün daşınmaz əmlak əlçatmaz olub. İnsanlar qiymət baha olduğuna görə məcbur olub bu kimi evləri alırlar, təlabat yaranıb. Sonradan da bu hallar riskə çevrildi, işbazlar da bundan süi - istifadə edir.

Müsahib deyir ki, əgər sabah vətəndaşın əmlakı söküntüyə getsə, o "havada qalacaq". Çünki onun əmlakı heç bir dövlət sənədi ilə tanınmır. Bunun özü qanun pozuntusudur. Sabah mülk plana düşsə, vətəndaşın itirilən mülkü heç bir qurumdan tələb etmək şansı olmayacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4250   Tarix: 01 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda "IRONMAN 70.3" yarışı ilə əlaqədar bağlanan yollar vaxtından əvvəl açıldı

Sentyabrın 5-də Bakıda keçirilən "Alufar IRONMAN 70.3 Baku" beynəlxalq triatlon yarışı ilə əlaqədar tətbiq olunan nəqliyyat məhdudiyyətləri nəzərdə tutulduğundan daha əvvəl aradan qaldırılıb. xəbər verir ki, şəhərin bəzi küçə və prospektlərində tətbiq olunan məhdudiyyətlər götürülüb və yolla

14:55 154
.

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

"Sabah" klubu uşaq futbolunun davamlı inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq. "Report" xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Sabah" klubuna UEFA Çempionlar Liqasını

13:22 178
.

ABŞ-də təyyarədə dava salan sərnişin oturacağa skoçlandı

ABŞ-də Texasdan Nyu-Cersiyə həyata keçirilən uçuş zamanı sərxoş vəziyyətdə olan sərnişin dini xarakterli təhqirlər qışqırıb, bələdçiyə qarşı irqçi ifadələr işlədib, həmçinin yanında əyləşən şəxsə zərbə endirib. xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, o, bundan əlavə başqa bir sərnişini

20:30 130
.

Zelenskinin ofisində gözlənilməz əməliyyat - NABU axtarış keçirir

Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Prezident Vladimir Zelenskinin ofisində axtarış aparıb. xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko özünün "Telegram" kanalında məlumat verib. Deputat bildirib ki, "NABU prezidentin ofisində istintaq hərəkətləri aparır"

10:40 183
.

Xaçaturyan: Ermənistan qonşuları ilə qarşılıqlı etimad formalaşdırmalıdır

Ermənistan qonşu ölkələrlə qarşılıqlı etimad yaratmalı və problemli məsələləri imkan daxilində vasitəçilər olmadan həll etməlidir. "Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bildirib. O, həmçinin qonşu ölkələrl

18:30 141
.

Zaxarova Paşinyanı məsxərəyə qoydu - Bulqakovdan sitat gətirdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyana Mixail Bulqakovun "İtin ürəyi" əsərindən sitat gətirərək müraciət edib. xəbər verir ki, Zaxarova bu barədə "Telegram" kanalında paylaşım edib. O, Paşinyanın Rusiyanın Gümrüdəki 102-c

11:02 185
.

Azərbaycan Türkiyədən geyim idxalına çəkilən xərcləri 33 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 43,538 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur. Avqustda Türkiyə Azərbaycana 7,132 milyon ABŞ dolları dəyərind

22:15 19
.

Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalı xərcini 15 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 127,372 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur. Avqustd

21:00 111
.

Röya Ayxan 80 milyon manata ev alıb? (İDDİA)

Bakıda fantastik qiymətə mənzil satılıb. Qaynarinfo-nun məlumatına görə, mənzil eksperti Vüqar Əliyev verdiyi müsahibələrin birində bildirib ki, sözügedən mənzil mart ayında satılıb:. "Mənzil Bakıdadır və 80 milyon dəyərində olub. Hazırda mənzildə məşhur simalardan biri yaşayır. Mənzil bir hekta

10:52 397
.